Будь умным!


У вас вопросы?
У нас ответы:) SamZan.ru

NAMAZIN S~RL~R~

Работа добавлена на сайт samzan.ru: 2015-07-05

NAMAZIN SİRLƏRİ

MÜƏLLİF:

MÖHSÜN QƏRAƏTİ

TƏRCÜMƏ EDƏN:

MƏHƏMMƏD ƏHMƏD

نام کتاب..........................................................راز نماز

مؤلف:..................................................... محسن قرائتی

مترجم:..........................................................محمد احمد

ناشر:.................................................................شهریار

تاریخ چاپ:.........................................................1385

نوبت چاپ:..............................................................اول

تیراژ:................................................................5000

Kitabın adı:.................................Namazın sirləri

Müəllif:...........................................Möhsün Qəraəti

Tərcümə edən:..................................Məhəmməd Əhməd

Nəşr edən:....................................................Şəhriyar

Tiraj:......................................................................5000

Çap növbəsi:...................................................Birinci

Çap tarixi:.............................................................2007

978-964-5934-04

<BASHLIQ2>Ön söz</BASHLIQ2>

“Etiqadlar”, “hökmlər” və “əxlaq” yönümlərində İslam maarifinin Qur’an ayələri və hədislərə əsaslanaraq aşkar şəkildə bəyan olunması bu maariflə maraqlananların ehtiyaclarını ödəmək üçün zəruridir.

İlahi tövfiqlə, “Qur’an dəsrləri” adı altında bir neçə il ərzində televiziyadan verilən söhbətlər mö’min ümmətimiz tərəfindən qəbul olundu. Bu söhbətlərin bə’ziləri kitab şəklində sizə təqdim edildi. Üsuli-din və məad mövzusunda olan söhbətlər də bu qəbildəndir.

“Üsuli-din” mövzusunda söhbətlərdən sonra, dostların tövsiyəsi ilə “fürui-din” mövzusunda olan söhbətlərin də nəşr olunması qərara alındı. Tə’cili ehtiyac duyulduğu üçün “həcc” mövzusu ilk olaraq sizin ixtiyarınıza verildi. İndi isə “namaz” haqda olan mövzular əlinizdədir. Bu işlər şəhidlərin qanı bahasına yaranmış fürsətin şükrünün bəhrəsidir.

Namaz və digər ibadətlər barəsində dəyərli kitablar yazılmışdır. Ümid edirik ki, bu kitab çoxsaylı ayə və hədislərə əsaslanıb, ayrıca mövzu şəklində verildiyindən ümumi oxucular, xüsusilə müəllimlər üçün faydalı və bir növ yenilik olacaq.

Mövzuların hazırlanmasında istifadə olunan əsas mənbələr Qur’an və hədisdir. Bundan əlavə, şiə və sünni kitablarındakı rəvayətlərdən istifadə olunmuşdur.

Qur’an və “Nəhcül-bəlağə”dən sonra istifadə olunmuş əsas mənbələr aşağıdakılardan ibarətdir: “Biharul-ənvar”, “Vəsailuş-şiə”, “Müstədrək”, “Üsuli-kafi”, “Mən la yəhzuruhul-fəqih”, “Ğurərul-hikəm”, “Kənzul-ummal” və s. Rəvayətlərin sənəd və istifadə olunmuş mənbələr yerindəcə göstərilmişdir.

Bu kitabın hazırlanmasında əzizlərin dəyərli fikirlərindən və tövsiyələrindən istifadə olunmuşdur. Onlara təşəkkür edirik. Kitabın gücü Allahın, Peyğəmbərin və Əhli-beytin (ə) sözləridir. Bütün əldə olunanlar onların bərəkətindəndir. Əgər səhvlər və çatışmazlıqlar varsa, bizdəndir. Ayə və hədislərin tərcüməsi nisbətən azad tərcümədir. Bə’zi hallarda izah və əlavələr olunmuşdur. Əlinizdəki kitabın mövzuları öncə İslam respublikası efirindən yayımlanmışdır. Sonradan bir sıra dəyişiklik və təkmilləşdirmələrlə nəşr olunmuşdur.

Uca Allahdan ixlas, davamlı tövfiq, tə’sirli söz və yazı istəyirik. Ümid edirik ki, bu kiçik addım böyük vacibatlardan olan namaza maraq yaratmaqda tə’sirli olacaq, dünyada İslam maarifinin yayılmasında bizə də pay düşəcək. (Bu bizim hər birimizin vəzifəsidir.) Ümid edirik ki, böyük İslam ümmətimiz zəngin İslam maarifinə və dini şəxsiyyətlərinə arxalanaraq bir-birləri üçün möhkəm sığınacaq, haqqın himayəsi üçün alınmaz qala olacaq...

<I>İnnəhu-vəliyyut-tovfiq.

H.q.1410, ramazan</I>

<BASHLIQ3>İBADƏT</BASHLIQ3>

Namaz mövzusuna başlamazdan öncə ibadət, bəndəlik və onun müxtəlif fəlsəfə və mə’naları barəsində söhbət edəcəyik. Çünki ibadət namazın ruhudur.

<BASHLIQ3>NƏ ÜÇÜN İBADƏT? </BASHLIQ3>

İbadət dedikdə Allah qarşısında kiçiklik və təvazökarlığın ən üstün forması anlaşılır. Aləmin yaranışı və peyğəmbərlərin be’sətinin ibadət üçün olması ibadətin əhəmiyyətini lazımınca göstərir. Allah-təala buyurur: “Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım!”1

Aləmin, cinlərin və insanların yaranışında məqsəd Allaha ibadətdir.

Bütün peyğəmbərlərin risaləti xalqı Allaha pərəstişə də’vət etmək olub: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan çəkinin” –deyə peyğəmbər göndərmişdik.”2

Demək, aləmin yaranışı və peyğəmbərlərin be’sətində məqsəd Allaha ibadətdir. Allahın bizim ibadətlərimizə ehtiyaclı olmadığı mə’lumdur. “Həqiqətən, Allah sizə əsla möhtac deyildir.”3 İbadət pərəstiş edənlərin özünə faydalıdır. Necə ki, şagirdlərin dərs oxuması müəllim yox, onların özü üçün faydalıdır.

<BASHLIQ3>İBADƏTİN ƏSASLARI</BASHLIQ3>

İnsanı Allaha pərəstişə vadar edən işləri sadalayaq:

<B>1. Allahın əzəməti</B>

İnsan özündən asılı olmayaraq ilahi əzəmət qarşısında xüzu və kiçiklik hiss edir. Necə ki, böyük şəxsiyyətlərin və ya alimlərin yanında özünü kiçik sayır, ona tə’zim edir.

<B>2. Fəqirlik və asılılıq hissi</B>

İnsan təbiətən asılı və ya ehtiyaclı olduğu kəsin qarşısında təvazökar olur. Bizim vücudumuz Allahın iradəsinə bağlıdır və bütün işlərdə Ona ehtiyaclıyıq. Bu acizlik və ehtiyac hissi insanı Allaha pərəstişə aparır. O Allaha ki, kamil və ehtiyacsızdır! Bə’zi hədislərdə bildirilir ki, əgər fəqirlik, xəstəlik və ölüm olmasaydı, bə’ziləri Allah qarşısında heç zaman boyun əyməzdilər.

<B>3. Ne’mətlərə diqqət</B>

İnsan daim ne’mətlərdən bəhrələnərək, sitayiş edir. Allahın saysız ne’mətlərini yada salmaq Allahı düşünmək və ibadət üçün güclü amil ola bilər. Mə’sum imamların münacatlarında adətən öncə (hətta insanın təvəllüdündən əvvəl) Allahın ne’mətləri yada salınır. Bu yolla insan Allaha məhəbbətini dirildir, sonra isə ehtiyaclarını Ondan istəyir. Allah-təala buyurur: “Bu evin Rəbbinə ibadət etsinlər! Bir Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.”4 Başqa bir ayədə buyurulur ki, sizi yaratdığı üçün Allahınıza bəndəlik edin.

<B>4. Fitrət</B>

Pərəstiş insan vücudunun bir hissəsi və onun fitri istəyidir. İnsan fitrətində olan pərəstiş ruhu bə’zən düzgün yolunu tapır və insan Allaha pərəstiş edir. Bə’zən isə cahillik və azğınlıq səbəbindən insan daşa, taxtaya, günəşə, inəyə, pula, maşına, qadına və tağutlara pərəstiş edir.

Peyğəmbərlərin gəlişi pərəstiş hissi yaratmaq üçün deyil. Onların be’səti bu fitri meylin düzgün yola hidayət olunması üçündür. Həzrət Əli (ə) buyurur: “Allah Məhəmmədi (s) haqq olaraq göndərdi ki, bəndələrini bütpərəstlikdən allahpərəstliyə də’vət etsin.”5

Qur’anda ibadətə aid ayələrin əksəri insanları ibadətə yox, ibadətdə tövhidə çağırır. Çünki hər bir uşaqda yeməyə meyl olduğu kimi, insanda da ibadət ruhu mövcuddur. Lakin insan hidayət olunmasa yemək əvəzinə torpaq yeyib, ləzzət alasıdır!

Əgər peyğəmbərlərin rəhbərliyi olmasaydı bu meyl azğın yola istiqamətlənər və Allah əvəzinə yalançı mə’budlara pərəstiş olunardı. Necə ki, həzrət Musanın (ə) yoxluğunda və 40 günlük qeyb dövründə xalq Samirinin hiyləsi ilə onun qızıl buzovuna pərəstiş etdi.

<BASHLIQ3>İBADƏTİN ROLU</BASHLIQ3>

İbadət həyatın bütün sahələrində Allahın razılığını düşünməkdir. İşlərə ilahi rəng verməyin insan həyatında mühüm tə’sirləri var. Bunlardan bə’zilərinə nəzər salaq:

<I>1. Faniləri əbədiləşdirmək</I>

İnsan və onun bütün işləri fanidir. Lakin Allaha aid olan və Onun razılığı üçün görülən bütün işlər axirət azuqəsidir və əbədidir. Qur’an buyurur: “Sizin yanınızda olan tükənər, Allah dərgahında olan isə əbədidir.”6 “İlahi rəngdən məhrum hər bir şey məhvə məhkumdur.”7

<I>2. Maddiyyatın mə’nəviyyata çevrilməsi</I>

Əgər insan öz işlərində Allahın razılığını qazanıb ona bəndəlik edərsə, hətta yemək, geymək, səfər, görüş, evdarlıq, təhsil kimi gündəlik işlər mə’nəviyyata çevrilər. Lakin bə’zən dünyəvi məqsədlərlə görülən müqəddəs işlər öz dəyərini itirir. Birinci vurğuladığımız nəhayət faydalanma, ikinci isə nəhayət ziyana uğramaqdır.

<I>3. Fərdi və ictimai quruculuq</I>

Allaha ibadət dünyəvi meyllərə göz yummaqla, nəsil, geyim, dil və məkan fərqinə görə öyünməməklə, Onun sonsuz qüdrətinə qəlbən bağlanmaqla və ne’mət sahibinə təşəkkürlə yanaşıdır. Buna görə də ibadət ictimai və fərdi yaşayışın, düşüncənin formalaşmasında rol oynayır. İbadət düzgün ilahi yolla hərəkətdir: “Mənə ibadət edin, bu, doğru yoldur!”8 İbadət yük yox, hərəkət vasitəsidir: “Səbr və namazdan kömək alın.”9

İbadət insanı fərdi şəkildə nəfsin, günahların və şeytanın köləliyindən xilas edir. Eyni zamanda, Allaha pərəstiş edən cəmiyyət zülmkarlara və tağuta pərəstişdən azad olur. İqbal Lahuri deyir:

<center><table><tr><td>

İnsana əyildi qəlbi kor insan,

Tapdığı gövhəri itirdi, aman!

İt itə əyilmir –həqiqətdi bu,

Əyilən itdən də dəyərsiz oldu.

</td></tr></table></center>

İbadət həm fərdləri, həm də cəmiyyəti fomalaşdırır. Allahdan qeyrisinə pərəstiş cəmiyyətdə fəsad yaranmasına səbəb olur.

<BASHLIQ3>İBADƏTİN YÖNÜMLƏRİ</BASHLIQ3>

İslamda “ibadət” sözü namazla orucdan daha əhatəli mə’na daşıyır. Xalqın xeyrinə olan bütün yaxşı işlər də ibadət hesab olunur. İslamda ibadət sayılan bə’zi işləri yada salaq:

<B>1. İlahi işlər barədə təfəkkür</B>

İmam Sadiq (ə) buyurur: “İbadət çox namaz qılıb, çox oruc tutmaq deyil. Həqiqətən, ibadət ilahi işlər barədə düşünməkdir.”10 İnsanı Allaha yaxınlaşdıran və Onu tanımasına səbəb olan təfəkkür ibadət hesab olunur.

<B>2. Ruzi qazanmaq</B>

Allahın rəsulu (s) buyurur: “İbadət 70 hissədir. Onların ən üstünü halal ruzi ardınca getməkdir.”11

<B>3. Elm öyrənmək</B>

İslam peyğəmbəri (s) buyurur: “Batildən uzaqlaşıb, azğın bir şəxsi hidayət etmək üçün elm arxasınca evdən çıxan şəxsin işi qırx ilin ibadətinə barəbərdir.”12

<B>4. Xalqa xidmət</B>

Rəvayətlərdə xalqa kömək etməyin müstəhəb həcc kimi bir çox ibadətlərdən daha dəyərli olduğu göstərilir. Şair deyir:

Xalqa xidmətdədir əsil ibadət,

Dərvişlərin zikri deyil şücaət.

<B>5. Ədalətli hakimiyyət intizarında olmaq</B>

Peyğəmbər (s) buyurur: “İbadətlərin ən üstünü fərəc (imam Zamanın (ə) gəlişi) intizarında olmaqdır.”13 Aydındır ki, həzrət Mehdinin (ə) ədalət dövlətinə zəmin hazırlanması, təlaşla müşayiət olunan müsbət və qurucu intizar nəzərdə tutulur.

Demək, işlərə ilahi rəng vermək onların dəyərini artırır, onları ibadət, bə’zən isə ibadətdən də üstün edir. Doğru niyyət dəmiri qızıla çevirir. Allaha yaxınlaşmaq üçün görülən bütün işlər ibadətdir. Bu hesabla demək olar ki, ibadətin nümunələri saya gəlmir. Hətta ata-anaya, alimlərə, Qur’ana, Kə’bəyə, ədalətli rəhbər və din qardaşlarına məhəbbətli baxış ibadət sayılır.14

<BASHLIQ3>NECƏ İBADƏT EDƏK? </BASHLIQ3>

İbadətin üsulunu Qur’an və Əhli-beytdən (ə) öyrənməliyik. Necə ki, hər bir evin ünvanını ev sahibindən soruşmaq lazım gəlir. Qur’an ayələri və mə’sumların hədisləri ən gözəl ibadət nəyi hesab edir və onu hansı səciyyələrlə tanıtdırır? Bu sualın cavabını Qur’an və Əhli-beytdə (ə) tapmaq mümkündür. Beləliklə, din övliyalarının sözlərini yada salaq:

<B>1. Agah ibadət</B>

Hədisdə deyilir: “Alimin iki rəkət namazı cahilin yetmiş rəkət namazından üstündür.”15

Allahın rəsulu (s) buyurur: “Namazın düşüncə və agahlıqla qılınan hissəsi qəbuldur.”16

Agah namaz odur ki, insan nə etdiyini, nə dediyini, kiminlə danışdığını bilsin və qəlb iştirakı ilə Allahı düşünsün. Peyğəmbər (s) buyurur: “Diqqət ilə qılınan iki rəkət namaz düşünmədən bir gecə oyaq qalmaqdan üstündür.”17

Qur’an buyurur: “Ey iman gətirənlər! Sərxoş halda namaza yaxınlaşmayın. Dediyinizi anlayanadək!”18

İmam Sadiq (ə) buyurur: “Hər kəs iki rəkət namaz qılıb, kiminlə danışdığını və nə danışdığını düşünərsə, günahları bağışlanar.”19

<B>2. Eşqlə ibadət</B>

Xəstə dadlı yeməkdən ləzzət almadığı kimi həvəssiz ibadət edənlər də heç bir ləzzət almır. İbadət sönüklük, halsızlıq, yorğunluq yox, məhəbbət, şadlıq və ləzzətlə yanaşı olmalıdır.

Qəlbən vurğun insanlar ibadət zamanı xoş əhval-ruhiyyə əldə edirlər. Bu dəyər mə’rifət və düşüncə ilə əldə olunur. Məcburi ibadət səmərəsizdir. İmam Sadiq (ə) buyurur: “Məcburən ibadət etməyin.”20

Böyük şəxsiyyətlərlə görüşə maraqlı olduğumuz kimi, Allahla görüşə, Onun dərgahına eşq dolu qəlblə gəlməliyik. Din övliyaları və mə’sumlar Allahla görüş vaxtını eşqlə gözləyirdilər. Onlar insanı heyrətə gətirəcək eşqlə namaz qılıb, ibadət edirdilər. (Sonrakı mövzularda bə’zi nümunələr qeyd olunacaq.)

<B>3. Xalis ibadət</B>

İxlas gövhəri ibadətlərə dəyər və e’tibar verir. Riyakarlıq, şöhrətpərəstlik və avamları aldatmaq üçün edilən ibadət dəyərsizdir və qəbul olunmur. Qur’an buyurur: “Kim Rəbbi ilə qarşılaşacağına (Qiyamətə) ümid bəsləyirsə, Ona etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”21

İmam Riza (ə) buyurur: “Hər kim ibadətini cəmiyyətə göstərib özünü tanıtdırırsa, onun dininə bədbin olun.”22

Bu cür şəxslər dindən xalqı aldatmaq üçün istifadə edirlər. İxlasla olmayan ibadət cansız bədən kimidir. Qur’an buyurur: “Xalqa yalnız xalis dillə Allaha ibadət etmək tapşırılıb.”23

<B>4. Xüşu ilə ibadət</B>

Xüşu Allahı qəlbən düşünmək və Onun əzəmətinə uyğun hal tapmaqdır. Allaha pərəstiş Onun əzəmətini düşünmək və qarşısında kiçiklik, ehtiyac hiss etməklə yanaşı olmalıdır. Qur’an mö’minlərin sifətlərini “namazda xüşu” ilə bəyan edir: “O kəslər ki, namazlarında müt’i olub boyun əyərlər!”24 İbadət edən şəxsin vücudunu müt’ilik (xüşu) əhatə etməlidir. Bu halı əldə etmək üçün namaz qılan şəxs elə ibadət etməlidir ki, sanki Allahı görür. Namaz qılan şəxs Allahın əzəməti və qüdrəti qarşısında öz kiçikliyini hiss etməlidir. Hədisdə buyurulur: “Allaha elə ibadət et ki, guya Onu görürsən.”25 Başqa bir hədisdə buyurulur: “Namazı vaxtında və sonuncu namazın kimi qıl. Elə zənn et ki, namaz və dünya ilə xudahafizləşirsən.”26

<B>5. Gizli ibadət</B>

İnsan şeytanın tələsindən sığortalanmayıb. İbadət bir çox hallarda təkəbbür, riya və özünü nümayişlə puç olur. Bu bəladan uzaqlaşmaq üçün gizli ibadət lazımdır. Allahın rəsulu (s) buyurur: “Gizli ibadətin mükafatı daha böyükdür.”27 Əlbəttə, bu İslamın aşkar ibadət (cümə, həcc və camaat namazı kimi) göstəriş vermədiyi hallara aiddir. Çünki məsciddə qılınan camaat namazı evdə qılınan fərdi namazdan üstündür. Gizli ibadət bir çox hallarda riya və ibadətin puç olmasının qarşısını alır.

<BASHLIQ3>İBADƏTİN BƏLALARI</BASHLIQ3>

İnsanın qədim və and içmiş düşməni şeytan daim onun ibadətlərini puç etməyə çalışır. O, ibadətləri puç etmək üçün bu yollardan istifadə edir:

<B>1. Riya</B>

Allah-təalanın yox, xalqın diqqətini cəlb edib, şöhrət qazanmaq üçün ibadət edən şəxs şeytan tələsinə düşmüşdür. Bu şəxsin ibadətləri hədər olur. Şeytan vasitəsi ilə yaranmış riya bə’zən əməldən öncə niyyətdə özünü göstərir və “Allaha yaxınlıq məqsədini” məhv edir.

<B>2. Təkəbbür</B>

İbadət zamanı şeytan insanı özünü və ibadətlərini bəyənməyə vadar edir. Allahın adı ilə başlayan iş yarıda şeytan vasitəsi ilə puç olur. Şeytan insanı təkəbbürə düçar edir.

<B>3. Günah</B>

Şəksiz ki, günahlar ibadətin yaxşı tə’sirlərini məhv edir. Aylarla zəhmət çəkdikdən sonra qəflət nəticəsində xırmanı oda verən əkinçinin bütün zəhmətləri məhv olur. Günahlar ibadət tarlasını yandıran oddur.

Xülasə, şeytan insan qəlbinə axan zülal suyun yolunu kəsir, ya da qəlbə daxil olmuş suyu bulaşdırıb dağıdır.

İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında Allahdan istəyir: “İlahi, məni özünə bəndə et, ibadətlərimi təkəbbürümlə məhv etmə. Məni əziz et, təkəbbürə düçar etmə.”28

İbadət sayılan sədəqə minnət qoyulduqda puç olur: “Sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın.”29

Yeni ağac əkmək o qədər də vaxt aparmır. Lakin onu qoruyub inkişaf etdirmək çətindir. Bə’zən günahlar bütün yaxşılıqları və ya bəyənilmiş mə’nəvi halları bərbad edir. Hədisdə oxuyuruq: “Atəş, odunu yandırdığı kimi həsəd də yaxşılıqları məhv edir.”30

Rəvayətdə deyilir: Qürurlu abid və xəcalət çəkən fasiq məscidə daxil olur. Fasiq tövbə və peşmançılığına görə dəyişib saleh mö’min olur, lakin abid təkəbbürünə görə yolunu azır.31

<BASHLIQ3>İBADƏTLƏRİMİZLƏ QÜRRƏLƏNMƏYƏK</BASHLIQ3>

Qürur və təkəbbür ibadətin böyük bəlalarındandır.

Bu bəladan necə uzaqlaşmalı?

Aşağıdakı nöqtələrə diqqət yetirib namaz və sair ibadətləri puç edən bu bəlanın qarşısını almaq olar:

<B>1. Həqiqətən ibadət etmişikmi? </B>

Bə’zən insan boş-boş işləri qiymətli zənn edib Allaha ibadət etdiyini düşünür. Bə’zən nalayiq bir iş insanın gözündə yaxşı iş kimi cilvələnir. Bütün bunlar İblisin fəaliyyətidir. Qur’an bə’zi ayələrdə pis əməli bəzəmək məsələsinə işarə edir: “Pis əməli gözündə bəzənmiş insan onu yaxşı sayır.”32 “O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki, onlar yaxşı işlər gördüklərini zənn edirlər.”33 “Pis əməlləri onlara gözəl görünmüşdür.”34

<B>2. İbadətlərimiz qəbul olurmu? </B>

“İbadətin qəbul şərtləri və nişanələri” mövzusunda oxuyacaqsınız ki, ibadət və namazın ən mühüm dəyəri onların qəbul olmasıdır. Allah təqvalı və saleh bəndələrdən ibadətləri, infaq və sədəqələri qəbul edir.”35

İbadətin qəbuluna əmin olmayan insan ibadətlərlə qürrələnə bilərmi?!

<B>3. İbadətlərimiz puç olmayıbmı? </B>

Bə’zi günahlar bir ömür namaz və ibadətləri puça çıxarır. Bununla da insanlar əməl bazarından əliboş qayıdırlar. Günahla yanaşı olan namaz və ibadətlər puç olmayıbmı?! Biz bu ibadətlərlə razılaşa bilərikmi?!36

<B>4. Aqibətimiz gözəl olacaqmı? </B>

Pis aqibətə düçar olanlar çoxdur. Gözəl aqibət ilahi övliyaların daim Allahdan istədikləri böyük ne’mətdir. Həzrət Yusif (ə) Allahdan istəyir ki, onu müsəlman öldürsün: “Mənim canımı müsəlman olaraq al.”37

Ağıl sahibləri Allahdan istəyirlər ki, onları yaxşılarla birlikdə öldürsün: “Canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al.”38

Bu yolda əbədi qalmaq üçün doğru yola hidayət istənilməlidir. Qur’an bir neçə yerdə bildirir ki, aqibət müttəqilərindir.39

Şeytan bir o qədər ibadətlə Allahın hüzurundan qovulmadımı?!

Bir ömür namaz və ibadətlərdən sonra azğın halda dünyadan gedənlər olmadımı?! Demək, hazırkı vəziyyətimizlə qürrələnməməliyik!

<B>5. İbadətlərlə ne’mətləri müqayisə etmək</B>

Hər bir şeyimiz Allah tərəfindəndir. Sağlamlıq, imkanlar, ruzi və hər bir ne’mət Allahın lütflərindəndir. İbadət tövfiqi də ilahi ne’mətdir. Allahın ne’mətlərinə qərq olmuşuq. O bizi səadətə çatdırmaq üçün də’vət edir, elçi göndərir, həvəsləndirir, vasitə verir, istənilən yaşda və istənilən şəraitdə qəbul edir. O, qaçanları da qəbul edir, təkrar dönüşlər və hacətlərdən yorulmur, layiq olmayan ibadətləri qəbul edir, ucuz əməlləri baha alır, eybləri örtür və başqa-başqa yüzlərlə ne’mətlər verir. İbadətlərimizi ilahi ne’mətlər qarşısında necə böyük sayaq?!

<B>6. İbadətlərlə günahların müqayisəsi</B>

İbadətlərimiz, yoxsa günahlarımız çoxdur? Qur’an dəfələrlə deyir: “Hara gedirsiniz?!”40 Hansı namaz və ibadətimiz günahlarımızın, üsyanımızın, səhlənkarlıq və e’tinasızlığımızın qarşısını ala bilər?

İmam Səccad (ə) bir duada deyir: “Pərvərdigara! Mən bir bunca günahlardan, qəflətdən və həddi aşdıqdan sonra nafilələr və müstəhəbbatlarla Sənə necə yol tapım?”41

<B>7. İbadətlərlə ehtiyacların müqayisəsi</B>

İbadətlər axirət yolunun azuqəsidir. Qabaqda uzun və çətin yol durub. Görən bu ibadətlər uzun axirət yoluna kifayət edib, ehtiyaclarımızı ödəyəcəkmi? Həzrət Əli (ə) uzaq yol üçün az miqdar azuqəyə görə ah çəkmirdimi?!

Allaha və Onun ne’mətlərinə dünyadan çox qəbirdə, bərzəxdə, məhşər və axirətdə ehtiyaclı olacağıq. Görən ibadətlərimiz bu qədər ehtiyacları ödəyəcəkmi?

Əbu-Dərda deyir: Peyğəmbər məscidində Rizvan və Bədr əhlinin əməlləri barəsində söhbət gedirdi. Mən dedim: “Əlinin (ə) təqvası və ibadəti hamıdan çoxdur.” Bu söz onlara xoş gəlmədi və mən şahid olduğum bir xatirəni nəql etdim:

Bir gecə həzrət Əlinin (ə) xurmalıqda gizləndiyini gördüm. Onu izlədim, lakin gözdən qaçırdım. Evə getdiyini fikirləşdim. Lakin ah-nalə səsi eşitdim. O deyirdi: “Ah, o günahlara görə ki, mən Səni unutdum, lakin Sən mənə tövbə yazdın... Ah, o yandırıcı oda görə və...” O qədər ağladı ki, huşunu itirdi. Dünyadan getdiyini fikirləşdim. Xəbər vermək üçün Zəhranın (s) evinə getdim. Buyurdu: “Əlinin (ə) bu halı Allah qorxusundandır.” Sonra su gətirdim və Əli (ə) huşa gəldi. Mən də ağladım. Özünə gələn kimi dedi: “Ey Əbu-Dərda! Qiyamətdə hesaba çağrılacağım və günahkarların ilahi əzaba yəqin edəcəkləri gün məni necə görürsən?”42

Bəli, böyük ehtiyaclar qarşısında layiqsiz ibadətlərlə qürrələnmək bir daha Allahın rəhməti müqabilində qəflətdir.

<B>8. İlahi övliyaların ibadətləri ilə müqayisə</B>

Bizim ibadətlərimiz Allahın övliyalarının ibadətləri ilə müqayisədə çox naqisdir. Onlar mə’sum olmalarına, ibadət və bəndəlikdə bütün dövrlərin qabaqcılları hesab olmalarına baxmayaraq daim Allahı düşünüb, Onun dərgahında ibadət edirdilər. Bizim kimi günahkar və ehtiyaclı insanlar daha çox ibadət etməlidir. İlahi övliyaların ibadətlərini araşdırıb, onlar haqqında düşünmək bizi namaz və dualarımızla qürrələnməkdən saxlayır. İndi isə bir neçə nümunəyə işarə edirik (mə’sumların namazları mövzusunda başqa nümunələrə də işarə olunub):

Allahın rəsulu (s) çox ibadət edib özünü əziyyətə saldığı üçün bu ayə nazil oldu: “Ta, ha! Biz Qur’anı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!”43

İmam Həsən Müctəba (ə) buyurur: “Dünyada həzrət Fatimədən (s) çox ibadət edən kəs yoxdur. O qədər ibadət edirdi ki, ayaqları şişirdi.”44

İmam Baqir (ə) buyurur: “İmam Zeynəl-abidin (ə) Əmirəl-mö’minin (ə) kimi gecə və gündüz min rəkət namaz qılırdı. Onun 500 cavan xurma ağacı vardı. Hər ağacın yanında iki rəkət namaz qılırdı.”45

İmam Baqir (ə) nəql edir: “Yanına daxil olduqda atamın rənginin dəyişdiyini, ayaqlarının şişdiyini, gözlərinin saraldığını və alnında səcdə izi qaldığını görüb ağladım. Məni görən kimi buyurdu: Filan yazını gətir! Yazıda həzrət Əlinin (ə) ibadətlərindən bir az oxuyub buyurdu: Əli (ə) kimi kim ibadət edə bilər?!”46

İmam Kazimin (ə) zindanda bə’zən bir səcdəsi sübhdən günortayadək çəkirdi. Həzrət (ə) bir parça tək yerə sərilirdi.47 Əgər uca mə’sumlar daim ibadətlərinin naqisliyini e’tiraf edirlərsə, bizim ibadət adlandırdığımız əməllərimizlə qürrələnməyimizin yeri yoxdur. Bizim ibadətlərimizlə ilahi övliyaların ibadətləri arasında yerlə göy arası fərq var. Beləsə, nə üçün qürrələnək?

<BASHLIQ3>BATİL İBADƏTLƏR</BASHLIQ3>

Dediyimiz kimi, bəndəlik, itaət və ibadət yalnız aləmlərin yaradanı qarşısında layiqli və rəvadır. Başqa istənilən bir varlığa pərəstiş batildir. Peyğəmbərlərin hidayətindən uzaqlıq və cahillik batil ibadətlərə səbəb olur.

Allah-təala Qur’anda batil ibadətlərin dəlilsiz, faydasız olduğunu bildirir və bu ibadətləri rədd edir:

Əgər kömək üçün Allahdan qeyrisinin sorağına gedirsinizsə, bilin ki, bütün qüvvət və qüdrət Allaha məxsusdur.48

Əgər izzət axtarırsınızsa, izzət Allahın əlindədir: “Bütün izzət Allaha məxsusdur.”49

Əgər ruzi axtarırsınızsa, bilin ki, batil mə’budlar ruzi verməyə qadir deyillər.50

Əgər başqa mə’budlar vasitəsi ilə xeyir qazanıb ziyandan uzaqlaşmaq istəyirsinizsə, bilin ki, onlar xeyir verib zərəri uzaqlaşdırmağa qadir deyillər: “De ki, Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz?!”51

Əgər tağutları özünüzdən üstün hesab edirsinizsə, bilin ki, onlar da sizin kimidir. “Sizin kimi bəndələrdir.”52

Əgər bütlərə pərəstişdə babalarınıza təqlid edirsinizsə, bilin ki, onlar azğınlardan olublar: “Siz də, atalarınız da açıq-aşkar azmısınız.”53

Əgər qiyamət günü fəryadınıza çatacaqlarını fikirləşirsinizsə, bilin ki, onlar ibadətlərinizə göz yumub sizinlə düşmən olacaqlar: “Xeyir, tanrıları tezliklə onların ibadətini danacaq və onlara düşmən olacaq.”54

Bu şəxslər heç bir səbəb və dəlil olmadan başqa mə’budların sorağına getmişlər. Etdikləri ibadət üçün heç bir dəlilləri yoxdur: “Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, Allah ona heç bir dəlil nazil etməmişdir.”55 Allahdan savay heç kim və heç nə pərəstişə layiq deyil. Çünki bu batil mə’budlar ya xarici vücuda malik olmayan təxəyyüldür, ya xaraktersiz və acizdir, ya da fəal olmasına baxmayaraq, müvəqqəti, məhdud, minnətçi və alçaldıcıdır. İnsan heç bir mövcuda Allaha itaətsizlik bahasına pərəstiş etməməlidir. İmam Cavad (ə) buyurur: “Hər kim başqa birinin sözünə qulaq assa ona pərəstiş etmişdir!”56 Demək, haqq söz dedikdə haqqın bəndəsi, batil söz dedikdə batilin bəndəsi oluruq. İmam Sadiq (ə) bir hədisdə buyurur: “Hər kəs hansısa bir mövcuda itaət edib Allahın əmrindən çıxarsa, həmin mövcuda pərəstiş etmişdir.”57

Demək, batil ibadət yalnız daş, taxta, günəş və ulduzlara pərəstişlə məhdudlaşmır. Hər bir qeyri-ilahi hökumətə, qüdrətə, sözə və fikirə bağlanmaq batil ibadətdir. Hətta qeyri-ilahi ideologiyaların qəbulu da batil ibadətlərdən sayılır.

<BASHLIQ3>İBADƏT YOX, BƏNDƏLİK! </BASHLIQ3>

Qəlbən qəbul edilməyən zahiri ibadətlər dəyərsizdir. Bəndə Allahın göstərişləri qarşısında qeyd-şərtsiz təslim olmalı, şəxsi istəklərini kənara qoymalı və xalqın xoşuna gəlib-gəlməyəcəyinə e’tina göstərməməlidir. Bu nə üçün-niyəsiz təslim olma ibadətin fəlsəfəsi olan bəndəlikdir.

İblis keçmiş ibadətlərinə baxmayaraq bəndəlik ruhiyyəsi olmadığından Adəmə (ə) səcdə etmədi, Allahın göstərişindən boyun qaçırıb kafir oldu.

Xalqın peyğəmbərlərin də’vətindən boyun qaçırıb təkəbbür göstərmələrinin səbəbi onlarda bəndəlik və təslimçilik ruhiyyəsinin olmaması və nəfslərinə tabe olmaları idi. Qur’an buyurur: “Hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn peyğəmbərə təkəbbür göstərmirdinizmi?!”58 “Amma xeyr! Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim tə’yin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam bir itaətlə Allahın hökmünə təslim olmayınca (həqiqi surətdə) iman gətirmiş olmazlar.”59

Demək, insanın razılığı, təslimçilik və bəndəliyindən qaynaqlanan ibadət dəyərlidir. İbadət özünə bəndəlik və nəfsə tabeçilik yox, Allaha bəndəlikdir.

İlkin İslam dövründə müsəlmanlara cihad hökmü gələrkən bə’ziləri deyirdilər: “Nə üçün bu göstəriş bir müddət tə’xirə salınmayıb, indi gəldi?” “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər yubandıraydın...”60 Qiblənin Beytül-müqəddəsdən Kə’bəyə doğru dəyişilməsi hadisəsində bə’ziləri dedilər: “Niyə? Qur’an belə cavab verir: “Kimin peyğəmbərə itaət edəcəyini və kimin geri qayıdacağını (ağız əyəcəyini) bilmək üçün.”61

Təslimçilik və bəndəliyin kamil nümunəsini İbrahim və İsmailin əhvalatında görürük. Həm ata Allahın göstərişinə tam itaət edib, övladını qurbangaha aparır, boğazına bıçaq çəkir; həm də İsmail deyir: “Ey ata, göstəriş veriləni yerinə yetir.”62

İbrahim (ə) müt’i və təslim bəndənin kamil nümunəsidir. İstər övladını qurban etməkdə, istər Hacər və İsmaili Məkkənin susuz çöllərində tənha buraxmaqda, istər Nəmrudun oduna atılmağa hazır olmaqda!

<BASHLIQ3>İBADƏTLƏRİN DAVAMLILIĞI</BASHLIQ3>

<center><table><tr><td>

Yolçu o deyil ki, qaçıb yorula,

Haqq yolçu yol gedir asta, aramla.

</td></tr></table></center>

İbadətlə yanaşı bütün işlərdə ardıcıllıq və davamiyyət bəyənilmişdir. İslamın nəzərincə, davamlı kiçik ibadətlər davamsız böyük əməllərdən dəyərlidir. Qur’an deyir: “Allaha pərəstiş et, Ona ibadətdə səbirli ol!”63

Allahın rəsulu (s) buyurur: “İbadətin bəlası süstlük, bə’zən əməl edib, bə’zən tərk etməkdir.”64

Bir çox hədislərdə deyilir: “Allahın yanında ən gözəl iş az olmasına baxmayaraq, davamlı olan işdir!”65

Tövsiyə edilir ki, başlanan hər bir iş ən aşağısı bir il davam etdirilsin.

Demək, insanda ibadət və bəndəlik ruhiyyəsinin davamlı olması mühümdür. Bə’zən məscid, dua və ibadət halına düşüb, bir müddət sonra bu işlərə tamamilə biganə yanaşmaq səmərəsizdir.

<BASHLIQ3>İBADƏT FÜRSƏTİ</BASHLIQ3>

Ömür sərmayəsi və fürsətlər buludlar kimi həyat səmasından ötüb keçir. Ayıq-sayıq olmaq, ötüb keçən ömürdən faydalanıb Allaha bəndəlik etmək lazımdır. Gözəl bir hədisdə həzrət Əli (ə) buyurur: “Gecə və gündüz səninlə işləyir, sən də onlarla işlə. Onlar səndən alırlar, sən də onlardan al.”66

Gecə və gündüz xərclədiyimiz ömür sərmayəsindən nə əldə edirik? Allahın rəsulu (s) buyurur: “Dünya bir saat və bir andan çox deyil. Onu Allaha itaət yolunda sərf edin.”67

Əgər bə’zi şəraitlərdə ibadət imkanı azdırsa çalışmaq, imkan tapmaq daha azad mühitə gedib Allaha pərəstiş etmək lazımdır. Çünki məkan və zaman darlığı Allaha pərəstişdən uzaqlaşmaq üçün bəhanə deyil: “Şübhəsiz ki, mənim yerim genişdir. Buna görə də mənə ibadət edin!”68

<BASHLIQ3>İBADƏT ÇƏTİNLİKLƏRİNƏ DÖZMƏK</BASHLIQ3>

Allahpərəstlik yolunda çətinliklər də mövcuddur. İstər xalqı Allah düşüncəsindən çəkindirən tağutlar, istər dindarları məsxərəyə qoyan dinsizlər, istər insanı ibadətdən çəkindirməyə çalışan nəfs və şeytan, istər maneçilik törədən hər bir amil tərəfindən çətinliklər yaranır.

Yoxsa, İslam Peyğəmbərini (s) namaz zamanı Kə’bədə incitmirdilər?!

Yoxsa, mübariz müsəlmanlar allahpərəstlik xatirinə tağut işgəncələri altında can verməyiblər?!

Yoxsa Bilal Həbəşilər kimilərə Allah yolunda şallaq vurulmadı?!

Allah adamları heç bir halda Allaha pərəstişdən və dinin icrasından əl çəkmədilər. Həzrət Zeynəb (ə) gördüyü bütün müsibət və şəhadətlərə baxmayaraq Kufə və Şama səfər zamanı gecə namazını tərk etmədi. Baxmayaraq ki, halsızlıqdan ayağa qalxa bilmirdi!

Ümmətin imamı (r) ömrünün axırıncı gecəsi ölüm yatağında ikən müstəhəb namazlardan əl çəkmədi.

Haqq yolun can bahasına keçilən çətinlikləri vardır. Bu yolda düşmənlərdən qorxmaq lazım deyil. Həzrət Əli (ə) buyurur: “Haqq yolunda yolçuların azğınlığına görə qorxmayın.”69 Bə’zən nə isə almaq, yemək-imək və ya başqa bir məqsədlə israr edir, avtobusu saxlatdırırıq. Amma namazın vaxtı çatdıqda maşını saxlamaq üçün cəhd göstərmirik!

<BASHLIQ3>İBADƏT TÖVSİYƏSİ</BASHLIQ3>

Allahpərəst mö’min öz namaz və ibadəti ilə kifayətlənməyib, başqalarını da Allaha pərəstişlə tanış etməli, ibadət mədəniyyətinin genişlənməsi üçün çalışmalıdır. Haqqa çağırış və təbliğ hər bir mö’minin vəzifəsidir. Allah iman və saleh əməldən sonra insanı haqqa və səbrə də’vət edir: “...O kəslər ki, iman gətirib, yaxşı əməllər etdilər, haqqa çağırdılar və səbri tövsiyə etdilər.”70

On nəfər siqaret çəkən bir yerə daxil olsalar, az vaxt ərzində bir çox insanları tüstü ilə tanış edəcəklər. Bir neçə günahkar bütöv bir şəhəri fəsada bürüyür. Nə üçün bir dəstə ibadət və namaz əhli xalqa Allahı tanıtdırıb, mühiti Allaha pərəstiş məkanına çevirməsin?!

Bütün qüvvəmizlə evdə, küçədə, məktəbdə, idarədə, şəhər və kəndlərdə ilahi hədəflərimizi tövsiyə edib, bacarığımızı göstərməliyik.

<BASHLIQ3>VƏZİFƏLİLİK (BÜLUĞ HƏDDİ) VƏ ONUN ŞƏRTLƏRİ</BASHLIQ3>

İbadət və onun əhəmiyyətini bəyan etdikdən sonra, ibadət edən şəxsin hansı şəraitdə olmasını bilməliyik.

Yetkinlik (büluğ həddi) insan üçün böyük imtiyazdır. İnsan ilahi lütf əldə etməyə, Allahın göstərişlərini yerinə yetirməyə və yer üzündə Onun əmanətdarı olmağa layiq görülmüşdür. İnsana seçim imkanı verən bu xüsusiyyət onun iftixarlarındandır. Bu mərhələyə çatarkən bayram etmək lazımdır.

Alimlərdən biri həmişə öz yetkinliyə çatmasının il dönümünü bayram keçirirdi. O belə deyirdi: “Bu gün ilahi hökmləri yerinə yetirmək və məs’uliyyət qəbul etmək ləyaqəti qazanmışam!”

Necə ki, xalq dövlət başçısı, millət vəkili və ya səfir seçilən şəxsləri təbrik edir. Çünki bu şəxslər xalqın məs’uliyyətini öhdələrinə götürürlər. Yetkinlik yaşına çatmaq və Allah tərəfindən məs’uliyyət qəbul etmək də mübarək gündür.

Qısa şəkildə vəzifəlilik şərtlərinə işarə edək:

<B>1. Yetkinlik (büluğ həddi) </B>

Oğlanlar qəməri ili ilə 15 yaşda, qızlar isə 9 yaşda yetkinlik yaşına çatırlar. Əlbəttə, bu yaşdan öncə də vəzifəlilik yaşına çatmaq mümkündür.71 Vaciblərin yerinə yetirilməsi, haramlardan çəkinməklə nəticələnən yetkinlikdən əlavə yetkinlik hədləri də vardır. Məsələn, “siyasi yetkinlik” fikir inkişafı, cəmiyyətdə siyasi məsələlərdə agahlıq, doğru düşüncə tərzi və layiqli rəhbərlərə itaət mə’nasını bildirir. Kərbəlada şəhid olmuş imam Həsən Müctəbanın (ə) övladı Qasim mə’sum imam olan əmisinə deyir: “Əgər hökumət Yəzid kimi zalımın əlinə keçərsə, onunla mübarizə yolunda ölüm mənim üçün baldan da şirindir.” Bu onun siyasi yetkinliyə çatmasını göstərir.

“İqtisadi yetkinlik” dedikdə insanın başqalarına və özünə aid maldan düzgün istifadə bacarığı əldə etməsi nəzərdə tutulur. Qur’ani-kərim buyurur: Yetimlərin mallarını o zaman özlərinə təhvil verin ki, lazımı inkişafa çatıb, mallarından ağıllı şəkildə ticarət işlərinə sərf edə bilsinlər: “Əgər ağıla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın.”72

“İzdivac yetkinliyi” dedikdə oğlan və qızın büluğ həddinə çatmaqla yanaşı yaşayışı idarə edib, məs’uliyyətli olması başa düşülür. Çünki bu məs’uliyyətin qəbulu üçün yalnız cinsi yetkinlik və qanuni yaş həddi kifayət deyil.

<BASHLIQ3>BİR NEÇƏ XATIRLATMA</BASHLIQ3>

1. Öncə dedik ki, büluğ həddi vəzifəlilik şərtidir. Lakin bu o demək deyil ki, yetkinlik yaşına çatmayan kəslər tamamilə azad buraxılsın. Qur’an da bə’zən yetkinlik yaşına çatmayan şəxslərə müraciət edir: İcazəsiz otağa daxil olmasınlar. Ata-ana və başqaları istirahət edərkən giriş üçün onlardan icazə alsınlar.73 Həzrət Loğman övladına belə göstəriş verir: “Oğulcan, namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işlərə qadağa qoy.”74

2. Büluğ həddinin vəzifəlilik şərti olmasına baxmayaraq, valideynlər öz körpələrini yetkinliyə çatmazdan öncə dini sünnələr və mərasimlərlə, xüsusilə namaz və orucla tanış etməlidirlər. Bə’zən işin ciddiliyini anlatmaq üçün namazın tərkinin aqibətini açıqlayıb, digər tənbehlərdən istifadə edə bilərlər.

3. Büluğ həddinə çatmaq vəzifəlilik şərtidir. Lakin yetkinlik yaşına çatmamış şəxs kiməsə ziyan vurarsa, onun valideynləri ziyanı ödəməlidirlər. Çünki xalqın hesabı Allahın hesabından ayrıdır.

4. Büluğ həddinə çatmaq vəzifəlilik şərtidir. Lakin uşaqlar yaxşı əməllərinə görə mükafatlandırılacaqlar. Əgər səhv edib, pis əməllərə yol versələr tənbeh olunacaqlar.

<B>2. Qüvvə və bacarıq</B>

Qüvvə və bacarıq vəzifəlilik şərtidir. Zəif şəxslər vəzifəli deyillər. Hər şəxsdən öz gücünə görə tələb olunur. İlahi hökmlərdə də qüvvə məhdudluğu nəzərə alınmışdır. Allah-təala buyurur: “Biz heç kəsə gücündən artıq iş tapşırmırıq.”75 “Allah dində sizin üçün heç bir çətinlik yeri qoymadı.”76 Əlbəttə, insanın gücündən artıq çətinlik nəzərdə tutulur. Yoxsa, dindarlıq zəhmət və çətinliklə yanaşıdır.

Hətta çətinliklə dolu cihad məsələsində xəstə, əlil, kor və cihad etmək üçün zəif şəxslər istisna olunur: “(Cihada getməməyə görə) kora, topala-şilə, bir də xəstəyə günah gəlməz.”77

<B>3. İxtiyar</B>

Günaha məcbur edilən və ya zorla vəzifəsindən daşındırılan şəxs üçün cəza yoxdur. Yə’ni əməldə azadlıq və ixtiyar vəzifəlilik şərtidir. Məcburi hallarda məsələnin hökmü başqadır. Məsələn, zülmkar bir qüvvə müsəlmanların həccə getməsinə mane olur və ya bir şəxs aclıqdan ölüm halına çatıb, murdardan savay yeməyə heç bir şey tapmır.

<B>4. Ağıl</B>

Ağıl və şüur insanın dəyəri və vəzifəlilik me’yarıdır. Hesab-kitab və cəza ağıla əsaslanır. Ağıldan məhrum şəxslər vəzifəli deyil, onlar üçün cəza və mükafat yoxdur. Bə’zi rəvayətlərdə ağılın ilk məxluq olduğu və həqiqi bəndəliyin ağıldan qaynaqlandığı göstərilir. Hədis kitablarında əql mövzusu başqa mövzulardan öndə gəlir. (Məsələn, “Üsuli-Kafi”, “Vafi”, “Bihar”)

İslamda ağılın zəifləməsinə səbəb olan şeylər (məsələn spirtli içkilər) qadağandır. Ağıl və düşüncənin artmasına səbəb olan işlər isə bəyənilmişdir. Məsələn, tə’lim, mütaliə, səfər, məşvərət və...

<BASHLIQ3>İBADƏTİN DÜZLÜK ŞƏRTLƏRİ</BASHLIQ3>

İbadətin dəyəri onun düzlüyündədir. Düzgün ibadət isə iki mühüm amilə bağlıdır:

Düzgün hədəf;

Düzgün şəkildə ibadət.

<BASHLIQ3>DOĞRU HƏDƏF</BASHLIQ3>

İnsanın ibadətdə məqsədi vəzifələri yerinə yetirmək və Allahın razılığını qazanmaq olmalıdır. Buna görə riyakarlıqla, məqam kəsb etmək və xalqın hörmətini qazanmaq üçün edilən ibadət şirkdir. Əlbəttə, Allaha xatir ibadət edən şəxsin əməllərindən xalqın xəbər tutmasının eybi yoxdur.78

İbadət zamanı riyakarlıq həm haramdır, həm də ibadəti batil edir. Xalis niyyətin qeyri-ilahi məqsədlərə bulaşmaması üçün çalışmaq lazımdır. İmam Sadiq (ə) ixlaslı əməl barəsində buyurur: “Xalis əməl odur ki, Allahdan savay heç kəsdən tə’rif və hörmət gözləməyəsən.”79 Allahın rəsulu (s) ixlasın tə’sirləri barəsində belə buyurur: “40 gün xaliscəsinə əməl edən hər bir bəndənin ruhundan dilinə hikmət və ağıl bulaqları axar.”80

İxlas 40 gün ərzində alim və həkimlər (hikmət sahibləri) yetişdirən məktəbdir.

<BASHLIQ3>DÜZGÜN ŞƏKİLDƏ İBADƏT</BASHLIQ3>

Şəxsi səliqə və qeyri-dini göstərişlərə əsaslanan ibadət yox, Allah tərəfindən müəyyənləşdirilmiş şəkildə ibadət düzgündür.

Allahın rəsulu (s) buyurur: “Niyyətlər, əməllər və sözlər yalnız qanunlara və sünnəyə uyğun gəldikdə dəyərli olur.”81

Demək, ibadət formasını da din övliyalarından öyrənməliyik. Həzrət İbrahim (ə) Allahdan ibadətin düzgün üsulunu göstərməsini istəyir: “Bizə ibadətlərimizin qaydalarını göstər.”82

Namazın bütöv, yoxsa yarı, ahəstə, yoxsa uca qılınmasında, rəkətlərin sayı və bu kimi digər məsələlərdə dini göstərişlərə təqlid etmək lazımdır. Digər hallarda qılınan ibadətlər dəyərsizdir.

Məsələn, sizə 100 addım öndə xəzinə gizlədildiyi deyilir. Siz 98 və ya 102 addımlığı qazsanız, xəzinəni tapmayacaqsınız və əziyyətiniz səmərəsiz olacaqdır.

Yaxud kiməsə zəng edərkən bir nömrə az və ya çox yığmaqla tam başqa bir şəxslə təmasda olacaqsınız. Beləliklə, ibadətlər göstərildiyi kimi dəqiqliklə yerinə yetirilməlidir. Necə ki, açarın dişləri azca qalın, yaxud nazik olarsa qıfılı açmaz.

İmam Baqir (ə) “Evlərə qapılardan daxil olun”83 ayəsini belə təfsir edir: “Ayənin məqsədi budur ki, hər bir işi öz yolu ilə görün və göstərişlərə uyğun əməl edin.”84

<BASHLIQ3>İBADƏTİN FORMACA DƏYİŞMƏ AMİLLƏRİ</BASHLIQ3>

Qur’an əvvəlki qövmlərin ibadət formalarını dəyişib, ilahi qəzəbə düçar olmalarını yad edir. İbadətin formaca dəyişməsinin müxtəlif amilləri olub. Onların hər biri haqqında Qur’andan bir nümunə göstəririk:

<B>1. İbadət formasının inadkarcasına dəyişdirilməsi</B>

Allah-təala Bəni-İsrailə göstəriş verdi ki, müqəddəs məkana daxil olarkən “həttə” (yə’ni İlahi, günahlarımızı bağışla) kəlməsini desinlər. Onlar inadkarlıq və istehza edərək “hənətə” (yə’ni “buğda”) dedilər. Onlar ilahi qəzəbə düçar olub həlak oldular.85

<B>2. İbadət formasının ziyalınümalıqla dəyişdirilməsi</B>

İslam dörd ayda vuruşmağı qadağan edir. Bu məcburi atəşkəs üç ardıcıl aya (Zilqə’də, Zilhiccə, Məhərrəm) və bir ayrıca (Rəcəb) aya təsadüf edir. Qur’an bu ayları “onların dördü haram aylardır” tə’biri ilə ifadə edir və bu aylarda vuruşmağa qadağa qoyur.86 Bu aylarda yalnız müdafiəyə icazə verilir.

Bə’ziləri ziyalınüma düşüncələri və şəxsi səliqələrinə əsasən bu ayları dəyişib deyirlər: Heç bir fərqi yoxdur! Əsas məqsəd il ərzində dörd ay vuruşmamağımızdır!

Qur’an haram edilmiş aylarda dəyişiklik yaratmağı pisləyir və bu işi küfr hesab edir: “Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi şə’bana, zilqə’də, zilhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü artırmaqdır...”87

<B>3. İbadət formasını müqəddəsnümalıqla dəyişdirmək</B>

Burada məzhəb örtüyü və şər’i hiylələrlə öz istəklərinə çatmaq istəyənlər nəzərdə tutulur. Onlar bu yolla vicdan və ilahi qanunlara kələk gəlmək istəyirlər. Nümunə üçün Bəni-İsrail macərasını göstərmək olar. Allah-təala şənbə günü balıq ovunu onlara haram etdi. Onlar su kənarında çalalar qazırdılar. Balıqlar çalalara daxil olduqdan sonra ertəsi gün onları tutub, deyirdilər: “Biz şənbə günü balıq tutmamışıq!”

Bir neçə Qur’an ayəsində yuxarıdakı macəra bəyan olunur və Bəni-İsrail bu işə görə məzəmmət edilir. (Məsələn, “Ə’raf” surəsi, ayə 163)

<BASHLIQ3>İBADƏTİN QƏBUL ŞƏRTLƏRİ</BASHLIQ3>

İbadətin düzgünlük şərtlərindən əlavə qəbul və kamillik şərtləri də var. Bu şərtlər yerinə yetirildikdə insan Allaha yaxınlaşır və mə’nəvi kamilliyə çatır. Şərtlərin yerinə yetirilməsi fərd və cəmiyyət üçün də tə’sirlidir.

Bə’zən düzgün ibadət inkişafa səbəb olmur. Necə ki, bə’zən dərman şəfa vermir.

Bə’zən ibadət əzabın qarşısını alır, lakin bizi Allahın sevimlisi etmir. Ayə və rəvayətlərdə əməllər və ibadətlərin qəbul olması üçün bə’zi şərtlər göstərilmişdir:

<B>E’tiqadi şərt;

Siyasi şərt;

Əxlaqi şərt;

İqtisadi şərt;

İctimai şərt;

Sağlamlıq şərti və s. </B>

Bu şərtlərə izah verməzdən öncə tə’kid olunur ki, insan daha çox mə’nəvi fayda əldə etmək üçün ibadətin qəbul olma məsələsinə xüsusi diqqət göstərməlidir. Həzrət Əli (ə) buyurur: “Əməldən daha çox onun qəbul olunmasına diqqət göstərilməlidir.”88

İnsan giriş vəsiqəsi əldə edib, göstərilmiş qaydalara əməl edərək kiminləsə görüşə gedə bilər. Lakin görüş zamanı pis əxlaq, pis keçmiş və sair səbəblərə görə geri qaytarılar. İbadətin də ilahi göstərişlərə uyğun yerinə yetirilib, lakin Allah tərəfindən qəbul olunmaması mümkündür. Necə ki, bə’zən düzgün işlər görən qeyri-məs’ul şəxslər təşəkkür yox, tənqid olunur. Demək, işin qəbul olma şərti ayrıdır. İndi isə bu şərtləri bəyan edək:

<B>1. E’tiqadi şərt: Allaha iman

İmansızlıq əməllərin puç olma səbəbidir: “İmanı dananın bütün işləri puç olar.”89 Allaha və məada iman gətirən şəxslər Allahın məscidlərini abad edirlər: “Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirənlər abad edə bilərlər.”90

İmanlı qadın və kişilərin yaxşı əməlləri pak həyat səbəbidir: “Mö’min olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə onlara daha yaxşı mükafat verəcəyik.”91

Allahı tanımayan şəxs Ona xatir heç bir iş görmədiyindən mükafat gözləyə bilməz. Qur’ani-kərim kafirlərin əməllərini tufan qarşısında dayanmış külə bənzədir. Tufan qoparkən küldən əsər-əlamət qalmır.

<B>2. Siyasi şərt: Vilayət</B>

Cəmiyyətin rəhbərliyi maşının sürücüsü kimidir. Bütün sərnişinlər ayıq-sayıq və ədəbli olsalar belə, sərxoş sürücü və ya pis yol süquta səbəb olacaq. Lakin sürücü sağlam və təcrübəli olarsa, yorğun və intizamsız sərnişinlər sağ-salamat məqsədə çatacaqlar.

İmam Baqir (ə) buyurur: “Allaha iman gətirib, taqətdən düşənədək ibadət edən şəxsin Allah tərəfindən ləyaqətli rəhbəri olmazsa, onun sə’yləri faydasızdır.”92

Əgər səmavi rəhbər olsaydı, Allaha pərəstiş bütpərəstliyə çevrilməz və səmavi qanunlar xürafatla əvəz olunmazdı. Əzəmətli cümə namazları zalımlara xeyir verməz, müsəlmanların və İslamın izzəti sayılan həcc tə’sirli olar, qeyri-İslam hakimlərinə gəlir gətirməzdi.

Hədisdə deyilir: “Hər kəs bizim vilayət və rəhbərliyimizi qəbul etməsə, Allah da onun əməllərini qəbul etməz.”93

Həzrət Əli (ə) buyurur: “Biz Allahın qapısıyıq və Allahın yolu bizimlə tanınır.”94 Demək, ibadətin qəbul olması üçün vilayət şərtdir. Lakin vilayətlə yanaşı təqva da olmalıdır. İmam Baqir (ə) buyurur: “Təqvası olmayan şəxslər bizim hakimiyyət xəttində deyil.”95

<B>3. Əxlaqi şərt: Təqva</B>

Qur’anda Adəm (ə) övladlarının macərası nəql olunur. Onların hər ikisi qurban verdilər. Lakin birinin qurbanı qəbul oldu, o birininki isə qəbul olmadı. Allah-təala buyurur: “Allah yalnız təqvalılardan qəbul edir.”96

Nəql olunur ki, bir şəxs bazardan keçərkən bir dükandan iki çörək, o biri dükandan iki nar oğurladı. Sonra çörək və narı fəqirə verdi. Ona dedilər: “Bu nə işdir?” Dedi: “Allah hər günaha bir cəza, lakin hər savaba on qat mükafat verir. Mən iki nar, iki çörəklə dörd günah etdim, lakin onları fəqirə verib qırx savab qazandım. Qırx savabdan dörd günah çıxılanda otuz altı savab qalır.” Ona dedilər: “On qat mükafat təqva əsasında iş görənlərə verilir. Qəsb olunmuş maldan infaq etməyin mükafatı yoxdur. Yoxsa, oxumamısan ki, “Allah yalnız təqvalılardan qəbul edir.”97

<B>4. İqtisadi şərt: Xalqın haqqını ödəmək</B>

Ehtiyaclılara əl tutmaq, məzlumların haqqını ödəmək o qədər əhəmiyyətlidir ki, bə’zən ibadətin qəbul olması üçün şərt sayılır. Zəkat ödəmək və ya halal qazanmaq bu növ nümunələrdəndir. İmam Riza (ə) buyurur: “Zəkat (İslam vergisi) ödəməyən şəxsin namazı qəbul olmaz.”98

Başqa bir hədisdə həzrət Əli (ə) Kumeylə buyurur: “Halal yolla qazanc əldə etməsən, Allah-təala zikr və şükrünü qəbul etməz.”99

<B>5. İctimai şərt: Xeyirxahlıq</B>

İctimai əlaqələr, müsəlmanlar arasında qardaşlığın qorunması və İslam ardıcılları arasında yaxşı əlaqələr yaratmaq çox əhəmiyyətlidir. Buna görə yaxşı əlaqələrin pozulmasına səbəb olan hər bir əməl və söz pislənilir. “Qeybət”, “sui-zənn”, bədxahlıq, əlaqələri kəsmək, pis xasiyyət və sair bu kimi sifətlər və əməllər ibadətin qəbul olmamasına səbəb olur.

Allahın rəsulu (s) buyurur: “Hər kəs müsəlman qadın və kişinin qeybətini edərsə, onun tərəfindən bağışlananadək 40 gün namaz və orucu qəbul olunmaz.”100 “Ey Əbuzər! Din qardaşlarından uzaqlaşıb, əlaqələri kəsmə. Çünki bu işləri görən insanların əməlləri qəbul olunmaz.”101

İmam Sadiq (ə) buyurur: “Allah din qardaşına qarşı pis niyyəti olan mö’minin əməlini qəbul etməz.”102 “Sirkə balı məhv edən kimi, xalqla pis rəftar da əməlləri məhv edir.”103

Beləliklə, insanlar haqqında pis niyyət, dostluğun tərki, qeybət, müsəlmanların ictimai əlaqələrinin süstləşməsinə səbəb olan bu kimi əməllər ibadətin qəbul olmasına maneçilik yaradır. İbadətkar insanlar ibadətlərinin qəbul olması üçün Allah bəndələri ilə möhkəm dini əlaqələr yaratmalıdırlar.

<B>6. Ailə şərti: Xoş rəftar</B>

Müqəddəs İslam dini ibadət, siyasət, əxlaq və cəmiyyət arasında müsbət rabitələr yaratmışdır. Ailə daxilində qadın və kişinin bərabər hüquqlarının qorunması ibadətlərin qəbuluna maneə hesab olunur. Yer əlaqələrinin kəsilməsi səmavi əlaqələrin kəsilməsi ilə nəticələnir. Bu barədə İslam Peyğəmbəri (s) buyurur: “Allah pis rəftarlı, əziyyət verən qadının namazını və yaxşı işlərini qəbul etməz. Həmçinin kişinin!”104 Təkcə qadının kişi ilə pis rəftarı və ya kişinin qadınla pis rəftarı yox, hətta ata-anaya qəzəbli baxış ibadətin qəbuluna mane olur. İmam Sadiq (ə) buyurur: “Hətta övladına zülm etmiş ata-anaya qəzəblə baxan övladların namazı qəbul olmur.”105 Bəli, yerə möhkəm dayanmış namaz nərdivanı ilə me’raca qalxırıq. Lakin buz bağlamış və ya yumşaq yerə dayanmış nərdivanla yuxarı qalxmaq çətin, yaxud qeyri-mümkündür. İctimai əlaqələr, gözəl rəftarla yanaşı ibadət sayəsində mə’nəvi kamillik əldə olunur. İbadətin qəbul olmasına mane olan başqa işlər də rəvayətlərdə bəyan olunmuşdur. Məsələn, şərab içmək və sair. Əlbəttə, əgər Allah qəbul etmirsə də, namaz və orucdan uzaqlaşmaq düzgün deyil. Rəvayətlərin məqsədi ibadət edən şəxsin pis rəftarına xatir onun əməllərinin az dəyərli və zəif olmasını göstərməkdir.

<BASHLIQ3>QƏBUL NİŞANƏSİ</BASHLIQ3>

Qur’an namazın faydasını onun insanı çirkin və pis əməllərdən çəkindirməsində görür: “Həqiqətən, namaz çirkin və pis əməllərdən çəkindirər.”106 Bu səciyyə namazın əsas dəyəri və əməllərin qəbul olma nişanəsidir. Boş toxum inkişaf etmir və bəhrə vermir. Pis əməllərdən çəkindirməyən namaz həmin dəyərsiz ibadətdir.

İmam Sadiq (ə) buyurur: “Hər kəs namazının qəbul olub-olmamasını bilmək istəyirsə, namazın onu günahdan və pisliklərdən uzaqlaşdırıb-uzaqlaşdırmamasına baxsın. Namaz onu günahdan nə qədər uzaqlaşdırarsa, həmin qədər də qəbul olar.”107

<BASHLIQ3>İBADƏTİN KAMİLLİK ŞƏRTLƏRİ</BASHLIQ3>

İbadətin düzgünlük və qəbul olma şərtlərindən əlavə kamillik şərtləri də var. Bu şərtlər ibadətin daha dəyərli və daha tə’sirli olmasına səbəb olur:

<B>1. Çətinliyi olsun</B>

Asan ibadətlər hamının əlindən gəlir. Lakin daha çox iradə, əziyyət tələb edən çətin ibadətlər daha dəyərlidir və kamilliyə daha yaxındır. Qur’an çətin vaxtlarda Allahın peyğəmbərinə kömək edən şəxsləri mədh edir.108 İmam Həsən Müctəba (ə) minik olmasına baxmayaraq, daha çox mükafat əldə etmək üçün həccə piyada gedirdi. Qur’an yumşaq və isti yataqdan ayrılıb yalvarış və namaza başlayanları tə’rif edir.109

Həzrət Əli (ə) buyurur: “Ən üstün iş özünü vadar etdiyin işdir.”110

Qur’an çox çalışan və böyük mücahidlərin məqam və mükafatının daha üstün olduğunu bildirir: “Allah mücahidlərə evlərində oturanlardan daha böyük mükafatla imtiyaz vermişdir.”

<B>2. Əhəmiyyətli olsun</B>

Əhəmiyyətli işlər görmək ağıl, uzaq görənlik və xeyir tanıma nişanıdır. İslam daha faydalı və daha mühüm olan işlərə çağırır. İstər elm öyrənməkdə, istər ibadətdə, istərsə infaqda! İslam peyğəmbəri (s) buyurur: “Ehtiyaclı yaxınlar olan halda özgələrə kömək dəyərsizdir.”111 Həzrət Əli (ə) buyurur: “Müstəhəb namazlar vacib namazlara ziyan yetirərsə, Allaha yaxınlığa səbəb olmaz.”112

<B>3. Daimi tə’sirə malik olsun</B>

İnsan əməlinin faydası onun bərəkətindədir. Daimi tə’sirli ibadətlər kamil ibadətlərdir. Bə’zi kiçik işlər bə’zi böyük işlərdən daha çox inkişafa səbəb olur. Bə’zi müqəddimələr bir çox əsərlərdən daha çox tə’sirli və bərəkətlidir. Demək, bərəkət ibadətin kamillik şərtlərindəndir.

<B>4. Peyğəmbər (s) xəttində olsun</B>

Xalqın istəyinə və mühitin tələbinə uyğun, ata-babalardan irs qalmış şəkildə ibadətlər yox, din övliyaları və Peyğəmbər (s) sünnəsi xəttində olan ibadətlər kamildir. İbadət hər nə qədər mə’sumların üsuluna yaxın olarsa, bir o qədər dəyərlidir.

<B>5. Öncüllük</B>

İbadət və yaxşı işlərdə öncüllük dəyərdir. Bu qəbil işlərdə önə keçmək kamillik me’yarıdır. Qur’an təkrar-təkrar “sariu” və “sabiqu” göstərişi verir. Qur’an buyurur: “Sizlərdən fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) infaq edənlər və vuruşanlar (başqaları ilə eyni deyillər). Onlar (mallarını Allah yolunda) fəthdən sonra infaq edib döyüşənlərdən dərəcə e’tibarı ilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına ən gözəl mükafat və’d buyurmuşdur.”113 Demək, yaxşı işlərdə (infaq və cihad) öncüllük kamillik me’yarıdır. Həzrət Əli (ə) buyurur: “Xeyir iş üç halda daha dəyərli olur: sür’ətlə görüldükdə, görülmüş işi kiçik hesab etdikdə (qürrələnmədikdə) və gizli şəkildə olanda.”114 Buna görə də ən yaxşı namaz vaxtında qılınan namazdır. Namazın vaxtından ötdükcə onun fəziləti azalır. Bizim rəsmi şüarımız sayılan azanda deyirik: “Namaza, qurtuluşa və yaxşı işlərə doğru tələs!”

<B>6. Çətin şəraitdə ibadət</B>

Zülmkar hakimiyyət altında edilən ibadətlər daha çox fədakarlıq istədiyi üçün yüksək tə’sirə və dəyərə malikdir. İbadət və bəndəliyə mane olan xarici mühit və daxili istəklər əl-ələ verərkən onlara qalib gəlmək və Allaha pərəstiş etmək dəyər və kamillikdir. Qur’an həqiqi mö’minləri belə mədh edir: “Allah yolunda vuruşar və heç kəsin tə’nəsindən qorxmazlar.”115 “Onlar Allahın hökmlərini çatdırar, Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar.”116

Bəli, zalım hökumət və günahkar mühitdə özlərini və dinlərini qoruyanlar (məsələn, Fir’onun arvadı) yüksək məqam sahibləridir.

<B>7. Həvəslə və davamlı olmalı</B>

Həvəssiz ibadət münafiqlik nişanəsidir. Qur’an münafiqləri təsvir edərkən onların namaz zamanı həvəssiz olduqlarını bildirir: “Onlar namaza durduqları zaman tənbəlliklə (könülsüz) qalxar...”117 Lakin bəndəliyə həvəs dəyərdir. Davamlı ibadət kamillik səbəbidir. Hədislərdə daimi az əməllərin könülsüz və müvəqqəti çox əməllərdən üstün olduğu göstərilir. Qur’an İslam dinində möhkəm olanlara elm, düşüncə və sair sahələrdə faydalar və mükafatlar və’d edir: “Əgər doğru yolda sabit qalsaydılar, biz onlara bol yağış verərdik...”118

<B>8. İbadəti böyük saymamaq</B>

Qürurlu insanlar ibadətlərini böyük və əhəmiyyətli sayırlar. Bu isə əməllərin puç olmasına səbəb olur. Abidin öz ibadətini böyük zənn edib, qürrələnməməsi ibadətin kamillik şərtlərindəndir. İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında Allahdan istəyir: “İlahi, mənə ibadət tövfiqi ver və ibadətlərimi təkəbbürlə puç etmə.”

Bir çox hədislər göstərir ki, insan yaxşı işlərini və ibadətlərini böyük hesab etməməlidir. Allah-təala Qur’anda mələklərin çox təsbihini, ibadətini və daimi zikrlərini yad edir ki, insanlar bir neçə rəkət namaz və kiçik ibadətləri ilə qürrələnməsinlər.119

<B>9. Bəsirətli olmalı</B>

Dində düşüncə, bəsirət və agahlıq əməllərin və ibadətlərin dəyər nişanəsidir. Agahlıq və bəsirət olmadan əməllər lazımi qədər dəyərli ola bilməz. Həzrət Əli (ə) buyurur: “Düşüncə və bəsirətsiz ibadət dəyərsizdir.”120 Başqa bir hədisdə “yəqin” tə’biri bəyan olunur: “Yəqin” əsasında az, lakin həmişəlik əməl Allah yanında bəsirətsiz və yəqinsiz çox əməldən üstündür.”121

Əməl və ibadətin kamillik şərtləri barəsində deyilənlərlə kifayətlənirik.

<BASHLIQ3>İBADƏTİN FƏLSƏFƏSİ</BASHLIQ3>

Bütün İslam proqramlarının və hökmlərinin hikmət və fəlsəfəsi vardır:

1. Yüzlərlə ayə və hədis xalqı düşüncə və təfəkkürə çağırır. İslam qədər heç bir məktəb insanları düşüncəyə də’vət etməmişdir.

2. Qur’anın müşriklərə və bütpərəstlərə şiddətli e’tirazlarından biri ata-babalardan dəlilsiz və kor-koranə təqliddir.

3. Qur’an özü hökmləri bəyan edərkən onların dəlillərini göstərir. Mə’sum imamlar da rəvayətlərdə hökmlərin hikmətini bəyan etmişlər. İslam alimləri bə’zən bu mövzuda kitablar yazmışlar. (Məsələn: Şeyx Səduqun “İləluş-şəraye” kitabı, namaz, həcc və sair hökmlərin sirləri barəsində onlarla kitablar.)

Bunlardan əlavə, elmin inkişafıyla ilahi hökmlər və dini göstərişlərin sirlərindən pərdələr götürülür. İslamın yaşı ötdükcə onun əzəməti artır.

Yuxarıdakı nöqtələrə diqqət yetirdikdə bə’zi məsələlər xatırladılır:

1. Bütün zamanlarda, bütün insanların dini hökmlərin dəlilini bilməsi zəruri deyil. Bə’zi hökmlərin səbəbi hal-hazırda aydın deyil. Lakin zaman keçdikcə onların sirri üzərindən pərdə götürülür.

2. Hökmlərin fəlsəfəsində onların yalnız maddi tə’sirləri və faydaları, iqtisadi və sağlamlıq yönümləri yox, ruhi, mə’nəvi və axirət tə’sirləri də düşünülməlidir.

3. Allahı həkim, Onun göstərişlərinin hikmət əsasında olduğunu bilən şəxs bu gün hansısa hökmün səbəbini bilmədiyindən bu əməli tərk etməməlidir. Xəstə əgər “dərmanın tərkibini bilməyincə ondan istifadə etməyəcəyəm” deyərsə ağrıdan ölər. Əlbəttə, dərmanı istifadə etməklə yanaşı onu tanımağa çalışmalıyıq.

4. Hansısa bir hökmün fəlsəfəsi haqqında Qur’an və hədislərdən möhkəm bir dəlil yoxsa, yaxşı olar ki, sakit olaq və zənn-gümanlara qapılıb dəlil axtarmayaq.

5. Əgər varlıq aləminin bə’zi sirlərini biliriksə qürrələnməyək və hər bir şeyin dəlilini biləcəyimizi gözləməyək.

6. Adi gedişatdan çıxıb vəsvəsələrə qapılmayaq. Necə ki, həkimə müraciət edən şəxs özünü onun ixtiyarına verir. Yaxud avtomobili tə’mir edən mexaniklər sual-cavab edilmir. (Çünki həkim və mexanikin biliyinə inanırıq.) Dini məsələlərdə də Allahın qanunlarına boyun əyməklə əməl edilməlidir. Çünki Allah daha mehriban, daha bilikli və daha həkimdir. O həm gələcəyi, həm zahiri və həm batini tə’sirləri, həm gizlini, həm də aşkarı bilir.

7. İlahi hökmlərdən bə’zi sirlər öyrənmişiksə bütün hökmlərin sirlərini öyrənəcəyimizi xəyal etməməliyik. Əlini dənizə salıb çıxaran şəxsin haqqı yoxdur ki, xalqa əlini göstərib “dənizin suyu budur” desin. O deyə bilər ki, dəniz suyundan bu qədər mənim əlimə dəyib. Hansısa hökmün fəlsəfəsini bilən öyrəndiklərindən savay heç bir sirr olmadığını düşünməməlidir. Məgər məhdud insan ağlı ilə Allahın sonsuz elmindən qaynaqlanan hökmlərin dərinliyindən xəbər tutmaq olarmı?!

8. Bizi hökmlərin fəlsəfəsini anlamağa də’vət edən ağıl deyir: Nəyisə bilmədikdə təqvalı, agah insanlardan soruş. Bu həmin din övliyaları qarşısında bəndəlikdir.

İndi isə hədis və Qur’andan hökmlərin fəlsəfəsini göstərən nümunələrə nəzər salaq.

<B>Qur’an: </B>

Namaz barəsində deyilir: “Namaz insanı çirkin və pis işlərdən çəkindirir.”122

“Məni düşünmək üçün namaz qılın.”123

“Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram olar!”124

Oruc barəsində deyilir: “Təqvalılardan olmağınız üçün oruc sizə vacib oldu.”125 Çünki günahların çoxu qəzəb və şəhvət meylindən qaynaqlanır. Oruc bu meylin tüğyanının qarşısını alır və təqva yaradır. Buna görə də ramazan ayında cinayətlərin və günahların sayı azalır.

Həcc barəsində deyilir: “Daha çox mənfəət əldə etmək üçün həcc ziyarətinə getsinlər.”126 Həccin siyasi və ictimai cəhətdən tə’sirli və faydalı olmasına heç bir şəkk-şübhə yoxdur.

Zəkat barəsində deyilir: “Xalqın mallarından zəkat al. Bununla onları (dünyapərəstlik və paxıllıqdan) pak etmiş olarsan.”127

Qumar və şərab barəsində deyilir: “Şeytan onların vasitəsilə sizin aranızda düşmənçilik, kin yaradır və sizi Allahı düşünməkdən uzaqlaşdırır.”128

Qur’an qisası cəmiyyətin həyat mayası hesab edir.129

Çünki cinayətkar cəzalandırılmasa ölü, cinayətkar və zülmkar cəmiyyət yaranar, əmin-amanlığa son qoyular.

Bütün bunlar ilahi hökmlərin hikmət və tə’sirlərini bəyan edən Qur’an ayələrindən nümunələr idi.

<B>Hədis: </B>

Bu mövzuda nəql olunmuş hədislər arasında yalnız “Nəhcül-bəlağə”də Əmirəl-mö’mininin (ə) sözlərindən bir cümləyə işarə edirik: “Allah-təala şirki təmizləmək üçün imanı, təkəbbürü təmizləmək üçün namazı və ruzi səbəbi olması üçün zəkatı vacib etdi...”130 Allaha iman insanı şirk düşüncələr, puç eşqlər və zəif arxalardan azad edir.

Bütün kamilliklərin qaynağını düşünmək, əzəmət və qüdrət mərkəzindən kömək istəyi hesab olunan namaz insanı təkəbbürdən uzaqlaşdırır.

Zəkat cəmiyyətin işdən düşmüş mexanizmlərini işə salır. Zəkat məhrumlara və iflasa uğramışlara qüvvə verir, qəlblərdə xalqa qarşı məhəbbət yaradır və zəkat verən şəxsin qəlbindən dünya məhəbbəti xaric olur. Bundan əlavə insan zəkat verməklə var-dövlətindən azalmış miqdarın bərpası üçün iqtisadi fəaliyyət göstərir. Təbii ki, çox xərci olan daha çox işləyir. Demək, zəkat ruzi səbəbidir.

Bu hədisdə oruc, əmr be mə’ruf, nəhy əz-münkər, cihad barədə, eləcə də zina və şərabın haramlığı, hədlərin icra olması, imama itaət və bu kimi iyirmi ilahi hökmün hikmət və fəlsəfəsi bəyan olunmuşdur.

<B>Fitrət: </B>

İnsan fitrəti bə’zi hökmlərin fəlsəfəsi ilə tanışdır. Hər bir insan istənilən şəraitdə və zamanda yalanın, xəyanətin, töhmətin, qətlin, oğurluğun, zülmün, əskik satmağın və bu kimi başqa işlərin pis olmasını qəbul edir. Eyni zamanda ədalətin, paklığın, insanlara yaxşılığın və başqa xeyir işlərin yaxşı olmasını anlayır. Bütün bunlar insanın fitrətindədir. Fitrət bə’zi pislikləri və yaxşılıqları dərk edir. Fitrət ilahi ilhamdır: “Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrətdi.”131

<B>Elm: </B>

Müxtəlif sahələrdə elmin inkişafı ilə hökmlərin fəlsəfəsi bəyan olunur və bir çox pərdələr aradan götürülür.

Məsələn, donuz ətindəki trixin qurdlarının və ya spirtli içkilərin insan orqanizminə zərəri kimsəyə sirr deyil. Bunlar donuz əti və şərabın haram olmasının dəlillərindən bir qismi idi.

İslam ayaq üstə sidik ifraz etməyi qadağan edir və elm göstərir ki, ayaq üstə sidik ifraz etmək bütün sidiyin xaric olmasına mane olur. Qüslün də səbəbi var. Cənabət halında simpatik sinir sistemi və qan təzyiqi pozulur. Allaha diqqət isə qəflət halını aradan qaldırır. İslam nar çubuğu ilə diş təmizləməyə icazə vermir. Çünki diş əti nar çubuğuna qarşı həssasdır... Bəli, vaciblər, haramlar, müstəhəb işlər, məkruhlar, rəftar, geyim, yemək, yaşayış məsələləri və vasitələri barəsində İslam göstərişləri dəqiq və dərin mə’na daşıyır. Bütün bunlar barəsində İslam alimləri xeyli kitab yazmışlar. (Məsələn, şəhid doktor Paknejadın “Birinci məktəb və sonuncu peyğəmbər” kitabı) Bizim isə bu mövzu haqda söhbət açmağa imkanımız yoxdur. Lakin ümumi bir nəticə mühüm bir nöqtəni sübut edir:

Bütün İslam hökmləri hikmət və fəlsəfə əsasındadır. İstər elm vasitəsi ilə onları tanıyaq, istərsə onların gizli sirlərindən xəbərsiz qalaq! Bütün hallarda bəndəlik ruhiyyəsi ilahi hökmlərin qəbulunu, onlara əməl etməyi tələb edir.

<BASHLIQ3>ƏN BÖYÜK FƏLSƏFƏ TƏSLİMÇİLİKDİR. </BASHLIQ3>

Şübhəsiz ki, şər’i hökmlər və ilahi göstərişlərin fəlsəfəsi və dəlili vardır. Lakin bütün ilahi göstərişlərin və hökmlərin iqtisadi, tibbi və elmi dəlillərini axtarmaq lazım deyil. Müsəlman vəhy göstərişinə təslim olmalıdır. Mütləqiyyət və hikmət sahibi olan Yaradan qarşısında təslimçilik və qəbul ruhiyyəsi insan üçün kamal sayılır. Bə’zi göstərişlər bəndəlik və təslim ruhiyyəsinin imtahanı üçündür.

İsmaili qurban etmək üçün Allahın İbrahimə (ə) verdiyi göstəriş bunun bir nümunəsi və kamil bəndəlik nişanəsidir.

Necə ki, həmişə harayasa getmək üçün yola çıxmırıq. Bə’zən yol getmək özü məqsəddir. Məsələn, gəzinti və ya qaçışda məqsəd harasa getmək yox, idman etməkdir. Bə’zən ibadi göstərişlər və ilahi hökmlərdə məqsəd qarşı tərəfin təslimçiliyi, göstərişləri qəbul etməsi, Allahın razılığını qazanması və yalnız Ona itaət etməsi üçün hazırlıqdır. İbadətin məqsədi insan ruhunun tərbiyəsidir. Necə ki, fiziki hərəkətlər cismin tərbiyəsi üçündür.

İmam Səccad (ə) və imam Əli (ə) buyurur: “İlahi, iftixar üçün Sənin bəndən olmağım bəs edər.”

“Şə’baniyyə münacatı”nda oxuyuruq: “İlahi, əgər məni cəhənnəmə atsan, cəhənnəm əhlinə deyəcəyəm ki, mən Səni sevirəm!”

Həzrət Əli (ə) bildirir ki, İlahi, mənim ibadətim behişt tamahı və ya cəhənnəm qorxusundan yox, Səni ibadətə layiq bildiyim üçündür. İlahi övliyalar Allaha ibadətdən ləzzət alırlar. Günahkarlar isə Allahı düşünmək və ibadətin şirinliyindən məhrumdurlar. Bə’zən bir şəxs maddi təmənnasız kiməsə xidmət göstərmək istəyir. Həmin şəxsiyyətə xidmət onun üçün dəyərli məqsəddir. O hətta elm kəsb etmək və ya ictimai mövqeyə çatmaq haqda düşünmür.

Böyük şəxsiyyətlərlə yaxın olmaq, onlarla birlikdə şəkil çəkdirməkdən fərəh hissi duyanlar çoxdur. Baxmayaraq ki, onların bu işdə heç bir mənfəəti yoxdur. Təkcə bu yaxınlıq onlar üçün sevimlidir. İnsanlar üçün bu dünyada bu növ işlər qiymətlidirsə, Allaha bəndəlik, Onun hüzurunda olmaq iftixar sayılmazmı?!

<BASHLIQ3>BƏHANƏ, YOXSA ARAŞDIRMA? </BASHLIQ3>

Deyilənlərdən mə’lum olur ki, bə’zilərində təslimçilik və bəndəlik ruhiyyəsi olmadığından dindarlıq və vəzifədən boyun qaçırmaq üçün bəhanə axtarırlar. Buna görə də araşdırma aparır, hər dini göstərişin fəlsəfə və dəlilini axtarır, özlərini ziyalı göstərirlər. Qur’ani-kərim bu kimi şəxslərin qiyamətə e’tiqadları barəsində buyurur: “Lakin insan bundan sonra da günah etmək, pis işlər görmək istəyir. “Qiyamət günü nə vaxt olacaqdır?” –deyə soruşar.”132

Onlar bəhanəçil uşaqlar kimidir. Bəhanələr kəsildikdə, başqa bir bəhanə axtarırlar. Qur’an bu şəxslər barədə buyurur: “Əgər müşriklər Allahın qüdrətini və peyğəmbərlərin mö’cüzələrini görsələr üz döndərib: “Bu uzun müddət davam edən bir sehrdir!” –deyərlər.”133

Bu kimi şəxslər başçı, mexanik, həkim, xarici dəblər, nəfsani vəsvəsələr və şeytani meyllər qarşısında təslimdirlər. Lakin dini göstərişlərə gəldikdə tədqiqatçı və müstəqil fikirli olurlar.

<BASHLIQ3>BİR SÖHBƏT</BASHLIQ3>

Bir gün bir şəxs soruşdu: “Nə üçün sübh namazı iki rəkətdir?” Dedim: “Bilmirəm. Allahın göstərişidir, yerinə yetirilməlidir.”

Bilmədiyimi anlayan kimi ziyalı qiyafəsi aldı və dedi: “Dünya elm dünyasıdır, elmsiz din məqbul deyil...” Soruşdum: “Nə üçün nar ağacının yarpağı kiçik, üzüm yarpağı isə böyükdür?” Dedi: “Bilmirəm.” Təkəbbürü azaldı. Mən də həmin qiyafəni alıb dedim: “Qardaş, dünyanın elm dünyası olmasını qəbul edirik. Lakin bu o demək deyil ki, varlığın bütün sirlərini bu gün öyrənməliyik. Şübhəsiz, narın nazik, üzümün enli yarpaqları, onların meyvələrinin dadı arasında təbiətşünaslar tərəfindən nə vaxtsa kəşf olunacaq bir rabitəsi vardır. Demək, sirlərin varlığını qəbul edirik. Lakin onların hamısını bilmək iddiasında olan şəxsi qəbul etmirik. Əgər hər bir əməldən öncə onun fəlsəfəsini öyrənsək, allahpərəstlik və təslimçilik necə olsun? Vəhy elmdən daha üstün və daha sirlidir. Nə üçün ziyalılar hər bir qanun və proqramı qəbul edir, lakin din və Allah qanunlarına gəldikdə çətinliyə düşür və məntiq əhli olurlar?!


<BASHLIQ3>NAMAZ</BASHLIQ3>

<BASHLIQ3>VƏHY MƏKTƏBİNDƏ NAMAZ</BASHLIQ3>

İbadət, onun fəlsəfəsi və şərtləri barəsində söhbətlər oldu. İndi isə ibadətin ən bariz nümunəsi olan “namaz” mövzusunu araşdıracağıq. Öncə Qur’an və hədisdə namazın məqamı ilə tanış olaq. Sonra isə onun xırdalığına və sirlərinə əl ataq. Beləliklə, namaz haqqında vəhy məktəbinin baxışlarına diqqət yetirək:

Namaz peyğəmbərlərin ən mühüm tövsiyələrindən biri və ibadətin ən bariz nümunəsidir. Həzrət Loğman övladına deyir:

“Oğulcan, namaz qıl.”134

Namaz unutqanlıq üçün dərman və Allahın zikri üçün vasitədir: “Məni düşünmək üçün namaz qıl.”135

Namaz Allahın əhdidir.136

Namaz Peyğəmbərin (s) gözünün nurudur.137 Namaz çətin və kədərli anlarda köməkdir. Allah-təala buyurur: Çətinliklərdə namaz və səbrdən kömək alıb, onlara qalib gəlin: “Səbr etmək və namaz qılmaqla kömək diləyin!”138

Namaz təkəbbür üçün dərmandır. Həzrət Əli (ə) buyurur: Allah insanı təkəbbürdən uzaqlaşdırmaq üçün namazı vacib etdi.139

Namaz Allahın verdiyi ne’mətlərə görə Ona təşəkkür vasitəsidir: “Ona görə də (bu ne’mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!”140

Namaz dinin simasıdır.141

Namaz İslam dininin nişanı, gerbi və bayrağıdır. Peyğəmbər (s) buyurur: “Namaz İslamın bayrağıdır.”142

Namaz dinin sütunudur.143

İslam Peyğəmbəri (s) buyurur: “Namazın dində rolu başın insan bədənindəki rolu kimidir.”144

Namaz behiştin açarıdır.145

Namaz insanları dəyərləndirmə me’yarıdır.146 Namaz dinin köküdür.147

Qiyamətdə veriləcək ilk sual namaz haqqındadır.148

Namaz günahları məhv edir. Hədislərdə namaz insanın gün ərzində beş dəfə yuyunub, bütün çirklərdən təmizləndiyi bir çaya bənzədilir.149

Namaz məxluqla xaliqin rabitəsidir. Namaz maddi insanı mə’nəviləşdirir və insanı Allahla tanışlıqdan əlavə, su, torpaq, qiblə, tülu (doğuş), qürub, vaxt və bütövlükdə təbiətlə tanış edir.

Namaz yeganə ibadətdir ki, hətta qərq olduqda və döyüşdə insanın öhdəsindən götürülmür. Namaz zülmkar hakimiyyətdə insanın ən uca azadlıq fəryadı və Allah dərgahında bəndəliyin e’lanıdır.

Namaz İbrahim (ə), Məhəmməd (s), Hüseyn (ə) və Mehdi (ə) sünnəsini diriltməkdir.

Namaz insanın Allaha yaxınlaşması üçün vasitədir.150

Namaz peyğəmbərlərin axırıncı tövsiyəsidir. İmam Sadiq (ə) vəfatından öncə bütün yaxınları və övladlarını ətrafına toplayıb bildirdi ki, namaza yüngül yanaşan şəxsə qiyamətdə bizim şəfaətimiz şamil olmayacaq.151

Namaz Allahın dostları üçün şirin, münafiqlər üçün isə çətin və ağır bir yükdür: “Həqiqətən, o təvazökar olmayanlara ağır bir yükdür.”152

Namaz şeytanı məhv edir.153

<BASHLIQ3>NAMAZIN ƏHƏMİYYƏTİ</BASHLIQ3>

Nəql olunmuş ayə və hədislərdən əlavə, ilahi övliyaların rəftarı namazın əhəmiyyətini və məqamını bəyan edir. Namaz peyğəmbərlərin proqramlarındandır. Həzrət İsa (ə) beşikdə deyir: “Mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə etdi.”154

İmam Hüseyn (ə) da aşura günü günorta mübarizə meydanında, düşmən oxlarının qarşısında namazı tərk etmədi.

Həzrət İbrahim (ə) zövcəsini və uşağını heç bir ot və su olmayan qızmar Məkkə çöllərində qoyub dedi: “Ey Rəbbimiz! Mən əhli-əyalımdan bə’zisini (İsmaili və anası Hacəri) sənin Beytul-həramının (Kə’bənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim.”155

Namaz zamanı mə’sum rəhbərlərimizin rəngi qaçar, deyərdilər: “İlahi əmanəti qaytarmaq, Allah dərgahında hazır olmaq vaxtıdır.”156

Bə’ziləri namazı behişt tamahı ilə və ya cəhənnəm qorxusundan qılırlar. Lakin Əmirəl-mö’minin (ə) Allahı ibadətə layiq bilib namaz qılırdı.157

Bu həyatverici proqramı işə salmaq üçün İslam ata-analara tövsiyə edir ki, öz uşaqlarını yetkinlikdən öncə (məsələn, 8 yaşda) namaza vadar etsinlər. Bə’zən e’tinasızlıq göstərdikləri üçün onlara qəzəblənsinlər.158

Namaz qılan şəxs varlığın qaynağı ilə əlaqədədir. Necə ki, təyyarəçi sükan olan otaqla əlaqədədir.

Namaz günahların bağışlanma səbəbidir. Namaz günahların pis tə’sirlərini təmizləyir. Qur’an namazı əmr edəndən sonra buyurur: “Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar.”159

<BASHLIQ3>NAMAZI TƏRK ETMƏK</BASHLIQ3>

Namazı tərk etmək varlığın yaradanı ilə rabitəni kəsməkdir. Bu iş dünya və axirətdə acı aqibətlə sonuclanır. Qiyamətdə behişt əhli cəhənnəm əhlindən soruşar: “Sizi cəhənnəmə nə göndərdi?” Onların verdiyi cavablardan biri budur: “Biz namaz qılanlardan deyildik.”160

Başqa bir yerdə namaza səhlənkar yanaşan, e’tinasızlıq göstərən, gah qılıb, gah qılmayan namaz əhlinə deyilir: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər.”161

Allahın rəsulu (s) buyurur: “Namazı bilərəkdən tərk edən şəxs dindən xaric olur.”162 “Namazın tərki İslamla küfr arasında sərhəddir.”163

<BASHLIQ3>NAMAZA E’TİNASIZLIQ</BASHLIQ3>

Namaza qiymət vermək Allaha iman nişanəsidir. Namaza e’tinasızlıq isə mə’nəviyyata məhəbbətin zəif olması dəlilidir. Həzrət Əli (ə) buyurur: “Xalq arasında ən oğru şəxs namazını azaldan şəxsdir.”164 “Namaza yüngül yanaşanlar uşaq salmış qadın kimidir. Onları nə hamilə, nə də ana adlandırmaq olur.”165 “Namaza yüngül yanaşanlar, onu zay edənlər namaz qılmayanlardan daha çox ziyan görəcəklər.”166 

İslam Peyğəmbəri (s) buyurdu: “Namazını puç edən şəxs qiyamətdə Qarun və Hamanın yanında olacaq. Vay olsun öz namazını qorumayan şəxslərə...”167 Allah namaza yüngül yanaşan şəxsin ömür və malından bərəkəti, xeyiri kəsər. Onun işlərinin mükafatı məhv olar, duaları qəbul olmaz, ölüm zamanı aclıq, susuzluq və xüsusi bir zillət hiss edər, bərzəxdə işgəncə, zülmət, sıxıntı dadar və qiyamətdə ciddi hesaba çəkilər.”168 “Namaza yüngül yanaşan şəxs mənim ümmətimdən deyil.”169

Həzrət Peyğəmbər (s) nəql edir ki, insan namaz zamanı Allahdan qeyrisini düşündükdə Allah ona buyurur: “Kimi düşünürsən? Məndən savay tanrı tanıyırsanmı? Məndən savay səni qoruyan varmı? Yoxsa qəlbini məndən başqa bir bağışlayana bağlamısan? Bağışlayanların bağışlayanı mənəm... Əgər məni düşünsən, mən və mələklərim səni düşünərik...”170

<BASHLIQ3>AĞIL VƏ VİCDAN BAXIMINDAN NAMAZ</BASHLIQ3>

Müsəlmanların bir-birlərinin üzərində islami haqları var. Bundan əlavə insani haqlar var. İnsani hüquqlardan biri yaxşılıqlar və məhəbbət müqabilində təşəkkürdür. Hətta müsəlman olmasaq da insanların yaxşılıqlarına görə təşəkkür etməliyik. Bu haqq bütün xalqlara aiddir.

Yaxşılıq nə qədər böyük olarsa, təşəkkür də bir o qədər böyük olmalıdır.

Öhdəmizdə Allahdan daha çox kimin haqqı var?! Çünki onun bizə verdiyi ne’mətlər saysızdır və O özü əzəmətli və fəyyaz varlıqdır. Allah bizi bir zərrədən yaratdı. Sonra ehtiyac duyduqlarımızı (nur, hərarət, məkan, hava, su, üzvlər, meyllər, qüvvə, geniş təbiət, bitkilər, heyvanlar, düşüncə, ağıl, məhəbbət, iman və sair) hazırladı. Bizi tərbiyə etmək üçün elçilərini göndərdi, səadətverici hökmlər verdi, halal-haramı tə’yin etdi. Mə’nəvi və maddi həyatımızı kamillik vasitələri ilə tə’min etdi. İnkişafımız, dünya və axirət səadətimiz üçün bütün vasitələri hazırladı. Bizə Allahdan daha çox yaxşılıq edən kəs varmı ki, haqqını almağa Allahdan daha çox layiq olsun?!

Sə’di deyir: “Alınan hər bir nəfəs həyata köməkdir. Xaric olan nəfəs zatı fərəhləndirir. Demək, hər bir nəfəsdə iki ne’mət mövcuddur və hər ne’mətə bir şükür vacibdir.”

O bizi peyğəmbərlərin və mə’sumların hidayəti ilə tə’min etmişdir. Dünyanı insan üçün ram edən də Odur. İnsana təbiətin bəxşişlərindən bəhrələnmək və dünyanın sirlərini kəşf edib öz həyatında istifadə etmək üçün qüdrət verildi.

Yarpaqlar və bitkilər havanın karbonunu alır, oksigen hazırlayırlar.

Yağış damcıları havanı təmizləyir.

Nəhənglər ölü balıqları udur ki, sular iylənməsin.

Gözlərimiz hər an müxtəlif cəhətlərdən növbənöv və dəqiq şəkillər çəkir.

Əgər dodağımız yumşaq olmasaydı, danışa bilməzdik.

Əgər göz yaşları şor olmasa, piydən yaradılmış gözlər xarab olar.

Sular acı və ya şor olmasaydı, ağaclar cücərməzdi.

Yerin cazibə qüvvəsi olmasaydı, günəş bizə yaxın olsaydı, doğuşdan sonra əmməyi bacarmasaydıq, ata-ananın məhəbbəti olmasaydı və... yaşaya bilərdikmi?!

Əlbəttə, Allahın ne’mətlərini saymaq istəmirik və saya da bilmərik. Çünki Allah özü buyurur ki, onun ne’mətlərini sayıb qurtarmaq olmaz.

Əgər bu ne’mətlərin milyonda birini kimsə bizə verərsə, ömrümüz boyu ona borclu qalmarıqmı?

İnsani və vicdani vəzifələrimiz tələb edir ki, Allaha ne’mətlərinə görə təşəkkür edək və bu misilsiz yaxşılıq üçün şükür edib namaz qılaq, Ona pərəstiş edək.

Bizi O yaradıb, biz də Ona ibadət və bəndəlik edək, şərq və qərbin qulu olmayaq.

Namaz Allaha təşəkkürdür. Hər bir ağıllı və vicdanlı insan namazın zəruriliyini anlayır.

İt ona verilmiş sümüyə təşəkkür olaraq quyruq bulayır və evə daxil olan yadlara hücum çəkir. İnsan bu qədər ilahi ne’mətlərə e’tinasızlıq göstərib, namaz şəklində formalaşmış təşəkkür ruhiyyəsindən faydalanmırsa, onun qədrdanlığı itdən də az olmurmu?!

<BASHLIQ3>BİR NEÇƏ SUAL-CAVAB</BASHLIQ3>

<B>Sual: </B> Allahın bizim təşəkkürümüzə ehtiyacı varmı?

<B>Cavab: </B> Xeyr! Ne’mətlərin qədrini bilməyimiz Allahın bizim namazımıza ehtiyaclı olmasını göstərmir. Namaz özümüzə aid dəyər və insaf nişanəsidir. Əgər müəllim şagirdə “mənim zəhmətlərimi qiymətləndirin, yaxşı dərs oxuyun” deyirsə, şagird müəllimin ona ehtiyaclı olduğunu düşünməməlidir.

Bu iş şagirdin kamilliyə çatması üçündür.

<B>Sual: </B> Allahın ne’mətlərinə təşəkkür olaraq nə üçün hökmən namaz qılınmalıdır?

<B>Cavab: </B> Təşəkkürün zəruriliyini qəbul etdikdən sonra onun forması ilahi göstərişlərə uyğun olmalıdır. Xəstənin həkimə müraciəti zəruri olarsa, dərmandan həkimin göstərişlərinə uyğun istifadə olunmalıdır. Mə’nalı təşəkkür etməyimiz üçün Allahın istədiyi kimi təşəkkürə çalışmalıyıq. Təyyarəçi dünyanın hər bir yerində uçuş mərkəzi ilə əlaqə saxlamaq istəsə ingilis dilində danışmalıdır. Demək, təşəkkürün hansı formada olmasını Allahdan və Onun övliyalarından öyrənməliyik.

<B>Sual: </B> Dünya ne’mətlərinə görə təşəkkür düzdür. Bəs çətinlikdə yaşayanlar nə üçün təşəkkür etməlidir?

<B>Cavab: 1. </B> Çətinliklərin bir çoxunu özümüz yaradırıq. Məsələn, sağlamlıq qaydalarına riayət etmirik deyə xəstələnirik. Dərs oxumadığımız üçün inkişafdan qalırıq. Dost seçimində diqqətli olmadığımızdan çətinliyə düşürük və sair.

<B>2. </B> Çətinliklərdə də fayda var. Çünki çətinliklər insanı təlaşa vadar edir və iste’dadları çiçəkləndirir.

<B>3. </B> Acılı günləri şirin günlərlə, bəlaları ne’mətlərlə yanaşı yada salmalıyıq.

<B>4. </B> Bə’zən çətinliklər və bəlalar ruhun kamilliyinə, zatın təmizlənməsinə və mə’nəvi inkişafa səbəb olur; fərd Allahdan qeyrilərindən ayrılır və yalnız Onu düşünür.

<BASHLIQ3>RƏDD OLUNAN NAMAZLAR</BASHLIQ3>

Dediyimiz kimi, hansısa bir düzgün əməlin qəbul olmaması mümkündür. Müştərisiz mal kimi! Hədislərdə bə’zi şəxslərin namazlarının dəyərsiz olduğu və qəbul edilmədiyi bildirilir. Bir neçə nümunəyə işarə edək:

<B>1. E’tinasızlar</B>

İmam Sadiq (ə) buyurur: “Cəmiyyətin yoxsullarına e’tina göstərməyənlərin namazı qəbul deyil.”171

<B>2. Haramxorlar</B>

Həzrət Peyğəmbər (s) buyurur: “Haramxorların namazı çınqıl üzərində tikilmiş bina kimidir.”172

<B>3. Evdə məs’uliyyətsizlik edənlər</B>

Allahın rəsulu (s) buyurur: “Ərinin qazancından faydalanan, lakin öz ilahi göstərişlərinə əməl etməyən qadının namazı qəbul deyil.”173

<B>4. Zəkat verməyənlər</B>

Qur’ani-kərimdə bir çox hallarda zəkat ödəmək namaz qılmaqla yanaşı zikr olunur. Hədislərdə bildirilir ki, malının zəkatını verməyənlərin namazı qəbul deyil.174 Bir gün Allahın rəsulu (s) doqquz nəfəri zəkat ödəmədiyi üçün məsciddən çıxardı, sonra namaza başladı. Bəli, Allahla əlaqə cəmiyyətin imkansızları ilə əlaqədən ayrı deyil.

<B>5. Təqvasızlar</B>

Təqvasızların, yetərli şəkildə səcdə və rüku etməyənlərin namazı qəbul deyil.175

<B>6. “Haqin” və “haqib” </B>

“Haqin” və “haqib” sidik və nəcasəti saxlayıb, özünü çətinliyə salan və cismi zərərlərə düçar olan şəxsə deyilir. Bu iş sağlamlığa ziyan vurmaqla yanaşı namaz zamanı insanın diqqətinin yayınmasına və qəlb iştirakının aradan getməsinə səbəb olur. İmam Sadiq (ə) buyurur: “Bu şəxslərin namazı qəbul deyil.”176

<B>7. Sevilməyən pişnamaz</B>

Bə’zən hansısa bir məsciddə xalqın qəbul etmədiyi və sevmədiyi bir pişnamaz şəxsi məqsədlə məscidi və ya məqamını tərk etmək istəmir. Təbiidir ki, bu hal camaat namazının süstləşməsinə, qarşıdurmaya səbəb olur. Rəvayətlərdə bu qəbil şəxslərin camaat namazının qəbul olmadığı bildirilir.”177

<BASHLIQ3>MƏ’SUMLARIN NAMAZLARI</BASHLIQ3>

Din övliyalarının və mə’sumların necə namaz qılması onların ardıcılları üçün ilhamverici dərs və nümunədir. Buradaca onların namazlarından bə’zi nümunələrə işarə edək:

Azan sədası Allahın rəsulu (s) üçün o qədər sevimli və cazibəli idi ki, azan zamanı Bilala buyururdu: “Ey Bilal, bizi qüssə-kədərdən xilas et.” Həzrət (s) buyurdu: “Hər kəs azan sədasını eşidib e’tina göstərməsə, zülm etmişdir.”178

Namaz zamanı həzrət Əlinin (ə) rəngi qaçırdı, o titrəyir və deyirdi: “Namaz vaxtı çatmışdır. Allahın göylərə, yerə və dağlara verdiyi, lakin onların qorxub qəbul etmədiyi əmanətin vaxtı!”179

İlahi əmanət yükünü daşımaq bəşər üçün ən böyük iftixardır.

Şair deyir:

<center><table><tr><td>

Səma götürmədi bu əmanəti,

İnsana yazdılar bu ləyaqəti.

</td></tr></table></center>

İmam Səccad (ə) namazda “maliki yəvmid-din” cümləsini o qədər təkrar edirdi ki, baxanlar onun can verdiyini düşünürdülər.180

O, səcdədə tər içində olurdu.

İmam Baqir (ə) buyurur: “Atam imam Səccad (ə) gecə və gündüz ərzində min rəkət namaz qılırdı.”181

Allahın rəsulu (s) namaz vaxtı çatarkən elə bil heç kəsi tanımırdı və xüsusi mə’nəvi halda olurdu.182

O buyurdu: “Ac yeməkdən, susuz sudan doyur. Lakin mən namazdan doymuram.”183

Həzrət Əli (ə) Siffeyn döyüşündə günəşi izləyir, arabir səmaya baxırdı. İbn Abbas bu işin səbəbini soruşdu. O həzrət buyurdu: “İstəmirəm ki, ilkin vaxtın namazını əldən çıxaram.” İbn Abbas dedi: “İndi?” Həzrət (ə) buyurdu: Bəli!184

Bəli! Balıqlar üzməkdən yorulmadığı kimi ilahi övliyalar da ibadət və namazdan yorulmur, əksinə, hər ibadətdən sonra Allah dərgahında bəndəlik üçün daha da həvəslənirlər.

Nəql olunur ki, mərhum Əllamə Əmini (“Əl-Ğədir” kitabının müəllifi) ramazan ayı həzrət Rizanın (ə) pak hərəmində hər gecə 1000 rəkət namaz qılırdı... (Nəql edən: Ayətullah Mirvarid; Məşhəd) İlahi övliyaların məktəbində eşq və məhəbbət dərsi öyrənənin yolu budur. Azad bəndələr və ilahi övliyalar namaz zamanı eşqlə namaza durar, ətirlənər, ən yaxşı paltarlarını geyərlər. Onların rəngləri dəyişər və namazın istiqbalına çıxarlar. Onlar Allahın inayətinə çatmamaqdan və ya namaz zamanı təvazö və qəlb iştirakından uzaq olmaqdan qorxarlar.

<BASHLIQ3>NAMAZIN QAYDALARI</BASHLIQ3>

Namazın qaydalarına (məsələn, dişləri yumaq, təmizlik, Allahı düşünmək və sair) riayət etmək ibadətin kamilliyinə səbəb olur. İmam Baqir (ə) buyurur: “Namazda Allahı düşün. Çünki namazın Allahı düşünməklə qılınan hissəsi qəbul olunur.”185

Sonra həzrət (ə) buyurur: “Namaz zamanı əllərinlə və üzünlə oynama. Çünki bu işlər namazın naqisliyinə səbəb olur. Yuxulu və yorğun halda namaz qılma. Çünki belə namaz münafiqlərin namazıdır...”186

Həzrət Peyğəmbər (s) buyurur: “Təqvalı insanın iki rəkət namazı təqvasız insanın 1000 rəkət namazından üstündür.”187

İmam Sadiq (ə) buyurur: “Namaz zamanı dünya və onda olan hər bir şeydən ümidini üz, bütün düşüncəni Allaha yönəlt. İlahi ədalət məhkəməsinin qarşısında duracağın günü yada sal...”188 “Bə’zən Allah 50 il ərzində insandan bir namazı belə qəbul etmir.”

Hədisdə deyilir: “Bə’ziləri Allahla o qədər e’tinasız söhbət edir, diqqətsiz namaz qılırlar ki, qonşu ilə belə söhbət etsələr cavab almazlar.”189 Həzrət Peyğəmbər (s) buyurur: “Dişlərini fırçalayan şəxsin iki rəkət namazı dişlərini fırçalamayan şəxsin 70 rəkət namazından üstündür.”190

<BASHLIQ3>NAMAZLA YANAŞI GÖSTƏRİŞLƏR</BASHLIQ3>

Qur’anda namaz haqqında olan bir çox ayələrdə namazla yanaşı başqa göstərişlər də bəyan olunmuşdur. Məsələn, zəkat, infaq, əmr be mə’ruf (yaxşılıq əmri), nəhy əz münkər (pisliyə qadağa) və Allahı nəzərdə tutub yoxsullara borc vermək. Bu ayələr İslamın ibadi hökmlərini bəyan edir. Allahla rabitə ilə yanaşı iqtisadi və ictimai məsələlər, yoxsullara əl tutmaq, əmr be mə’ruf və nəhy əz münkər bəyan olunur. Heç bir məsələ ikinci bir məsələyə diqqətə mane olmur.

Uyğun mövzuları qeyd olunacaq ayələrdə müşahidə etmək olar: “Bəqərə” surəsi, ayə 83; “Ənfal” surəsi, ayə 3; “Tövbə” surəsi, ayə 71; “Loğman” surəsi, ayə 17; “Muzzəmmil” surəsi ayə 20 və bir çox başqa ayələr.

Bu qayda ilə “həqiqətən, namaz çirkin və pis işlərdən uzaqlaşdırır” ayəsinin mə’nası daha aydınlaşır. Mə’lum olur ki, namazı dirçəltmək İslam cəmiyyətində fəsada mane olur.

<BASHLIQ3>NAMAZ RUHUN PƏRVAZIDIR. </BASHLIQ3>

Hədislərdə namaz mö’minin me’racı kimi yad edilir. Bu me’rac və pərvaz səmada yox, mə’nəviyyat və bəndəlik fəzasındadır. Bu pərvaz hündürlüyə uçuş üçün yox, Allaha yaxınlıq üçündür.

Namaz qılan şəxsin irfani və mə’nəvi pərvazı ilə təyyarəçinin səmada uçuşunu mövcud fərqləri nəzərə almaqla müqayisə etmək olar:

1. Təyyarə yerdən ayrılanda daha çox enerji sərf olunur. İbadət və namazda da nəfs istəklərinə qalib gəlmək və ibadətə başlamaq çətindir.

2. Uçuşun əhəmiyyəti təhlükəsiz enişdədir. İbadət də o zaman dəyərli olur ki, sonda təkəbbür yaranmasın və əməllər puç olmasın.

3. Təyyarənin yanacağı xüsusi və xalis yanacaq olmalıdır. Namaz qılan şəxsin mə’nəvi me’racı üçün də xalis diqqət və bütün digər pərəstişlərdən uzaqlaşmaq lazımdır. Əlləri qulağadək qaldırmaqla Allahdan qeyriləri inkar olunur və xalis niyyət əldə edilir.

4. Uçuş üçün təyyarəçi tam sağlam olmalıdır. Allahın hüzurunda və namazda sağlam qəlb olmalıdır.

5. Təyyarənin iki qanadı olur. Bir qanadla uçuş olmaz. Namazda da Allahla əlaqə ilə yanaşı xalqla düzgün rabitə olmalıdır. Allahın haqqını ödəməklə yanaşı insanların da haqqı ödənməlidir. Qur’an adətən namazla yanaşı zəkat tə’birini işlədir.

6. Təyyarə havaya qalxmaq üçün bir qədər yerdə hərəkət etməli olur. Azan, iqamə və müstəhəb zikrlər mə’nəvi uçuş üçün müqəddimədir. Namazdan sonrakı dualar və zikrlər enişdən sonra yerdəki hərəkətdir.

7. Uçuş zamanı birinci səhv axırıncı səhvdir. Süqut məhvə bərabərdir. İbadətdə şirk, təkəbbür və riya insanı süquta aparır. İblis 6000 illik abid keçmişinə baxmayaraq bir səhvlə əbədi lə’nətə düçar oldu!

8. Təyyarəçi sükan olan otağın göstərişləri ilə hərəkət edir və bütün göstərişlərə tabedir. Namaz və ibadətlər də göstərişlərə uyğun olmalıdır. Hətta bir dəqiqə tez, yaxud gec, qanunun əksinə ibadət batildir.

9. Təyyarəçi bə’zən uçuşda, bə’zən istirahətdə olur. Həmin vaxt təyyarə texniki baxışdan keçirilir. İnsan da ibadətlərlə yanaşı bə’zən istirahətə, halal ləzzətlərdən faydalanmağa və həyata qatılmağa ehtiyaclıdır. Allahın rəsulu (s) kimi bir şəxs bə’zən deyirdi: “Ey Humeyra, mənim üçün söhbət et.”

10. Təyyarəçinin dispetçer məntəqəsi ilə əlaqə saxlaması üçün yalnız bir rəsmi dil mövcuddur. Namaz qılan şəxs də Allahla əlaqə saxladıqda yalnız ərəb dilindən istifadə etməlidir. Həcc zamanı ehram “ləbbeyk əllahummə ləbbeyk” kəlməsi ilə başlanır.

11. Uçuşdan öncə hava, uçuş istiqaməti və s. haqqında mə’lumatlar alınmalıdır. İbadətdə də müqəddimə mə’lumatlara ehtiyac var. Fiqh və elmsiz ibadət dəyərsizdir. Hətta ticarətdə də ilahi hökmlərlə tanışlıq lazımdır.

12. Təyyarəçi yuxarı qalxdıqca yer onun üçün kiçilir. İnsan hər nə qədər Allahın əzəməti ilə tanış olarsa, Allahdan qeyriləri onun üçün bir o qədər kiçilər. Həzrət Əli (ə) buyurur: “Onların nəzərində Allah böyük, Allahdan qeyriləri isə kiçikdir.”191

13. Böyük təyyarə daha az silkələnir və müsafirlər aram olur. Namaz və ibadətlər cəm halda daha çox savablıdır və qəbul olma imkanı böyükdür.

14. Adətən, təyyarəçinin yanında çətin anlar üçün köməkçisi olur. Camaat namazında da yaxşı olar ki, birinci cərgədə ədalətli və təqvalı insanlar dursunlar. Pişnamaza nəsə olduqda, onlardan biri namazı sona çatdırır.

15. Maddi uçuşda təyyarəçi və sərnişinlər zirvəyə qalxdıqda ailə çətinliklərindən aralanır, xəbərsiz olurlar. Mə’nəvi pərvaz zamanı da ruh ucalarkən insan maddiyyatı düşünmür. Necə ki, namazda həzrət Əlinin (ə) ayağından oxu çıxardıqda xəbəri olmur.

16. Uçuş zamanı yüksəklikdən az miqdar aşağı endikdə “yüksəkliyi azaltdı” deyirlər. Baxmayaraq ki, təyyarə yerlə müqayisədə yenə də yüksəkdədir. İlahi övliyaların ibadəti adi şəxslərin ibadətlərindən çox-çox uca olsa da, onlar yüksəklikdən azca enməyi nöqsan və tənəzzül hesab edir və tövbə qılırlar.

Aləmin yaradanını düşünməklə, dünyəvi bağlılıqlardan ayrılmaqla namaz mə’rifət əhli üçün bir pərvazdır. Bu uçuş quşların fəzada və yaxud təyyarənin atmosferdə uçuşundan daha üstün bir uçuşdur. İnsanı alçaldan onun maddiyyata bağlılığı və şəhvətlərdir. Şair deyir:

<center><table><tr><td>

Quşların uçuşun gördünmü? İnan,

Şəhvətdən qurtulsa ucalar insan.

</td></tr></table></center>


<BASHLIQ3>NAMAZIN MÜQƏDDİMƏLƏRİ</BASHLIQ3>

<BASHLIQ3>NAMAZIN İSTİQBALINA ÇIXAQ</BASHLIQ3>

Namaz ibadətinə daxil olmaq üçün ruhun, libasın və cismin təmizliyinə, paklığına və başqa müqəddimələrə ehtiyac var.

Müqəddimələr dedikdə namazdan öncə əməl olunası işlər nəzərdə tutulur:

<B>Təharət (paklıq) </B>

İnsan namaz qılarkən pak olmalıdır. Bə’zən dəstəmaz alınır, bə’zən qüsl verilir, bə’zən də təyəmmüm olunur. Dəstəmaz imandan sayılır. İmam Baqir (ə) buyurur: “Dəstəmazsız namaz namaz deyil.”192 Bə’zi rəvayətlərdə dəstəmaz “imanın açarı” və “imanın yarısı” adlanır.193 İmam Riza (ə) buyurur:

1. Dəstəmaz bəndənin Allah qarşısında ədəbidir. Namaz vaxtı Allah qarşısında insan pak halda durmalıdır.

2. Nəcasət və çirkinlikdən paklanmalı.

3. Bundan əlavə dəstəmazla yorğunluq və yuxululuq aradan götürülür (əhval-ruhiyyə yaranır).194

4. Qəlbi və ruhu Allahın qarşısında ibadətə hazırlamaq.

İmam (ə) bu hədisdə dəstəmazın bütün ruhi və fiziki yönümlərinə, yə’ni, paklığa, ruhi hazırlığa, ibadət üçün ruhiyyə və mə’nəvi zəmin yaranmasına işarə edir.

Mərhum Feyz Kaşani deyir: “Bir dəfəyə maddiyyatdan mə’nəviyyata köç etmək çətindir. Lakin dəstəmaz insanı tədricən hazırlayır.”195

<BASHLIQ3>BÜTÜN HALLARDA DƏSTƏMAZ</BASHLIQ3>

Dəstəmaz sayəsində əldə edilən batini səfa və nur çox dəyərlidir. Buna görə rəvayətlərdə tə’kid olunur ki, insan daim dəstəmazlı olsun. Dəstəmaz nura oxşadılır.196 Dəstəmazlı yatmaq gecəni ibadət üçün oyaq qalmaq hesab olunur.197

Dua, Qur’an tilavəti, ziyarət və bir çox başqa xeyir işlər və ibadətlər zamanı dəstəmazlı olmaq tövsiyə edilir.198

Dəstəmazsız Qur’an ayələrinə, Allahın, peyğəmbərin və imamların adlarına əl vurmaq qadağandır.199 Əgər Allahın adı müxtəlif şəkillərdə (məsələn, bayraqda, gerbdə) yazılarsa, yenə də həmin hökm qüvvədə qalır.

Dəstəmaz Allah dərgahına giriş icazəsi kimidir. Onun ayrı-ayrı hissələri üçün kitablarda xüsusi dualar bəyan olunmuşdur. Dəstəmaz məsələləri çoxdur. Burada onların hamısını açıqlaya bilmərik. Lakin qeyd etmək lazımdır ki, dəstəmaz zamanı suyu israf etmək haramdır. Allahın rəsulu (s) buyurur: “Dəstəmaz üçün 10 “sir” (1 sir 75 qramdır), qüsl üçün 3 kq. su bəsdir. Lakin gələcəkdə mənim yolumun əksinə gedib bu miqdarı az sayaraq, çox su istifadə edən şəxslər olacaq.”200

Namazda paklıq bir neçə mərhələdən ibarətdir:

Çirk və nəcasətdən zahiri paklıq.

Üzvlərin günahdan paklığı.

Ruhun əxlaqi fəsaddan paklığı.201 Necə ki, dualarda oxuyuruq: “İlahi, qəlbimi şirkdən pak et.” Namazda paltarın və bədənin pak olması lazımdırsa, demək, ondan da zəruri qəlbin və canın təkəbbür, riya, həsəd və kindən paklanmasıdır. Məgər zahirlə batinin fərqli olması münafiqlik deyil?

<BASHLIQ3>QÜSL</BASHLIQ3>

Bə’zən dəstəmaz əvəzinə qüsl verilməlidir. Bu hallardan biri cənabət halıdır. Risalələrdə göstərildiyinə uyğun olaraq, bütün bədən yuyulmalıdır. Bə’zi hədislərdə deyilir ki, cənabət zamanı hər bir tükün altından və bütün bədəndən sperma xaric olur.202 Sidiyin isə xüsusi və dar kanalı var. Bəlkə də elə buna görə qüsl verərkən bütün bədən yuyulmalıdır. Ya da bu hədislər cənabət zamanı simpatik sinirlərin bütün bədəndə fəaliyyət göstərməsinə işarədir.

<BASHLIQ3>Təyəmmüm</BASHLIQ3>

Dəstəmaz və ya qüsl üçün su olmadıqda, vaxt çatışmadıqda, suyun sağlamlığa ziyanı olduqda, suyun qiyməti həddindən artıq baha olduqda, içmək üçün lazım olduqda və bu kimi digər hallarda təyəmmüm edilməlidir. Yə’ni risalələrdə göstərilmiş qaydaya uyğun olaraq əllərin iç üzü pak torpağa vurulur, sonra alına və əllərin arxasına çəkilir. Təyəmmüm edilən torpaq pak olmalıdır!

Hədisdə deyilir ki, həzrət Əli (ə) küçələrin kənarındakı torpaqla (adətən, çirkli torpaqla) təyəmmümü qadağan etmişdir.

<BASHLIQ3>Namaz libası və namaz qılınan məkan</BASHLIQ3>

Kişi namaz qılarkən övrətini (ayıb yerini) örtməlidir. Daha yaxşı olar ki, göbəkdən dizə qədər örtünsün.

Qadın üz, əllər və topuğa qədər ayaqlarından başqa bütün bədənini örtməlidir.203 Namaz qılarkən pak və halal paltar geymək lazımdır. Yaxşı olar ki, namaz qılan şəxsin paltarı ağ, təmiz, xoş ətirli olsun və əqiq üzük taxılsın. Qara, çirkli, dar paltarlardan və təmizliyə riayət etməyən şəxslərin paltarlarından istifadə edilməsin.

Üzərində namaz qılınan taxta, xalça və məkan halal olmalıdır.204 Xüms və ya zəkat borcu olan ölünün mülkünə sahib çıxmaq haramdır və orada qılınan namaz batildir.205 Xüms və zəkatı verilməmiş pulla alınan mülkə sahib olmaq haramdır və orada qılınan namaz batildir.

Məkan və libasa aid məsələlər çoxdur. Bu nöqtələrdə Allah qarşısında təslimçilik ruhiyyəsindən əlavə keyfiyyətlər də var:

<B>1. Ədəbli olmaq</B>

İnsanın Allahın əzəməti qarşısında ədəbi onun namazda ən gözəl və təmiz paltarlar geyməsindən, qəlbi ilə iştirak etməsindən, zahiri və batini səliqədə olmasından ibarətdir. Hətta Peyğəmbər (s) və imamların (ə) qəbirlərinin kənarında qılınan namazlarda da bə’zən ədəbsizliyə yol verilir və namaz batil olur.206

<B>2. İnsanların hüquqlarına riayət etmək</B>

Bu şərtlərin bə’zisi insanların hüquqlarının qorunması üçündür. Namaz qılan şəxsin libas və paltarının halal olması islami hökumətin yoxsullarının haqqın (xüms və zəkat) qorunması ilə nəticələnir. Hətta yoldan ötənlərə maneçilik yaranarsa yol kənarında namaz qılmaq haramdır.207

Haqq sahibləri qəlbən razılıq verməlidir. Əgər zahirdə razı olduqlarını desələr, lakin qəlbən razı olmadıqlarını bilsək namaz batil, sahiblik haramdır. Əgər zahirdə razılıq bildirməsələr, lakin qəlbən razı olduqlarını bilsək, namazımız düzgündür.

<B>3. Önəmli məsələlərə riayət etmək</B>

Əsas məsələlərlə yanaşı bir sıra müstəhəb məsələlər də var. Bu əməllər İslamın önəmli məsələlərə diqqətli olmasını göstərir. Məsələn, adi halda namazın qəbul olması üçün məkanın mübah, hərəkətsiz, hamar və pak olması şərt qoyulsa da bə’zi yerlərdə (məsələn, məsciddə) namaz qılmaq xüsusi tövsiyə olunur. Bu barədə sonrakı mövzularda söhbət edəcəyik.

<BASHLIQ3>Qiblə</BASHLIQ3>

Namaz zamanı müqəddəs Kə’bəyə üz tutulur. Yalvarış üçün üz tutduğumuz tərəf qiblə adlanır. Baxmayaraq ki, hansı tərəfə üz tutsaq, Allaha doğrudur. Lakin Kə’bə kimi müqəddəs bir məkana diqqət yetirmək İbrahimin (ə) tövhidi xəttini yada salır və tövhid ilhamı verir.

Namazın Kə’bəyə doğru qılınması əmr olunubsa, bu göstərişə əməl etmək lazımdır. Əgər belə etməsək ibadətlərimiz təslimçilik və bəndəlik ruhiyyəsindən uzaq olar.

İslamın ilk dövrlərində Beytül-müqəddəs illərlə müsəlmanların qibləsi oldu. Allahın rəsulu (s) bütxana şəkli almış Kə’bəni ibadət qibləsi etmək istəmirdi. Lakin hicrətdən sonra yaranmış şərait nəticəsində müsəlmanların qibləsi Məscidul-hərama döndərildi. Bu işin səbəblərindən biri yəhudilərin müsəlmanları təhqir etmələri idi. Onlar deyirdilər: “Sizin qibləniz yoxdur və bizim qibləmizə üz tutub namaz qılırsınız.” Peyğəmbər (s) bu vəziyyətdən pərişan idi. O, Allah tərəfindən kömək gözləyirdi. Beləliklə, ayə nazil oldu və göstəriş verildi ki, hər yerdə olsanız, Məscidul-hərama üz tutub namaz qılın.208 Qiblənin dəyişmə ayələri tarix boyu müsəlmanlara müstəqil olmaq, hətta ibadi məsələlərdə də minnət götürməyib şərəfli yaşamaq dərsini verir.

Qiblənin dəyişmə göstərişi eyni zamanda müsəlmanlar üçün bir imtahan idi. Bununla da mə’lum oldu ki, kimlər Allahın göstərişlərinə kamil itaət göstərir, kimlər bəhanə tapıb e’tiraz edirlər.

Başqa bir dəlil bu idi ki, yəhudilər müsəlmanlara “sizin qibləniz yoxdur və bizim qibləyə doğru namaz qılırsınız” deməsinlər. Bu məsələ müsəlmanların şəxsiyyətinə müstəqillik bəxş etdi.

Müsəlmanlar Kə’bəyə doğru ibadət etməlidir. Hətta yatarkən, yeyərkən üzüqibləyə olmaq yaxşıdır. Heyvanlar üzüqibləyə kəsilməlidir. Yoxsa, onların əti haram olar. Bütün işlərdə tövhid Kə’bəsinə üz tutmaq müsəlmanlara ilahi düşüncə və iman dərsi verir. Bununla da müsəlmanlar qəflətdən ayılır və daim Allahın evinə diqqət yetirir.

Bundan əlavə, Kə’bəyə üz tutmaq gözəl, maraqlı vəhdət və nizam yaradır. Dünyanın hər yerində müsəlmanlar namaz vaxtı həmin ilahi mərkəzə üz tutur. Əgər kimsə səmadan yerdə namaz qılan şəxslərin cərgələrinə tamaşa etsə, mərkəzi Kə’bə olan dairələr görər. Tövhid müsəlmanların sıralarının, ruhlarının, qəlb və fikirlərinin təmərküz nöqtəsidir.

Qibləyə üz tutmaq yolu ilə müsəlmanların arasında astranomiya, coğrafiya və cəhətşünaslıq elmi inkişaf etdi.

Bəli, Kə’bə İbrahimin (ə), İsmail (ə) və Məhəmmədin (s) tövhid mübarizələrinin yadigarıdır. Həzrət Mehdi (ə) də öz qiyamında Kə’bəyə istinad edəcək. Müsəlmanın namaz və yalvarış zamanı qibləsi Kə’bədir...

<BASHLIQ3>Azan</BASHLIQ3>

Azan və iqamə namazdan öncəki işlərdən ayrılıb namaz zamanı diqqətin Allaha yönəlməsi üçün zəmin yaradır.

Azan sükutu dağıdan, münasib, qısa, mə’na dolu və qurucu bir şüardır. Azanda mühüm e’tiqadi əsaslar mövcuddur. Azan müsəlmanların əməldə yönlənməsidir.

Azan İslamın mövcudluğunun e’lanı, əməl və əqidələrin tanıtdırılması və xəyali mə’budlar əleyhinə çağırışıdır.

Azan təbliğat üçün açıq fəzaya bir işarədir və müsəlmanların mövqelərinin aydın şəkildə e’lanıdır.

Bu tövhidi şüar körpənin qulağına oxunan ilk cümlələrdir. Azan ilk ilahi dərsləri körpəyə təlqin edir. Yaşlılar üçün də qəflətdən ayılma səbəbidir.

Azan səma əhlinə çatan yeganə səsdir.209

Azan şeytanları qaçıran və həyəcanlandıran səsdir.

Evlərdə, xüsusi ilə xəstələnərkən çalışıb gözəl səslə azan vermək tövsiyə olunur.

Hədisdə Allahın rəsulu (s) buyurur: “Elə bir zaman gələcək ki, azan yüngül sayılaraq bacarıqsız şəxslərə tapşırılacaq.”210 Hədisdə deyilir: Qiyamət günü insanların bir çoxu xəcalətdən başıaşağı ikən, azan deyənlər alnıaçıq, üzüağ məhşur olar.211 Onların başıucalığı böyük məqam nişanəsidir.

Azan deyən şəxs onun azanına xatir namaza gələn şəxslərin mükafatına şərikdir.

<BASHLIQ3>BİLAL</BASHLIQ3>

Həbəşistanlı Bilal qara dərili müsəlman idi. Allahın rəsulu (s) onu azançı seçdi. Azan vəhy yolu ilə nazil olarkən Peyğəmbər (s) onu Bilala öyrətdi. Onun uca səsi vardı.212 Həzrətin (s) Bilalı azançı seçməsində bizim üçün dərslər var:

1. Qulların şəxsiyyətinə hörmət; Bilal öhdəsinə natiqlik və İslam çağırışı düşmüş bir qul idi.

2. Qara dərilinin şəxsiyyətini qorumaq; dərinin rənginin me’yar olmaması.

3. Bir vaxtlar Bilala ağalıq edib, öyünərək onu məsxərəyə qoyan şəxslərin təhqiri;213

4. İman, təqva və ləyaqət zahiri çatışmazlıqları aradan götürür. Bilal “ş” əvəzinə “s” tələffüz edirdi. Lakin İslam onun batini gözəlliyinə və mə’nəvi kamilliyinə daha çox qiymət verdi.

Bilal İslamda azan deyən ilk şəxsdir.214 O, be’sətin əvvəllərində Peyğəmbərə (s) iman gətirdi və iman yolunda Hicazın qızmar səhralarında şiddətli işgəncələrə dözdü. O daim “əhəd, əhəd” deyirdi.

Məkkə fəth olan gün günorta çağı Peyğəmbərin (s) göstərişi ilə Kə’bənin üzərinə qalxıb azan dedi və bütləri aşırdı.215

Bilal Bədr, Ühüd, Xəndək döyüşlərində iştirak etdi.

Peyğəmbərdən (s) sonra özgələr üçün azan demədi. Yalnız bircə dəfə atasının dövründən ötrü darıxan həzrəti Zəhra (ə) üçün azan dedi. Həmin vaxt azanın yarısında həzrəti Zəhra (ə) və camaat ağladı.216

Bilalın bu rəftarı hətta azanın da haqq yolunda və ləyaqətli rəhbərin zamanında deyilməsinə üstünlük verir.

Bir gün Ömər Bilala dedi: “Əbu Bəkr səni alıb, qulluqdan azad etdi. Niyə onun namazı üçün azan demirsən?”

Dedi: “Əgər Allahın razılığı üçün məni azad edibsə, heç bir tələbim yoxdur. Lakin başqa məqsədi varsa mən yenidən onun qulu olmağa hazıram. Təki heç zaman Peyğəmbər (s) tərəfindən xilafəti e’lan olunmamış şəxs üçün azan deməyim.217

Bilal qəbul etmədiyi hakimiyyətin güclənməsi üçün hətta azan deməyə razı olmadı.

Bilal Həbəşi iman sayəsində elə bir məqama çatır ki, Peyğəmbər (s) qiyamının çağırışçısı və beytul-malın xəzinədarı olur.218

Əgər namaz vaxtı bütün dünyanın tələbələri azan versələr, bu çağırış xalqın oyanışına səbəb olmazmı?

Elə buradaca mərhum şəhid Nəvvab Səfəvini yad edək. O yaxınlarına deyirdi: “Günorta və axşam harada olsanız uca səslə azan deyin.” Zülm quruluşunun qəlbini dəhşətə salan həmin azanlar idi. Bu sözlər “azan səsi ilə şeytan hirslənib qaçır” hədisinin bir davamıdır.219

İngilis siyasətçisi Qladiston parlamentdə dedi: “Nə qədər ki, Məhəmmədin adı minarələrdən ucalır, nə qədər ki, Kə’bə yerindədir və Qur’an müsəlmanlara yol göstərir, İslam ölkələrində bizim siyasi prinsiplərimizin bərqərar olması mümkün deyil.220

Səadətbəxş yönümləri və geniş mə’nasına xatir namazın əvvəlində bu tövhid şüarının oxunmasına qəti göstəriş verilmişdir.

<BASHLIQ3>Niyyət</BASHLIQ3>

Niyyət namaz mətninin birinci vacib hissəsidir. Niyyət bütün işlərdə, o cümlədən, namaz və ibadətlərdə dəyər me’yarıdır və çox əhəmiyyətlidir. Buna görə uyğun mövzu haqda xüsusi və geniş söhbət açacağıq. Bu yolla ibadətlərimizin daha dəyərli olması üçün tövfiq əldə edərik.

<BASHLIQ3>NİYYƏT DƏYƏR ME’YARIDIR. </BASHLIQ3>

İnsan əməlinin qiyməti onun niyyətində və məqsədindədir. Buna görə Qur’anda “fi səbilillah” kəlməsi 70 dəfə işlənmişdir. Bu rəqəm insanların ehtiyatlı olmasını, Allahdan qeyrilərinə və ya nəfs istəklərinə yox, məhz Allah yolunda niyyət və əməl etmələrinin zəruriliyini göstərir. Necə ki, təhlükəli yolda xeyli xəbərdarlıq tablosu asılır. Allaha bəndəlik yolunda bir çox döngələr var. Bütün bu tə’kid və xəbərdarlıqlar azğınlıqdan uzaqlaşmaq üçündür. Xüsusi ilə Allaha yaxınlıq üçün olmayan ibadətlərin zərrəcə dəyəri yoxdur. Niyyət ibadətin əsasıdır. Niyyətsiz və ya Allahdan qeyrisi üçün görülən işlər əbəsdir.

Niyyət əməlin əsasıdır. Pis niyyətlə görülən ən müqəddəs işlər məhvə məhkumdur. Yaxşı niyyətlə görülən sadə işlər isə çox dəyərli olur.

İlahi niyyət Allahın lütflərinə çatmaq səbəbidir. Hər kəs Allahın yolunda çalışsa, Allah öz yolunu ona göstərər: “Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq.”221

Niyyət əməlin qəbul olması üçün şərtdir. İmam Sadiq (ə) Allahın buyuruğunu belə nəql edir: “Yalnız mənim üçün olanı qəbul edirəm.”222

Niyyət kiçik işi böyük edir. İmam Sadiq (ə) buyurur: “Hər kəs Allaha xatir az bir iş görərsə, Allah onu insanların gözündə istədiyindən daha çox böyüdər. Hər kəs Allahdan qeyrisi üçün (xalq üçün) böyük iş görərsə, Allahın razılığı əvəzinə xalqın razılığını düşünərsə, Allah onun böyük işini xalqın gözündə kiçildər.”223

Bəli, izzət də, zillət də Allahın əlindədir. O qəlbləri istədiyi şəxsə doğru yönəldir. Demək, bütün işlərdə Onu düşünməliyik ki, işlərimiz yoluna qoyulsun.

Həzrət İbrahim (ə) Allaha xatir zövcəsini və övladını Məkkənin qızmar çöllərində qoyur. Sonra Allahdan istəyir ki, xalqın qəlbi onlara meyl etsin.224 Qur’an buyurur: “Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Allah bir sevgi yaradacaqdır.”225 Bu Allahın dünyəvi mükafatlarından biridir. Əlbəttə, Allah verən sevgi xalq arasında yalan və ötəri şöhrət deyil. Bir çox məşhur şəxslər öləndən sonra unudulurlar. Lakin öncə adı çıxmamış bir çox şəxslər hələ də xalqın qəlbindədir!

Sevgini də Allahdan istəmək lazımdır. O “muqəllibəl-qulub”dur. Xalqın qəlbi Onun əlindədir. Əgər insan Allaha xatir bir iş görərsə, Allah onun işinə ən gözəl şəkildə əvəz verəcək. İmam Xomeyni (r) Allah üçün qiyam etdi, sürgün olundu, çətinliklərə dözdü. Allah da milyonlarla insanın qəlbində ona məhəbbət yaratdı. İrana gələrkən milyonlarla insan onu qarşıladı və vəfatından sonra dəfn mərasimində on minlyondan çox insan iştirak etdi. 40 gün ərzində onun üçün məqbərə tikildi, ölkənin ən uzaq nöqtələrindən qəbrinin ziyarəti üçün insanlar axışdı.

İnsan öz qəlbinin keşikçisi olmalıdır. O, qəlb mənzilinə Allahdan başqa heç kəsi buraxmamalıdır. İmam Sadiq (ə) buyurur: “Qəlb Allahın mənzilidir. Ondan başqasını bu mənzilə buraxmayın.”226

<BASHLIQ3>İXLAS (SƏMİMİYYƏT) NÜMUNƏLƏRİ</BASHLIQ3>

Həzrət Əli (ə) müttəqilər haqqında buyurur: “Onlara tə’rif deyildikdə deyilən tə’riflərdən qorxarlar.”227 Azad insanlar xalqın onları düşünməsinin Allahı düşünmələrinə mane olmasından qorxurlar. Onlar qorxurlar ki, “O kəslər ki, insanları Allah yolundan döndərər” ayəsinin canlı nümunəsi olsunlar.228

Bir axşam İslam respublikası efirində 16 yaşlı döyüşçü ilə söhbət yayımlandı. Aparıcı soruşdu: “Sən nə işlə məşğul olursan?” Dedi: “Mina zərərsizləşdirirəm.” İndiyədək neçə mina zərərsizləşdirmisən?” Dedi: “Allahın lütfü ilə çox.” Aparıcı soruşdu: “Sayını bilirsənmi?” Cavab verdi: “Deməyə qorxuram, şeytan məni aldadar və təkəbbürə düçar olaram. Bu işdə az müvəffəq olan dostlarım kiçiklik hiss edərlər.” Allahu əkbər!

Nəql edilir ki, mərhum ayətullah seyid Əbdül-Hadi Şirazinin şagirdlərindən biri onun dərsində nöqsan tutur. Müəllim nə qədər yumşaq cavab verirsə o qəbul etmir. Dərs sona çatandan sonra şagird ustadın yanına gəlir və yenə nöqsan tutur. Mərhum Şirazi 14 elmi cavab verir. Ustadın elmi gücünü görən şagirdlər soruşurlar: “Siz nə üçün bu qədər tutarlı cavablarınız ola-ola dəsrdə təslim oldunuz?” Ustad deyir: “Bu cavablar yadımdaydı. Lakin qorxuram ki, əgər desəm, o tələbənin ruhiyyəsi sınar və mən təkəbbürə düçar olaram. Məsləhət bildim ki, onun nöqsan tutması ilə söz demək iste’dadı çiçəklənsin.

Bu, böyük ruh və xalis niyyəti göstərir. Xeyli xidmət etmiş bə’zi şəxslər özlərini tanıtdırmırlar. Bə’ziləri isə küçəyə bir zibil qutusu bağışladıqda adlarını üzərinə yazırlar ki, xalq filan kəsin nə etdiyini bilsin! İlahi övliyalar yalnız Allah üçün çalışır və ibadət edirlər. Onlar yalnız Allahdan mükafat gözləyir. Bütün əməlləri ilahi rəngdədir.229 İlahi rəngdən gözəl bir rəng varmı ki, heç vaxt silinməsin, hərarət, soyuq, yoxsulluq, sərvət, adsızlıq və şöhrət ona tə’sir etməsin?!

Həzrət Əli (ə) buyurur: “İşinizi, biliyinizi, qəzəbinizi, almağınızı, almamağınızı, sözünüzü və sükutunuzu Allah üçün xalis edin.”230

Bu halda bütün işlər və onların tə’sirləri əbədi qalar. İlahi rəngdə olan hər bir iş əbədidir: “İlahi rəngdə olanlardan başqa hər şey məhvə məhkumdur.”231

Lakin riya, özününümayiş və şöhrətpərəstlik rəngində olanlardan insana fayda yoxdur.

<BASHLIQ3>XALİS İBADƏT</BASHLIQ3>

Bütün ibadətlər Allaha yaxınlıq məqsədi ilə olmalıdır. Əgər ibadətin bir hissəsi Allahdan qeyrisi üçün olarsa batildir. Məsələn, əgər namazda vacib əməllərdən biri Allahdan qeyrisi üçün olarsa namaz qəbul deyil.

Müstəhəb əməllər riyakarlıqla olarsa, yaxud ibadətin zamanı (ilk vaxtda qılmaq) və məkanı (birinci sırada və ya məsciddə qılmaq) Allahdan qeyrisi üçün olarsa, namaz batildir. Hətta qış aylarında sobanın kənarında qızışmaq üçün namaz qılarsa, namazı batildir. Allah zaman, məkan, keyfiyyət və xüsusiyyət baxımından yalnız Ona xatir olan və heç bir şərik qoşulmayan ibadətləri qəbul edir: “...Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”232 Hədisdə buyurulur: “Cəbhədə qənimət yığmaq, güc nümayiş etdirmək və bu kimi başqa səbəblərə görə döyüşməyin dəyəri yoxdur.”233

İxlaslı olmaq və riyadan uzaqlaşmaq çətin bir işdir. İmam Əsgəri (ə) buyurur: “İnsanın işlərinə şirkin qatılması qaranlıq gecədə qara daş üzərində qarışqanın hərəkətindən daha gizlindir.”234

Həzrət Əlinin (ə) ixlas barəsində xeyli buyuruqları var. Onlardan bir neçəsini xatırlayaq:

“Xalis niyyət son hədəfdir.”;

“İxlas qurtuluşdur.”;

“İman xalis iş görməkdir.”;

“İxlas imanın ən üstün mərtəbəsidir.”;

“İxlasla olmayan bütün əziyyətlər məhvə məhkumdur.”;

“Allahın əzəmətini anlamağın nəticəsi Ondan başqası üçün heç bir iş görməməkdir.”;

“Əməlin qəbul olması və ucalması ixlasa bağlıdır.”;

“Niyyətlər xalis olarsa, əməllər inkişaf edər”;

“Yalnız Allah üçün iş görənlər istəklərinə çatar.”235

Bir çox başqa hədislər göstərir ki, ixlasın məqamı ucadır. Xalis niyyət əməllərə dəyər verir.

<BASHLIQ3>NİYYƏTİN DÜNYƏVİ TƏ’SİRLƏRİ</BASHLIQ3>

İxlasın mə’nəvi faydaları və axirət mükafatları ilə yanaşı bir sıra dünyəvi tə’sirləri də var:

<B>1. Cəmiyyətin idarə olunması</B>

Əgər cəmiyyətin məs’ul şəxsləri xalis niyyət və ədalətlə işləsələr, cəmiyyət daha yaxşı idarə olunar. Həzrət Əli (ə) Malik Əştərə buyurur: “Yaxşı niyyət vasitəsi ilə ictimai ədalətin icrası üçün kömək al.”236

Xalis xeyirxahlıq ruhiyyəsi ədalətin yaranması üçün ən güclü vasitədir.

<B>2. İqtisadiyyatın dirçəlişi</B>

İxlaslı, xeyirxah və açıq qəlbli insanlar hətta iqtisadi işlərdə müvəffəqdirlər. Onların ixlası ictimai nüfuzun qorunmasına və xalqın müamilədə onlara e’tibar etməsinə səbəb olur. Bəlkə qeyd olunacaq dəyərli kəlam da hazırkı məsələyə aiddir: “Hər kəsin ruzisi onun niyyəti qədərindədir.”237

<B>3. Müsbət ictimai əlaqələr</B>

Xoş niyyətli insanların qəlblərdə yeri var. Onlar hətta səhv etsələr də, gözəl niyyətlərinə xatir həyatda acılıq görmürlər və xalq onları sevir. Həzrət Əli (ə) buyurur: “Hər kəsin gözəl niyyəti olarsa daha gözəl həyatı və daha gözəl mövqeyi olar. Belə şəxslə dostluq lazımdır!”238

Bunlar xoş niyyətin gözəl nəticələri idi. Lakin alçaq niyyətlər insanın qarşısına acı hadislər çıxarır. Belə niyyətlər axirət çətinliklərindən əlavə ictimai bəlalarla sonuclanır. Həzrət Əli (ə) buyurur: “Niyyət düzgün olmazsa, bəla nazil olar.”239

Xoş məqsəd və güclü niyyətlərlə zəif insanlar mühüm işlər görür. Ən güclü və ilahi məqsəd olsa, yorğunluğa, ümidsizliyə yer qalmaz. Buna görə heç bir ilahi övliyada əsəb zəifliyi görünməmişdir. Çünki qəlbləri və ruhları xalis ilahi niyyətlə alovlanır və ondan kömək alır. Onlar bütün çətinliklərin, düşmənlərin və qüvvələrin qarşısında dururlar. Nümunə üçün ümmətin imamını göstərmək olar. Sakit qəlblə Allahı düşünür və bütün şər qüvvələri yerində oturdurdu.

İmam Hüseyn (ə) aşura günü qarşıdakı şəhadətləri və ailəsinin əsarətini görürdü. Tənhalaşdıqca, dostları şəhadətə çatdıqca simasında eşq canlanırdı. Allaha arxalanıb buyururdu: “Bu hadisələri mənə asanlaşdıran odur ki, hamının Allah qarşısında durduğunu və Onun şahid olduğunu görürəm”

Həzrət Əli (ə) buyurur: “Niyyət güclü və möhkəm olanda bədən zəiflik hiss etmir.”240

Bəlkə də bu hədis niyyətin insan əməlində psixoloji tə’sirinə bir işarədir.

<BASHLIQ3>NİYYƏTİN ƏMƏL MƏQAMI. </BASHLIQ3>

Yaxşı niyyət və xeyirli məqsəd insanı e’tinasızlıqdan uzaqlaşdırır. Yaxşı niyyət e’tibar, qəlbiyananlıq və inkişaflı gələcək nişanəsidir. Buna görə niyyət əməl kimi dəyərli və mükafatlıdır.

Allahın rəsulu (s) Əbuzərə buyurur: “Həyata keçirməyə müvəffəq olmasan da yaxşı işlər görməyi qərara al. Bununla da nadanlardan sayılmazsan.”241

İmam Sadiq (ə) buyurur: “Hər kəs yaxşı iş görmək niyyətində olub, bu işi görə bilməsə onun üçün savab yazılacaqdır.”242

İslam Peyğəmbəri (s) şəhadət arzusu haqqında buyurur: “Hər kəs qəlbən Allahdan şəhadət istəyib, lakin yataqda ölsə, Allah qiyamət günü onu şəhidlərin məqamına çatdırar.”243

<BASHLIQ3>NİYYƏT ÇATIŞMAZLIQLARI TAMAMLAYIR</BASHLIQ3>

İnsanın imkanı, qüvvəsi və elmi məhdud olduğu üçün bütün qəlb istəklərini həyata keçirə bilmir. Lakin niyyət istəyi sona çatmayan insan üçün məhdud şəraiti tamamlayır. Məsələn, bir şəxs bütün azğın insanları hidayət etmək istəyir. O bu yolda çalışır, müvəffəq olmur. Lakin niyyətinə xatir həmin mükafatı əldə edir.

Digər bir tərəfdən pis niyyətlər üçün də zaman və məkan məhdudiyyəti yoxdur. Pis niyyətlərin acı tə’sirləri niyyət sahibinə qayıdır. İnsan başqalarının zülmü, fəsad və günahı ilə razılaşsa, onların günahına şərik olur.

Qur’an bildirir ki, həzrət Salehin (ə) ilahi mö’cüzə olan dəvəsini müxaliflərin hamısı öldürdü. Onlar hamılıqla bu işə əl bulaşdırmasalar da, qəlbən razı idilər.

Demək, yaxşı və ya pis işə razılıq insanı zaman və məkan məhdudiyyətindən xaric edir, savab və ya cəzaya şərik edir. Bu məsələ bir çox rəvayətlərdə bəyan olunmuşdur.

<BASHLIQ3>İXLASLA YAXINLAŞMA YOLU</BASHLIQ3>

Niyyət və əməldə ixlas əldə etmək yollarından bir hissəsi bunlardan ibarətdir:

<B>1. Dəyərlərə diqqət</B>

Qızılla dəmiri, ipəklə pambığı fərqləndirməyən, müştərini tanımayan və bazar qiymətini bilməyən şəxslər malı ucuz satırlar.

Qur’an insanın özünü və əməllərini puç etməməsi üçün hər üç zəmində yol göstərir:

<B>1.Mal-</B> Qur’an insanın Allahın xəlifəsi, yaranmışların ən üstünü və yaranışın hədəfi olduğunu bəyan edir, ona yüksək qiymət verir.

<B>2.Müştəri-</B> Allah özü insanın yaxşı əməllərini alır. Allah bütün alıcılardan üstündür:

a) Baha alır (behişt qiymətinə).

b) Az işləri də qəbul edir.244

v) Yaxşı niyyətlərə də mükafat verir.

q) Pis və çirkin işləri gizlədir, yaxşıları aşkarlayır.

<B>3. Qiymət-</B> İnsanın qiyməti behiştdir. Özünü bundan ucuz satanlar ziyan etmişlər. Qur’an deyir ki, günahkarlar özlərini uduzub və zərər etmişlər. Qur’an dəfələrlə azğın yolda olan şəxslər haqqında “ticarətləri fayda verməyib” deyir.

İmam Əli (ə) buyurur: “Ən pis ticarət odur ki, dünyanı özünə qiymət biləsən!”245 Öz qiymətini bilən insan Allahdan qeyrisi üçün çalışmaz.

<B>3. Yaranış haqda düşünmək</B>

Yaranış haqqında təfəkkür bizim Allahın qüdrətini və əzəmətini daha yaxşı tanımağımıza, nəticədə ixlasa yaxınlaşıb, Onun üçün çalışmağımıza səbəb olur.

<B>4. Allahın sifətlərini düşünmək</B>

Allah-təalanın sifətlərini bilmək, onları zümzümə etmək və zehndə saxlamaq Onu düşünməyə, Ondan qeyrilərindən uzaqlaşmağa səbəb olur. Bu iş insanı tədricən ilahiləşdirir. Məsələn, “Cuşən-kəbir” duasındakı ilahi sifətlərə diqqət yetirmək faydalıdır.

<B>5. Ne’mətlərə diqqət</B>

Allahın ne’mətlərini tanıyıb, onlar haqqında düşünmək insanı Allaha meyilli edir, qəlbi ilahi eşq mənzilinə çevirir. Buna görə dualarda və mə’sumların münacatlarında ilahi ne’mətlər yad edilir. O cümlədən “Əbu Həmzə Somali” duasında imam Səccad (ə) tək-tək ne’mətlərə işarə edir:

“İlahi, kiçik idim, boya-başa çatdırdın; zəlil idim izzət bağışladın; cahil idim, agah etdin; ac idim, doyurdun; çılpaq idim, geyindirdin; azmışdım, hidayət etdin; fəqir idim, ehtiyacsız etdin; xəstə idim, şəfa verdin; günah etdim, gizli saxladın...”

İmam Hüseyn (ə) “Ərəfə” duasında Allahın ne’mətlərini zikr edir ki, qəlbdə ilahi eşq canlansın və insan Allah aşiqi olsun; yalnız Onun razılığı üçün işləsin və ixlasa yaxınlaşsın.

<B>6. Labüd faydaya diqqət</B>

Dünyaya və Allahdan qeyriləri üçün çalışanlar məqsədə çatmaya da bilər. Lakin Allah və axirət üçün çalışanlar labüd fayda əldə edəcəklər. Qur’an buyurur: “Mö’min olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar.”246

Demək, Allaha xatir görülən işlər nəticəsiz qalmır.

<B>7. Dünyanın dəyərsizliyinə diqqət</B>

Dünyanı olduğundan daha dəyərli görənlər qeyri-ilahi və dünyəvi məqsədlər üçün çalışırlar. Lakin agah insanlar dünyanı axirət, xalqı Allah qarşısında dəyərsiz görür və onlar üçün çalışmırlar. Qur’an dünyanın qürrələndirici, ötəri, alladıcı və dəyərsiz olduğunu bildirir. Bu sözləri deyən varlığın yaradanı və dünyanın dəyərini başqalarından daha yaxşı bilən bir kəsdir. Dünyaya aldanmayan, ona vurulmayan şəxslər ixlas əldə edə bilərlər.

<B>8. Yaranmışların zəifliyinə diqqət</B>

Tükənməz qüvvə Allaha məxsusdur. Bütün işlər onun əlindədir. Buna görə Allahdan savay heç kəs düşünülməyə və ibadət olunmağa layiq deyil.

Qur’an buyurur ki, batil mə’budlar hətta bir milçək yaratmaqda acizdirlər.247 Başqa bir yerdə bəşərin acizliyi haqqında buyurur: “Əgər bir gün sular qurusa və yeri qazıb suya çatmasanız kim sizə dadlı su gətirə bilər?”248 “Əgər Allah gecəni qiyamətə qədər üstünüzə çəksəydi haqq olan Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilərdi? Əgər Allah gündüzü qiyamətə qədər üstünüzə çəksəydi, haqq olan Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?”249

Allaha şərik qoşulanlar nə dünyada nə axirətdə heç bir iş görə bilməzlər. Allahdan qeyrisinə pərəstiş edənlər qiyamətdə həsrətə düçar olacaqlar. Çünki zəif və aciz şəxslərin razılığını əldə etməyə çalışmışlar.

Bundan əlavə tək Allahı razı salmaq saysız-hesabsız mə’budları razı salmaqdan asandır. Hər kəs tək Allahdan başqasını razı salmağa çalışsa çətinlik çəkəcək.

<B>9. Özgələrdən ibrət almaq</B>

Allahdan qeyrilərini düşünüb, davamsız mə’budlara itaət edənlər acı aqibətə düçar oldular. Bu insanların ibrət dolu sərgüzəştlərinə diqqət insanı ixlasa çatdırıb, Allahdan qeyrilərinin e’tibarsız olduğunu aşkar edir.

Nuhun oğlu Allahdan üz çevirib dağa arxalandı. Dağın zirvəsinə dırmanıb tufandan qurtulmaq istədi. Lakin dalğalar arasında qərq oldu.

Qarun həzrət Musanın (ə) haqq də’vətinə e’tinasızlıq göstərdi və öz bol sərvətləri ilə qürrələndi. Lakin yer onu uddu və tərəfdarlarından heç biri köməyinə çatmadı.250

Bir çox varlılar yığdıqları sərvətlərin hamısını qoyub getdilər. Onlara bu sərvətlərdən heç bir kömək çatmadı: “Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər; neçə-neçə əkinlər, gözəl yerlər!”251

Bir çox riyakarlar hiyləgərliklə özlərini pəhrizkar və müxlis göstərirdilər. Lakin Allah onların kimliyini aşkara çıxarıb rüsvay etdi: “Allah gizlətdiyinizi aşkara çıxarandır.”252

Riyakarlıqla Allahı və xalqı aldatmaq istəyənlər ilahi qəzəbə düçar olurlar. Belə insanlar haqda bir çox nümunələr göstərmək olar. İnsan ixlaslı olub, riyakarlıqdan uzaqlaşmaq üçün onların sərgüzəştlərindən ibrət ala bilər.

<B>10. Axirətdə riyakarın aqibətinə diqqət</B>

İndiyədək deyilənlər dünyaya aid idi. Riyakarların qiyamətdə böyük rüsvayçılığı və xəcalətli simaları dözülməz və ibrətlidir. Qur’an cəhənnəm quyusunun namaza səhlənkar yanaşan riyakar namaz qılanlar üçün olduğunu bəyan edir.253 

Hədisdə deyilir ki, qiyamətdə riyakar dörd adla çağırılacaq: Kafir, xacir (günahkar), cadir (xain) və xasir (ziyankar). Əqidə baxımından Allaha e’tinasız yanaşdığı üçün kafir;

Yaranışın məqsədi, bəndəlik və ibadət sərhəddindən xaric olub Allahdan qeyrilərinə işlədiyinə görə facir;

Hiyləgərlik etdiyi üçün cadir;

Bir ömür xərcləyib heç nə əldə etmədiyi üçün xasir adlandırılmış!

Ona deyiləcək: “Əməllərin puç oldu və heç bir mükafatın yoxdur. Bu gün razılığını əldə etməyə çalışdığın kəslərdən öz mükafatını istə.”254

Demək, qiyamət günü riyakarların həsrətinə diqqət insanı ixlasa yaxınlaşdırır.

<BASHLIQ3>SAĞLAM NİYYƏTLƏR</BASHLIQ3>

Alçaq və puç niyyətlərin müxtəlif formalarına işarə olundu. İlahi niyyətlər də müxətlif formalarda ola bilər. Onlardan bə’ziləri daha dəyərli olur.

<B>1. İlahi mühakimə və məqamdan qorxu</B>

Bə’zən Allaha cavab vermək, ilahi mühakimənin çətinliyi və cəhənnəm qorxusundan günahlar tərk olunur və ya ibadət edilir. Qiyamət çətinliklərindən qorxu bə’zi işlərin görülməsi üçün amil ola bilər. Həzrət Əli (ə) və Fatimənin (ə) səmimi sədəqəsi barəsində Qur’an buyurur: “Biz (öz yeməyimizi yoxsula veririk,) qaranlıq və tutqun qiyamət günü Allahımızdan qorxuruq!”255

<B>2. Mükafata ümid</B>

Behişt mükafatlarını əldə etmək ibadət üçün səmimi niyyətdir. Qur’an yüzlərlə ayədə behişt və onun ləzzətlərinin əməli-saleh insanlar üçün mükafat olduğunu yad edir. Bir çox rəvayətlərdə saleh əməllər üçün axirət mükafatları göstərilmişdir. Bu mükafatlar insanın yaxşı əməl etməsi üçün amildir.

<B>3. Ne’mətlərə görə təşəkkür</B>

Allahın saysız ne’mətlərinə təşəkkür ibadət üçün səmimi niyyətlərdəndir. Həzrət Əli (ə) buyurur: “Əgər Allah-təala günaha görə əzab və’di verməsəydi, ne’mətlərinə təşəkkür olaraq günah etməmək vacib olardı.”256

<B>4. Həya</B>

Bə’zən Allah qarşısında həya onun əməllərini yerinə yetirməyə və günahlardan çəkinməyə səbəb olur. İnsan aləmin Allah qarşısında olduğunu və Allahın ona nəzər saldığını anlasa hörmət edib, günaha yol verməz. Hədisdə buyurulur: “Allaha elə ibadət et ki, guya Onu görürsən. Sən Onu görməsən də, O səni görür.”

<B>5. İlahi məhəbbət</B>

Bə’ziləri Allahı ibadətə layiq bilib eşqlə pərəstiş edir. Həzrət Əli (ə) belə abidlərin ən qabaqcılıdır. O həzrət Nəhcül-bəlağədə buyurur: “Bir dəstə Allaha behişt ümidi ilə ibadət edir. Bu tacirlərin ibadətidir. Bə’ziləri cəhənnəm qorxusundan ibadət edir. Bu, qulların ibadətidir. Lakin azad insanlar Allaha ne’mətlərinə təşəkkür olaraq ibadət edirlər.”257

Həzrət Əli (ə) bir münacatda ərz edir ki, İlahi, Səni ibadətə layiq bilib pərəstiş etdim.”

Qiyamətdə də insanlar niyyətlərinə görə seçiləcəklər.258

<BASHLIQ3>HİKMƏT MƏKTƏBİ</BASHLIQ3>

İxlas, həqiqət ardıcıllarını qırx gün ərzində ali hikmət dərəcələrinə çatdırır. İxlas sayəsində şagirdlər təsəvvürə sığmayan bəsirət və yəqin əldə edirlər.

Allahın rəsulu (s) buyurur: “Hər kəs qırx gün yalnız Allah üçün işləsə (Allahın xüsusi lütfünə hazır olur) qəlbindən dilinə hikmət bulaqları axar.”259

<BASHLIQ3>İXLASIN ƏSASI</BASHLIQ3>

Riya bəlasına düçar olanlar yəqin və inam mərhələsindən uzaqdırlar. Həzrət Əli (ə) buyurur: “İxlas yəqinin nəticəsidir.”260

İnsan Allahı, qiyaməti, mükafatı və sair həqiqətləri anlaya bilər. Lakin yəqin və inam mərhələsinə çatmayan elm lazımı tə’sirə malik deyil. Hamı bilir ki, ölü heç bir işə qadir deyil. Lakin bir çoxları yenə də ölüdən qorxur.

Riyakar Allahı, qiyaməti və hesab-kitabı tanıya bilər. Lakin onun elmi yəqin mərhələsinə çatmadığı üçün ixlasdan uzaqlaşır. Yəqin halı çox ibadət sayəsində əldə edilir. Qur’an buyurur: “Yəqinə çatanadək ibadət et.”261

Əgər yəqin etsən ki, aləm Allahın hüzurundadır, izzət və kiçiklik Onun əlindədir, dünya və dünya bərbəzəkləri xırda, ötəri və aldadıcı sərmayədir, əməl zamanı ixlasa çalışarıq.

<BASHLIQ3>İXLAS NİŞANƏLƏRİ</BASHLIQ3>

Bir çoxları səmimi, ixlasla əməl və niyyət etdiklərini düşünürlər. Amma diqqətlə baxsalar, əməllərində qeyri-ilahi niyyətlərin olduğunu görərlər. Qur’an və hədislər əsasında bə’zi ixlas nişanələrini nəzərdən keçirək:

<B>1. Başqalarından ummamaq</B>

Qur’ani-kərimin bu mövzuda işarə etdiyi nümunə həzrət Əli (ə) və Fatimənin (ə) iftar verməsidir. İmam Həsən (ə) və imam Hüseyn (ə) körpə yaşlarında xəstələnmişdilər. Həzrət Peyğəmbər (s) və səhabələr onları yoxlamağa getdilər. Əliyə (ə) təklif etdilər ki, onların şəfası üçün nəzir etsin. Həzrət Əli (ə) və Fatimə (ə) nəzr etdilər ki, körpələr şəfa tapan kimi üç gün oruc tutacaqlar. Allah körpələrə şəfa verdi. Həzrət Əli (ə) və Fatimə (ə) oruc tutdular. Bu böyük şəxsiyyətlər gün ərzində özləri çətinliklə bir ədəd çörək bişirirdilər. Birinci gün iftar vaxtı qapı döyüldü. Bir nəfər fəqir ehtiyacı üzündən bu qapıya pənah gətirib çörək istəyirdi. Onlar həmin gün üçün hazırladıqları çörəyi o fəqirə verib özləri su ilə iftar etdilər. İkinci, üçüncü gün də bu hadisə təkrarlandı. Üç gün yeməksiz oruc tutan ailə rəngləri qaçmış halda həzrət Peyğəmbərin (s) yanına gəldilər. Onlar barəsində “Dəhr” surəsi nazil oldu. Burada həmin xalis əmələ işarə olunurdu: “Biz sizə Allaha xatir təam veririk və sizdən heç bir mükafat, təşəkkür istəmirik.”262

Onlar ixlasla və Allaha xatir təam verdilər. Təam və bəxşiş vermək onların xarakterinin bir hissəsi idi. Yeməklərini verdilər, qonaq və yoxsulun təkrar gəlişindən narahat olmadılar, onlardan heç bir təşəkkür ummadılar. İnsan bə’zən könüllü olaraq pulsuz işləyir. Lakin istəyir ki, onun işindən cəmiyyət xəbər tutsun.

Bə’zən dildə mükafat ummadığını deyir. Lakin qəlbində mükafat gözləyir.

Bə’zən yaxşı işlərinə görə təşəkkür edilmədikdə narahat olur, süstləşir. Bütün bunlar ixlasın olmaması nişanəsidir. İxlaslı şəxs üçün xalqın tənqid, yoxsa tə’rif etməsi tə’sirsizdir. İnsan vəzifəsinə əməl etməlidir. İstər xalq bilib təşəkkür etsin, istər xəbərsiz qalıb, təşəkkür etməsin!

<B>2. Məqam yox, öhdəyə düşmüş vəzifə əsasdır. </B>

İxlasın başqa bir nişanəsi odur ki, insan əməl zamanı pul, məqam, şöhrət barədə düşünməyib zəruri və yerdə qalmış işlərin sorağınca getsin. Baxmayaraq ki, həmin işlər insanın ictimai məqamını, gəlirini və rifahını artırmır. Məsələn, kəndlərdə, ucqar rayonlarda, suyu və havası pis yerlərdə xidmət etmək, yaxud cəmiyyətdə gözə görünməyən lazımlı işləri yerinə yetirmək ixlasdan danışır.

Gənc yaşımda həm uşaqlara, həm də yeniyetmələrə dərs keçirdim. Yolda yeniyetmələr mənə yaxınlaşdıqda qürrələnir, uşaqlar arxamca düşdükdə azacıq kiçiklik hiss edirdim. Bazardan keçirdim. Yol üstəki dükandan savadsız bir qoca çıxıb mənə dedi: “Allah üçün dərs verirsən?” Mən də pul almadığım üçün dedim: “Bəli!” Dedi: “Əgər Allaha görə dərs verirsənsə, uşaqların Allahı cavanların Allahıyla eynidir. Sənə “uşaqların müəllimi” desələr, narahat olmamalısan.”

Qocanın sözünü ilham olmuş ilahi dərs hesab etdim. O deyirdi: “Böyüklərlə kiçiklərin Allahı birdir.” Kaş elə bir məqama çataq ki, əzəmətli və ya sadə məclislərdə iştirak etmək, tanınmış şəxslərdən və ya adi insanlardan təhsil almaq, ibtidai və ya ali təhsil öyrətmək bizim üçün eyni olsun; pul, şöhrət geyim və məqam yox, Allaha yaxınlaşmaq vasitəsi ilə ucalmaq istəyək!

<B>3. Peşiman olmamaq</B>

Allaha xatir işləyənlər və başqalarından umacağı olmayanlar heç zaman işlərindən peşiman olmurlar. Onlar Allaha xatir işlədikləri üçün mükafatlarını almışlar. İstər dünyəvi nəticəsi olsun, istər olmasın!

Əgər Allaha xatir bir mö’minin və ya xəstənin görüşünə gedib, onu evdə tapmasanız peşiman olmayın. Çünki savabınızı almısınız. Gündəlik qarşılaşdığımız hadisələr peşmançılıq çəkməyimizə səbəb olursa, niyyətimizə diqqət etməliyik!

<B>4. E’tinasızlıq, yaxud diqqət mərkəzində olmaq eynidir. </B>

Vəzifələri yerinə yetirərkən ixlaslı şəxslər üçün xalqın onları qəbul edib-etməməsi, diqqət və ya e’tinasızlıq göstərməsi fərqsizdir. Onların fikrincə tə’rif və tənqid eynidir. Əgər bir şəxs xalq tərəfindən qəbul edildikdə sevinib, e’tinasızlıq gördükdə pərişan olursa, bu hal zəif ixlas əlamətidir. Əlbəttə, mümkündür ki, insan öz sevincini xalqın haqqa gəlişi, öz narahatçılığını xalqın dinə soyuq yanaşması ilə əlaqələndirsin. Lakin zahiri əlaqələndirmə kifayət etmir və qəlbə nəzər salmaq lazımdır. Həzrət Əli (ə) buyurur: “Riyakarın üç nişanəsi var: Təklikdə yorğun və halsız olur; xalq arasında (ibadət və əməldə) əhval-ruhiyyə tapır; tə’rif edildikdə çox, tənqid olunduqda az işləyir.”263

Allah bizi bu qorxulu xəstəlikdən qorusun! Mütəxəssis olduğu bu sahəyə uyğun xəstəliklə dünyadan gedən həkimlər kimi olmayaq! Özümüz ixlasdan yazıb, riya və şirklə dünyadan getməyək!

<B>5. Sabit hərəkət</B>

İxlaslı insan zaman və məkan yox, ilahi göstərişlər əsasında yaşayır. Buna görə vəzifələrini ardıcıllıqla və sabit şəkildə yerinə yetirir. Təkrar-təkrar əməllərdən yorulmur. Onun qocalıq və ya fiziki zəifliyə görə az əməl etməsi mümkündür. Lakin əhval-ruhiyyəsi və məqsədi dəyişmir.

<B>6. Var-dövlət  məqamın maneçilik törətməməsi</B>

İxlaslı şəxslərin öz vəzifələrini yerinə yetirməsinə var-dövlət və məqam maneçilik törətmir. İxlaslı şəxslər hətta özlərini də fəda etməyə hazırdırlar. Onlar bu yolda şəxsi istəklərindən keçirlər. Var-dövlət, məqam, yaxınlar və dostlara bağlılıq vəzifələrin yerinə yetirilməsinə mane olarsa ixlas məhv olar. Qur’an buyurur: “...Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən (s) və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın qəzəbini və əzabını gözləyin.”264

İxlaslı insan məkana, zamana, qadına, məskənə və özünə bağlı deyil. O yalnız Allahın razılığını düşünür.

Deyirlər ki, bir atlı su arxına yaxınlaşdı. Nə qədər şallaq vurdusa at suya girmədi. Atlı özü suya girdi və atı cilovundan çəkməyə başladı. Lakin at yenə də gəlmədi. Yaxınlıqda olan bir aqil dedi: “Ata minib əlindəki çubuqla suyu bulaşdırsan, at keçər.” Atlı belə də etdi və at rahat-rahat sudan keçdi. O bu işin hikmətini soruşdu. Aqil dedi: “At təmiz suda öz əksini görürdü və özünü tapdamaq istəmirdi. Lakin su bulaşan kimi ötüb keçdi!”

Bəli, özünü bəyənən, var-dövlət, məqam, övlad və sənətə tam bağlanan şəxslər ixlaslı ola bilməzlər. Çünki ixlas yolunda hər şeydən keçilməlidir.

<B>7. Zahir və batinin bir olması</B>

Mümkündür ki, insan müəyyən şəraitdə və ya kiminsə yanında daxilinə zidd zahiri işlər görsün. Bə’zən insan təklikdə bir cür, insanların yanında başqa cür olur. Bu bir növ riyadır. Əlbəttə, insanların yanında ədəbli olmaq və hörmət saxlamaq ayrı bir məsələdir. Həzrət Əli (ə) buyurur: “Batini və zahiri bir olan, sözü ilə əməli uyğun gələn şəxs Allahın əmanətini ödəmiş və xalis ibadət etmişdir.”265

İxlaslı insan başqlarının razılığını və münasibətini düşünmədən vəzifələrinə əməl edir, Allah yolunda heç bir danlaqdan qorxmur: “Allah yolunda vuruşar və heç kəsin tə’nəsindən qorxmazlar.”266

<B>8. Firqə təəssübündən uzaqlıq</B>

İxlas insanı hər yerdə ardıcıl və yorulmadan təlaşa vadar edir. Lakin ixlassız işlərdə bə’zən qrup təəssübkeşliyi yaranır. İxlassız şəxs uyğun firqəyə üzv olduqda fəal və şad olur. Lakin bu firqə və ya qrupdan ayrıldıqda əvvəlki əhval-ruhiyyəsini itirir, kənara çəkilir, bə’zən də müxalif olur. İxlaslı insan xüsusi təşkilat və ya qrupa bağlı deyil. O istənilən bir firqənin batil olduğunu müəyyən edərkən kənara çəkilir və (ixlas ruhiyyəsi ilə uyğunlaşmayan) qrup, firqə, məntəqə təəssübkeşliyindən uzaqlaşır. Qur’ani-kərim buyurur ki, millətpərəst yəhudilər məsihiləri, təəssübkeş məsihilər isə yəhudiləri puç sayırdı.267

Əlbəttə, haqq olan qrup və təşkilatları himayə etmək lazımdır. Məqsəd budur ki, batil özünü haqlı görüb, başqalarının haqqını batil saymamalıdır.

<B>9. Diqqətdən kənarda qalmış işləri görmək</B>

İxlaslı insan mühüm hesab olunmayan, gözə dəyməyən, lakin boşluq yaradan və yerdə qalmış işləri görməyə çalışır.

Ev üçün şüşə və pərdə lazım olduğu kimi hamam və ayaqyolu da lazımdır.

Süfrədə yemək, ət lazım olduğu kimi, duz da lazımdır. İxlaslı insanlar yerdə qalmış işlərdən çəkinmirlər. Onlar işin kiçikliyinə və ya böyüklüyünə baxmırlar. Onlar inanırlar ki, bə’zən Allah kiçik yaxşı işləri bərəkətli və tə’sirli edir.

Əllamə Təbatəbai (r) Nəcəfi-əşrəfdən Quma gələrkən fiqh və üsul dərslərinin çox olduğunu gördü. Lakin həmin vaxtlar təfsir və fəlsəfə dərsi deyilmirdi. O bu iki dərsi tədris etməyə başladı. Baxmayaraq ki, bir çoxları xeyirxahcasına e’tiraz edir, bu işi mərcəiyyətin şə’ninə uyğun saymırdı. Lakin o mədrəsənin xeyrinə və yaranmış ehtiyaca əsasən təfsir və fəlsəfə dərsinə başladı, “Əl-Mizan” təfsirini yazdı. Bəli, Allah insanların şöhrətinə yox, ixlasına görə lütf edir.

<B>10. Səhv işlərdən daşınmaq</B>

Səhv işlərindən inadkarcasına əl çəkməyənlər ixlaslı deyil. İxlaslı şəxs daha yaxşı yol və ya iş olduğunu müəyyən etdikdə səhv yoldan daşınır və ya işi daha bacarıqlı birinə tapşırır. Bir çox şəxslər uzun müddət azğın yol getdikdən sonra səvhlərini anlayırlar. Lakin yenə də bu yoldan daşınmaq istəmirlər və bu işi bir növ məğlubiyyət hesab edirlər. Lakin səhvlərdən daşınmamaq daha böyük məğlubiyyətdir.

İxlaslı insanlar böyük ruh və geniş qəlb sahibidirlər. Bu səciyyə onların alçaq və pis işlərə boyun əyməsinə mane olur.

<BASHLIQ3>İXLAS NƏTİCƏSİ</BASHLIQ3>

İnsanın Allahla xalis əlaqəsi batinin nurlanmasına, səfalanmasına və qəflət pərdələrinin götürülməsinə səbəb olur. Nəticədə həyatın çətin anlarında insana yol açılır. Həzrət Əli (ə) buyurur: “Qəlbə ixlasla yanaşı nuraniyyət və bəsirət gələr.”268 Bu Qur’ani-kərimin təqvanın nəticəsi kimi bəyan etdiyi həmin “fürqan”dır. (Haqla nahaqqı ayırd edən)269 Başqa bir ayədə buyurulur ki, əgər təqvalı olsanız, Allah sizə bir nur verər və bu nurla yolunuzu gedərsiniz.270

İxlas, nəfsə tabe olmamaq və təqva insanın gözünü açır, onu həvəs, cəhalət və şirk qaranlıqlarından elm, tövhid və nur fəzasına çıxarır. Hər kəsin ixlası olsa, nicat tapacaq.271

İxlas böyük, eyni zamanda çətin əldə olunan bir dəyərdir. İmam Səccad (ə) ramazanın səhər dualarında Allahdan istəyir ki, qəlbini nifaqdan, əməlini riyadan təmizləsin. İmam Hüseyn (ə) Ərəfə duasında Allahdan  ixlaslı əməl diləyir.

<BASHLIQ3>CƏMİYYƏT ARASINDA İXLAS</BASHLIQ3>

Dəyərli ixlas cəmiyyət arasında ictimai fəaliyyətlər və məs’uliyyətlərlə yanaşı olan ixlasdır. Bə’ziləri yanılaraq xalqdan kənarda ixlas axtarırlar. Allah dadlı və xalis südü qida ilə qan arasında yaradır.272 Xalis insan özünü cəmiyyətdəki hər növ çirkin işlərdən təmiz saxlamalıdır. O, niyyətini və əməlini riya çirkabından qorumalıdır. Belə əldə olunan ixlas dəyərli və mühümdür.

İxlaslı şəxs özünü Allahın ixtiyarına verir və qəlbini ilahi eşq mənzili edir. Onun bütün əməllərinə ilahi məqsəd hakim olur və bu yolla izzətə çatır.

<BASHLIQ3>NAMAZA DAXİL OLURUQ</BASHLIQ3>

Niyyət, namazı Allah üçün ibadət qərarı və Ona yaxınlaşmaq məqsədi ilə əda etməkdir. Niyyətdən sonra namaza daxil oluruq. Qəlb iştirakı, ruhi hazırlıq və Allaha tam diqqətlə təkbir deyirik. Bu diqqət və qəlb iştirakı namaz üçün ruh kimidir.

<BASHLIQ3> “ƏLLAHU ƏKBƏR” </BASHLIQ3>

Allah düşüncə və xəyalımızdan daha böyükdür. Onu qələmlə vəsf və dillə bəyan etmək gücümüz yoxdur.

Onun əzəməti düşüncə, mə’rifət və təsəvvürümüzün fövqündədir.

Hər nə istəsə həmin an baş verər. Əmrinə itaət olunar. İnsan və bütün varlıqlar yoxdan yarandı. Hər birinə ruzi verər, hidayət edər. Hamı Ona doğru qayıdacaq. Bütün canlıların və bitkilərin varlığı və canı Onun qüdrət əlindədir. Ucaldan da, kiçildən də Odur. Ehtiyacsızdır, hamı Ona möhtacdır. İnsanı ana bətnində formalaşdırır. Onların fitrətində yönəldici meyllər qərar verir. Xəstələrə şəfa verir, zəiflərə qüvvə əta edir. Onun zatından başqa hər şey ölümə məhkum və fanidir. Qiyamətdə hesab-kitab mükafat və cəza Ona bağlıdır. Qiyamət günü mə’lum olacaq ki, bütün işlər Onun əlindədir və başqaları heç nəyə qadir deyil. Allahdan qeyrilərinin dərgahına üz tutanlar uduzmuş və ziyan etmişlər... (Qeyd olunan bütün sifətlər Qur’an ayələrindən götürülmüşdür.)

Namazımız belə əzəmətli bir Allahın adı ilə başlayır.

Niyyətdən sonra təkbirətul-ehram deyir və namaza daxil oluruq. “Əllahu əkbər!”

“Əllahu əkbər” əqidə və dinimizin ucalıq şüarıdır.

Namaz “Əllahu əkbər” kəlməsi ilə başlayır və “rəhmətullah” kəlməsi ilə xətm olunur.

Elə bir namaz ki, həm qəlb iştirak edir, həm də dil mədh oxuyur, vəsf edir. Namazda həmd və zikri eşidir, eyni zamanda bədən üzvlərinin hərəkəti ilə ibadət edirik.

Elə bir namaz ki, bütpərəstlik və məsihilikdə olduğu kimi bütlərin və İsanın adı ilə yox, Allahın adı ilə başlayır.

Elə bir namaz ki, “Əllahu əkbər”lə yanaşıdır. Batil və puç qüdrətlər üzərindən xətt çəkən bu şüar gündəlik müstəhəb və vacib namazlarda 85 dəfə təkrarlanır, namazdan əvvəl və namazdan sonra da müxtəlif şəkillərdə savab üçün zikr olunur.

Bu şüar namaz boyu təkrarlanır və bizim mə’nəvi tərbiyəmiz, inkişafımız həmin təkrarların bəhrəsidir.

Allah hər şeydən böyükdür!

Allah heç bir şeylə müqayisə olunmaz dərəcədə böyükdür və zahiri hisslərlə dərk olunmur.

Allah həvəslərimizdən, sözlərimizdən, şeytan vəsvəsələrindən və dünya bəyanlarından daha böyükdür.

Əgər Allah düşüncəmizdə ən böyük sayılsa və “Əllahu əkbər” kəlməsi qəlbən, iman və inamla deyilsə, dünya, onun cazibəsi və bütün qüvvələr gözümüzdə kiçiləcək, Onun razılığı bizim üçün hər şeydən üstün olacaq.

İmam Sadiq (ə) buyurur: “Namazın başlanğıcında təkbir deyərkən Ondan (Allahdan) başqa bütün varlıq sənin düşüncəndə kiçilməlidir. Yoxsa, xitab olunar: Sən yalançısan! Əgər namaz qılan şəxsin fikrində ayrı bir şey böyük olarsa, o yalançı sayılır. Necə ki, münafiqlər dildə Allah rəsulunun (s) peyğəmbərliyinə şəhadət verir, amma öz sözlərinə inanmırdılar. Allah onları yalançı adlandırdı: “...Allah münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.”273 Dillə əqidə arasında fərq bir növ nifaqdır. İmam Sadiq (ə) buyurur ki, Allah belə namaz qılanlara xitab edir: “Yoxsa mənə hiylə gəlirsiniz? And olsun izzət və cəlalıma, öz zikrimin şirinliyini səndən alar, yaxınlıq məqamından və münacatımın ləzzətindən məhrum edərəm.”274 Mərhum Feyz Kaşani bu hədisi nəql etdikdən sonra buyurur: “Namaz zamanı münacat şirinliyi və ruhiyyə əldə etsəniz, bilin ki, sizin təkbiriniz Allah-təala tərəfindən qəbul olunmuşdur. Əgər belə olmasa, bilin ki, Allah sizi dərgahından qovmuş, sözünüzü təsdiq etməmişdir və bizi yalançı hesab edir.”275

Bəli, Allah daha böyükdür. Bütün sözlərdən, yazılardan və düşüncələrdən daha böyük!

Bu əqidədə olan şəxsin nəzərində hər şey kiçilir. Təyyarə nə qədər yuxarı qalxsa, evlər, binalar və yer daha kiçik görünər. Allahı əzəmətli sayan Ondan başqalarını kiçik görür. Həzrət Əli (ə) bu xarakteri təqvalı insanların sifətlərindən hesab edir: “Allah onların batinlərində əzəmətlidir və Ondan başqalarını kiçik görürlər.”276

<BASHLIQ3>HƏMD SURƏSİ</BASHLIQ3>

Bütün namazlarda “Həmd” surəsini oxumaq vacibdir. Bu surədə ne’mətlər üçün Allaha həmd edilir, Onun sifətləri, qiyamət günü hakimiyyəti və doğru yola yönəldən hidayətin Onun tərəfindən olması bəyan olunur.

İndi isə surənin ayələri haqqında bə’zi nöqtələri bəyan edirik.

<BASHLIQ3> “BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM” </BASHLIQ3>

Bağışlayan və mehriban Allahın adı və köməyi ilə başlayırıq.

Elə bir Allah ki, hər kəsə, hər nəyə mərhəmət edir. Elə bir Allah ki, daim və hər şeyə məhəbbət göstərir. Ondan başqaları ya lütf göstərmirlər, ya da lütfləri daimi və əhatəli olmur.

Bə’zən də məqsədləri mehribanlıq deyil. Lakin Allah hətta yaradanda lütf və mehribanlıq əsasında yaradır: “Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. Rəbbin onları bunun üçün yaratmışdır...”277 Əgər bə’ziləri Allahın rəhmətinə nail olmurlarsa, bu onların özündən asılıdır.

Əgər çayın suyu şara dolmursa, çayın təqsiri yoxdur. Çünki şarın hər tərəfi bağlıdır.

Əgər günəş şüası divardan keçmirsə, bu şüanın yox, divarın təqsiridir.

Allahın rəhməti genişdir. Lakin bə’zən insanlar batil fikir və işlərlə rəhmət qapılarını öz üzlərinə bağlayırlar.

Hər işin əvvəlində “Bismillah” Allaha eşq və təvəkkül, Ondan kömək diləmək və Ona bağlılıq rəmzidir.

“Bismillah” Allahın ilhamverici adına sarılmaq, şeytan vəsvəslərindən uzaqlaşmaqdır.

“Bismillah” bütün səmavi kitabların başlanğıcıdır.278 Peyğəmbərlər bütün işlərə Allahın adı ilə başlamışlar. (Məsələn, həzrət Nuh (ə) gəmini hərəkətə gətirəndə “Bismillah” dedi.) Bu iş insanın Allaha pənah aparıb, Onun tərəfindən qorunmasına səbəb olur. Allaha sığınmış şəxs doğru yola yönəlir: “Allaha sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.”279

“Bismillah” Allaha bəndəlik və Ona bağlılıq nişanəsidir. Yə’ni: İlahi, Səni unutmamışam, bütün işlərimə Sənin adınla başlayıram, özümü sığortalayıram və Sənin köməyinlə şeytanı qaçırıram.

İmam Sadiq (ə) buyurur: “Bismillah” surələrin tacıdır.280 Bismillah iman və rəhmət nişanəsidir. “Bəraət” surəsinin əvvəlində “Bismillah” kəlməsi yoxdur. Çünki surədə kafirlərdən üz döndərmək əmr olunur və rəhmətə yer qalmır.281 Hədisdə buyurulur ki, hər bir işə hətta bir beyt şe’r yazmağa “Bismillah”la başlayın. Allahı yad etmədən görülən işlər sona çatmır.282

<BASHLIQ3> “ƏL-HƏMDU LİLLAHİ RƏBBİL-ALƏMİN” </BASHLIQ3>

Həmd və sitayiş bütün aləmləri tərbiyə edən Allaha məxsusdur.

İnsanın təkamülü üçün yaranış nizamını, yerin hərəkətini, günəş, hava, bitkilər, çaylar və maddi ne’mətləri qərar verdi.

Ruhun təkamülü üçün səmavi kitablar, acı və şirin ibrətli hadisələr müəyyənləşdirdi. Bəşərin hidayəti üçün ağıl və fitrətə əsaslanan möhkəm qanunlar və din göndərdi. Yeri dəlilsiz qoymadı; saysız aşkar və gizli ne’mətləri minnətsiz olaraq insanların ixtiyarına verdi. Əgər varlıq aləmində zərrəcə nizamsızlıq yaransa hər şey məhv olar.

Dağların, bitkilərin, atomların, ulduzların, suyun, torpağın, fəsillərin, gecə-gündüzün, bədən üzvlərinin, müxtəlif meyllərin və müxtəlif hidayətlərin gözəl və möhkəm nizamı Onun aləmlərin Rəbbi olduğunu göstərir.

Dəqiq nizamla yaranmış bədən üzvlərimiz insanı heyrətə gətirir.

Qulağın, gözün, qəlbin, tənəffüs sisteminin, damarların, sinirlərin, beş duyğu üzvünün və sair orqanların cilası Allahın qeyri-adi tədbirini göstərir.

Təəssüf ki, insan şükür əvəzinə küfr edir.283 Allaha yaxınlaşmaq əvəzinə üz çevirir: “İnsana bir ne’mət verdiyimiz zaman üz çevirib uzaq gəzər.”284 İlahi eşq və Allaha sitayiş əvəzinə düşmənçilik edir;285 təvazökarlıq əvəzinə təkəbbür göstərir: “Ey insan! Səni kərim olan Rəbbinə münasibətdə aldadan (və ya məğrur edən) nədir?”286

İnsan ehtiyacı ödənən kimi, tüğyan edir: “Həqiqətən insan azğınlıq edər. Özünün dövlətli olduğunu (bir şeyə ehtiyaclı olmadığını) gördüyü üçün!”287 Allahın ne’mətlərini öz əziyyətinin bəhrəsi hesab edir.288 “Ayıq ol!” çağırışlarını qəlbən eşitmir.289

Bu naşükür insan azca yaxşılığa görə hamıya təşəkkür etdiyi halda əsil ne’mət sahibi olan Allahı unudur.

Təəssüf ki, insan haqq yolu azmış, düşüncə və fitrət işığını söndürmüş, gözünü və qəlbini bağlamışdır. O, qəlbini ona-buna bağlayır və Allaha yox, şeytani və insani qüvvələrə arxalanır.

“Əl-həmdu lillahi Rəbbil-aləmin” cümləsi insanı qəflətdən uzaqlaşdırır, ne’mətləri yada salır və bizə Allahın rəbliyini xatırladır.

Allah aləmlərin Rəbbidir. Bütün varlığın, bütün yaranmışların və hər bir şeyin Rəbbidir: “O hər şeyin Rəbbidir.”290 Cahiliyyət dövründə hər bir şey üçün ayrıca rəbb olduğunu güman edirdilər. Allah bütün mövcudları, heyvanları və varlıqları idarə edir. Hər bir şeyin hakimi və idarə edəni Odur. Həm yaradır, həm idarə, həm də tərbiyə edir.

<BASHLIQ3> “ƏR-RƏHMANİR-RƏHİM” </BASHLIQ3>

Onun geniş rəhməti hamının üzərinə kölgə salır. Onun rəhməti qəzəbindən çox və öncüldür.

Günahkarlara tövbə yolu qoymuşdur. Ölüm anınadək tövbələri qəbul edəcəyinə və’d vermişdir və tövbə edənləri sevir.291 Allah rəhimli olmağı özünə vacib etmişdir. (bax: “Ən’am” surəsi, ayə 54). O hamıya ümid verir və öz rəhmətinə doğru çağırır: “...Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar.”292

Allahın rəhmət nümunələrindən biri Onun pislikləri yaxşılığa çevirməsidir.293

Çətinliklər və bəlalar da bir növ rəhmətdir. Çünki insan bu yolla qəflətdən ayılır və hərəkətə vadar olur. Çətinliklərə dözmək ilahi övliyalar üçün şirindir. Çünki onlar çətinliklər müqabilində mükafat alırlar.

<BASHLIQ3> “MALİKİ YƏVMİD-DİN” </BASHLIQ3>

Cəza gününün sahibidir. Bu sifət Allah haqqında qeyd olunmuş digər bir sifətdir, həmd və sitayişin Allaha məxsus edilməsindən sonra bəyan olunur. İnsan daha çox üç halda təşəkkür edir:

  1.  Ötən lütf və ne’mətlərə diqqət etdikdə;
  2.  Hazırkı məhəbbətə diqqət etdikdə;
  3.  Gələcək lütflərə ümid etdikdə.

Beləliklə, yalnız Allaha sitayiş olunmalıdır. Çünki həm keçmişimizi tə’min edirik, həm indi Onun ne’mətləri, rəhməti və lütfündən bəhrələnirik, həm gələcək və qiyamətdə bütün işlərimiz Ona bağlıdır və Onun kərəminə ümidvarıq.

O malikdir. Dəyərsiz, müvəqqəti və e’tibarsız yox, həqiqi malik!

İnsanlar dünyada gizli və aşkar şirklərin torunda əsir olublar. Lakin qiyamətdə hamı görəcək ki, dünya və onda olan hər bir şey Allahındır. Varlığın sahibi, qəti hökmdar və həqiqi hakim Odur: “O gün hökm ancaq Allahındır!”294

Qiyamətdə xalqdan soruşulacaq: “Bu gün hakimiyyət kimindir?” Onlar deyəcək: “Bir olan və hər şeyə qalib Allahındır!”295

“Maliki yəvmid-din” cümləsi insanın yadına qiyamət hesabını salır. Nə qədər ki, hesab alınmayıb, insan özü özü ilə hesab çəkməlidir.296

İmam Səccad (ə) namazda bu cümləni o qədər təkrarlayırdı ki, az qalırdı ruhu pərvaz etsin.297

“Din” kəlməsi cəza mə’nasını bildirir. Allah cəza və mükafat gününün sahibidir. Bu surədə Allahın həm rəhminə, həm qəzəbinə, həm də ədalətinə işarə olunur ki, düzgün tərbiyə yolu, yə’ni qorxu və ümid arasında yaşayış prinsipi aydın olsun.

<BASHLIQ3> “İYYAKƏ NƏ’BUDU VƏ İYYAKƏ NƏSTƏİN” </BASHLIQ3>

Biz yalnız sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!

Bu yerədək namaz qılan şəxs yaranış, məad və Allahın sifətləri barəsində öz əqidəsini bildirir. Bu əqidənin səmərəsi xalis bəndəlik və Allahdan kömək diləməkdir.

Namaz qılan şəxs tənha olduqda da cümləni cəm formasında deyir ki, özünü ibadət edənlərə qatsın, onun naqis ibadəti ixlaslı və kamil insanların ibadəti arasında qəbul olsun.

Deyilənlərdən aydın olur ki, “mənlər” “biz” olmalıdır. Camaatla birlikdə ibadətlər, xüsusi ilə namaz əsasdır. Fərdçilik və guşənişinlik dəyərsizdir.

Pərəstiş kömək diləməklə yanaşıdır. Beləliklə, bəndəlik edərkən fikri azğınlıqlardan qorunmaq, qürrələnməmək, riya və süstlüyə düçar olmamaq üçün doğru yolu Ondan istəyək. Bəli, Ondan kömək istəməliyik. Çünki iman tövfiqi Onun əlindədir. Sübhlər ayılmaq, dəstəmaz almaq, hərəkət üçün qüvvə, namazın qəbul olması, bizi təkəbbür və riyadan qorumaq Onun əlindədir. Onun lütfü sayəsində ibadətə meyl edirik.

Namaz qılan Allaha ibadət edir və bu ibadətlə Allahdan kömək istəyir.

Şərqpərəstlik, qərbpərəstlik, güclülərə bəndəlik, şəhvət və məqama əsirlik, qadın, var-dövlət və övlada aldanmaq yox, yalnız Allaha ibadət!

Namazın bu cümləsi Allahdan savay bütün hakimiyyətləri məhkum edir; davamsız qüvvələrdən yardım diləmək və onlar qarşısında alçalmağı inkar edir; namaz qılanlara Allaha bəndəlik sayəsində izzət dərsi verir. Bu yolla Allahdan qeyrilərinin bəndəsi olmaq, hədələr və təkliflərə aldanıb Allah yolunu unutmamaq öyrədilir.

<BASHLIQ3> “İHDİNƏS-SİRATƏL-MUSTƏQİM” </BASHLIQ3>

Həmd-səna oxuyub, bəndəliyimizi göstərdikdən və kömək dilədikdən sonra Allahdan ilk istəyimiz doğru yola hidayətdir. Həyatın əməli və fikri məsələlərində əqidə, rəftar və doğru yolu tanımaq çox mühüm, eyni zamanda çətindir. Buna görə Allahdan istəyirik ki, bizi doğru yola hidayət etsin.

<BASHLIQ3>DOĞRU YOL</BASHLIQ3>

Doğru yoldan danışarkən azğın yollar da açıqlanır. Əgər azğın yolları tanısaq, doğru yolu daha yaxşı tanıyacağıq.

Azğın yollar:

1. Qəzəb və şəhvət zamanı həvəs yolu;

2. Başqa həvəs yolu;

3. İfrat, təfrit və birtərəfli baxış yolu;

4. Şeytani vəsvəsə yolu;

5. İnsanları hədələyib və ya şirnikdirib özünə çəkən zalım hökumətlər yolu;

6. İnsanı var-dövlət və məqam xatirinə özgələrin razılığını əldə etmək fikrinə salan dünyapərəstlik yolu;

7. Məntiqsiz və dəlilsiz yollar;

8. İnsanın fikirləşmədən, məşvərət etmədən və təcrübəsiz seçdiyi yol;

9. Uçuruma aparan yol (azmışların yolu);

10. Yersiz adətlər, şəxsi səliqələr yolu.

Doğru yol hansıdır?

Allah yolu:298 “Həqiqətən, Rəbbim düz yoldadır.”

Peyğəmbərlər yolu: “Həqiqətən, sən düz yoldasan!”299

Bəndəlik və pərəstiş yolu: “...Mənə ibadət edin, bu doğru yoldur.”300

Mə’sum rəhbərlərin yolu: İmam Sadiq (ə) buyurur: “And olsun Allaha, biz düzgün yoldayıq.”301

Allaha və Onun qanunlarına bağlanmaq yolu: “...Allaha sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.”302

<B>Bir neçə xatırlatma: </B>

1. Bə’zən müxtəlif şərait, zaman və insanlar üçün doğru yol fərqli olur. Bə’zən sükut, bə’zən danışmaq lazım gəlir. Bə’zən var-dövlət, bə’zən can fəda olur. Bə’ziləri üçün təhsil, bə’ziləri üçün işləmək lazım gəlir və... (Əlbəttə, bu söz rahatlıq axtaranlar üçün ictimai və dini məs’uliyyətlərdən qaçmağa bəhanə olmamalıdır.)

2. Xüsusi imkanlara və şəraitə malik olanlar başqa insanları (Allah yolunda başqa iş görənləri) tənqid edib, eyb axtarmamalıdırlar. Çünki Allah razılığını əldə etmək üçün bir çox yollar var. İnsanların əməllərinin dərəcələri fərqlidir. Hamı bir bayraq altında müxtəlif minik vasitələri ilə ilahi yolda hərəkət edir.

3. Doğru yolda olmaq mühümdür. Lakin ondan da mühümü bu yolda davamlı hərəkətdir. Çünki insanlar üçün azmaq təhlükəsi var. Həzrət Əli (ə) bir Qur’an ayəsini belə təfsir edir ki, yə’ni gələcəyimizi doğru yolda qərar ver.”303

4. İnsan ən üstün təkamül mərtəbəsində də Allahdan düzgün yol istəməlidir. Çünki bu yol mərəhələlərdən ibarətdir. Nur, elm və hərəkət kimi təkamül xarakterinə malikdir. Qur’an Allahın doğru yolunda olanların doğruluğunu artıracağını bildirir. (bax: “Məryəm” surəsi, ayə 76). “Məkarimul-əxlaq” duasının əvvəlində imam Səccad (ə) Allahdan istəyir ki, onun imanını, yəqinini istək və hədəfindən üstün dərəcəyə çatdırsın.

5. Düzgün yol seçimi çətindir. Bu yolda hərəkət tükdən nazik yolda hərəkət kimidir. Bir çoxları ya yol seçimində, ya da hərəkət zamanı azırlar. Biri əqidəsində çaşqınlığa düçar olur, o biri əməllərində. Biri bütün işlərə məcbur edildiyini hesab edir, o biri Allahın tə’sirsiz olduğunu düşünür. Biri mə’sum rəhbərləri Allahla eyni həddə tutur (həzrət İsa (ə) və həzrət Əlini (ə) Allah hesab edənlər), o biri adi insanlarla bərabərləşdirir, dəli və sehirbaz hesab edir. Bə’ziləri imamlar və şəhidlərin ziyarətini şirk sayır (vəhhabilər kimi), bə’ziləri isə ağaca ip bağlayıb hacət istəyir. Biri dünyaya bağlanır, o biri rahiblik yolunu seçir. Bə’ziləri o qədər xərcləyirlər ki, özləri ehtiyaclı olur, bə’ziləri isə paxıllıq edirlər. Biri ifrat qeyrətdən hətta yoldaşının adını çəkmir, o biri yoldaşını yarımçılpaq vəziyyətdə küçəyə buraxır.

İslam dini xalqı doğru yola də’vət edir. Bu yol bütün işlərdə orta həddə əsaslanır. Hətta bə’zi hədislərdə “orta hədd” “ibadət” tə’biri bəyan olunur.

<BASHLIQ3>RƏVAYƏTLƏRDƏ DOĞRU YOL</BASHLIQ3>

İmam Əsgəri (ə) namazın bu cümləsi haqqında buyurur: “Namaz qılan bu sözlə keçmişdəki kimi gələcək üçün də bəndəlik tövfiqi istəyir. Doğru yol dar baxışlardan uca, ifrat pərvazlardan aşağı olan bir yoldur.”304

İmam Sadiq (ə) buyurur: “Doğru yol odur ki, insanı ilahi eşqə və dinə sövq etsin, dində şəxsi səliqələrdən və həvəslərdən uzaqlaşdırsın.”305

“Biharul-ənvar” kitabında 56 hədisdə bildirilir ki, pak imamlar, mə’sum ilahi övliyalar və onların həqiqi ardıcılları doğru yolun canlı nümunələridir. Çünki, onların qəzəbi, məhəbbəti, döyüşü, sülhü, ibadəti, düşüncəsi və əməlləri Allahın göstərişlərinə uyğun və düzgün yoldadır. Bu dünyada onlara bey’ət etmək çətin və məs’uliyyətli işdir. Cəhənnəm üzərində olan tükdən nazik, qılıncdan da iti axirət yolu kimi!306 Axirət yolu da dünya yolunun bir təcəssümüdür. Bu dünyada doğru yolda olanlar axirət yolundan asanlıqla və tez keçəcəklər. İfratçı və təfritçi insanlar axirətdə çətinlik çəkəcəklər.

Həzrət Əli (ə) doğru yoldan azıb ifrat və təfritə qapılmış şəxsləri belə təsvir edir:

“Arzuların arxasınca tamahkar kimi gedir, tamahına görə  həris görünür, mə’yus olduqda təəssüfdən ölür, narahat olduqda qəzəbi tufan qoparır, şadlıqda məst olur, çoxlu pul onu qəddarlaşdırır, çətinlik onu nankorluğa vadar edir, çatışmazlıq onun üçün ziyandır, rifah ona çətinlik yaradır.307

İfrat və təfrit cəhalətdən qaynaqlanır. Əlbəttə, ifrat və təfriti müəyyənləşdirmək çətindir. Hamı özünü orta həddə və ağıllı hesab edib, özgələri ittiham edir. Həmin ittiham zamanı da ifrat və ya təfritə varılır. Lakin ilahi övliyalar və peyğəmbərlər məktəbində tərbiyə alanlar bütün mühakimələrdə haqq me’yarı əsasında əməl edirlər.

<BASHLIQ3>İFRAT VƏ TƏFRİT NÜMUNƏLƏRİ</BASHLIQ3>

Düzgün yoldan büdrəmə haqqında bir çox hədislər nəql olunmuşdur. Burada ifrat və təfritlə bağlı olan bir neçə nümunəyə işarə edirik:

1. Həzrət Əli (ə) insanların tə’rif edilməsi barəsində buyurur: “Layiq olduğundan çox tə’rifləmək yaltaqlıq, az tə’rifləmək isə paxıllıqdır!”308

2. İfrat danlamaq barəsində buyurur: “İfrat danlaq inadkarlıq odunu alovlandırır.”309

3. Qur’an infaq ölçüsü ilə bağlı buyurur: “Onlar infaq edərkən nə israfçılıq, nə də xəsislik edər, orta bir yol tutarlar.”310

<BASHLIQ3> “SİRATƏLLƏZİNƏ ƏN’ƏMTƏ ƏLƏYHİM” </BASHLIQ3>

“(Bizi) ne’mət verdiyin kəslərin yoluna (hidayət et).”

Yolu arzulanan şəxslər başqa bir ayədə daha aydın tanıtdırılır: “Allaha və peyğəmbərə (s) itaət edənlər Allahın ne’mət verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!”311

Gün ərzində bir neçə dəfə bu ayəni oxuyub Allahdan istəyirik ki, bizi uyğun dörd zümrəyə daxil etsin. “Təfsiri Nümunə”də oxuyuruq:

“Uyğun dörd zümrədən (nəbilər, siddiqlər, şəhidlər, salehlər) bu mə’na anlaşıla bilər ki, sağlam, inkişaf etmiş və mö’min bir cəmiyyət hazırlamaq üçün öncə peyğəmbərlər və haqq rəhbərlər meydana daxil olmalıdır. Onların ardınca sözləri ilə əməlləri uyğunlaşan siddiq (ən doğruçu) təbliğatçılar peyğəmbərlərin hədəfini gerçəkləşdirmək üçün işə qatılmalıdır.

Quruculuq dövründə haqq yola maneçilik törətmək istəyənlər peyda olacaq. Bu şəxslərə qarşı qiyam edilməli və bir dəstə şəhid olub öz pak qanı ilə tövhid ağacını suvarmalıdır.

Dördüncü mərhələdə çəkilmiş əziyyətlərin bəhrəsi olaraq saleh, pak və ləyaqətli cəmiyyət yaranır.312

Maraqlıdır ki, “Biharul-ənvar” kitabında bir çox rəvayətlərdə şəhidlər, siddiqlər və salehlər üçün ən kamil nümunə mə’sum imamlar (ə) göstərilmişdir.313

Namazda belə bir istək fikir, əxlaq və əməldə uyğun dörd zümrəyə itaətlə müşayiət olunmalıdır. İlahi lütfə çatmış şəxs nə zillətə düçar olur, nə də zalımları himayə edir. Həzrət Musa (ə) dedi: “Ey Rəbbim, mənə bəxş etdiyin ne’mətə görə əsla günahkarlara arxa olmayacağam!”314

Buradan namaz qılanın düşüncə və əməl baxımından tutduğu istiqamət müəyyənləşir. O, həmin uca insanların yolunda olmağı Allahdan diləyir.

<BASHLIQ3> “ĞƏYRİL-MƏĞZUBİ ƏLƏYHİM VƏLƏZ-ZALİN” </BASHLIQ3>

Qəzəbə düçar olanların və azanların yoluna yox!

İnadkarlıq edib həlak olan, qəzəbə düçar olmuş fir’onların yoluna yox!315

Allah dostlarına qarşı inadkarlıq etdiklərindən qəzəbə düçar olub, yerə batan daş qəlbli sərmayədarlar və qarunların yoluna yox!316

Allahın qəzəbinə gəlmiş dünyapərəst və əməlsiz alimlərin yoluna yox!317

Qəzəbə düçar olanları tanımaq üçün həlak olmuş, Allahın qəzəbinə gəlmiş ümmətlər və insanların tarixini mütaliə etmək lazımdır. Məsələn, yəhud və Lut qövmü, zalım hökmdarların ardıcılları, münafiqlər və qatillər...318

Namaz qılan şəxs qəzəbə düçar olanlara nifrətini bildirməklə yanaşı onlarla bir yolda olmamağı Allahdan istəyir. (“vələz-zallin”)

Düşüncə və əməldə azanlar, ata-babalarının yersiz əqidələrini davam etdirənlər, şirkamiz düşüncələrə qapılanlar və azğınlıqda təəssübkeşlik edənlər “zal-lin” kəlməsinin canlı nümunələridir.

“Həmd” surəsinə baxış buradaca sona çatır. Həmdlə başlanan surə yardım diləmək və dua ilə tamamlanır. Bu şəfabəxş surə Allah kitabının birinci surəsidir.

<BASHLIQ3> “TÖVHİD” SURƏSİ</BASHLIQ3>

“Bismillahir-rəhmanir-rəhim; qul huvəllahu əhəd; əllahus-səməd; ləm yəlid və ləm yuləd; və ləm yəkulləhu kufuvən əhəd.”

“De ki, O Allah birdir; Allah möhtac deyil; O nə doğmuş, nə də doğulmuşdur; Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur.”

Həmişəki kimi surə Allahın adı ilə başlayır. “Tövbə” surəsindən başqa bütün surələr “Bismillah” kəlməsi ilə başlanır və bu kəlmə surənin ayələrindən hesab olunur. “Tövbə” surəsinin mahiyyəti kafirlərə nifrətdən ibarət olduğu üçün “Bismillah” kəlməsi ilə başlanmır. Çünki “bismillah” nifrət, sifəti ilə uyğun gəlmir.

Allahın adıyla başlamaq işlərə ilahi məqsəd və ilahi rəng vermək üçündür. Bu nöqtə İslamın tərbiyəvi proqramındakı nöqtələrdəndir. Bütün işlərin başlanğıc və sonu Allahı düşünməklə yanaşı olmalıdır. Hətta heyvanların kəsilməsi!

Bismillahsız  iş naqisdir. Bə’zən Allahı unutmaq acı hadisə ilə nəticələnir. Bir nəfər taxta oturarkən yıxıldı, qıçı sındı, başı yarıldı. Həzrət Əli (ə) buyurdu: “Bu acı hadisə “Bismillah” demədiyi üçün oldu.”319

“Tövhid” surəsi Allahın təkliyini bəyan edir. Allah bütün cəhətlərdən tək və oxşarsızdır. Çünki Onun vücudu və sifətləri sonsuzdur. Sonsuz vücud isə birdən artıq ola bilməz. Əgər sonsuz sahəli ev tikilərsə başqa evlər üçün yer qalmaz.

Allah bütün cəhətlərdən təkdir;

Yaratmaqda təkdir: “Allah hər şeyin xaliqidir.”320

Rəblikdə təkdir: “Allah hər şeyin Rəbbidir.”321 Hakimiyyətdə təkdir: “Göylərin və yerin hökmü Allaha məxsusdur.”322 Kömək etməkdə təkdir: “...Əli hər yerdən üzülüb darda qalan bir kimsə Ona dua etdiyi zaman duasını qəbul buyuran...”323

Bir sözlə, Allah bütün sifətlər baxımından oxşarsızdır.

O “səməddir” (ehtiyacsızdır.) O ehtiyacsızdır, hamı Ona möhtacdır və gözünü Ona dikmişdir. “Səməd”dir, yə’ni yemək, yatmaq, dəyişmək, şəriklik, fəsad, qəflət, yorğunluq, doğmaq, doğulmaq, qorxu və sair bu kimi xüsusiyyətlərdən uzaqdır.324

Həzrət Əli (ə) buyurur: “Səməd” dedikdə cismi, oxşarı, forması olmayan, zaman və məkan məhdudiyyətlərindən uzaq, nə boş, nə də dolu olan varlıq nəzərdə tutulur.325

“Ləm yəlid və ləm yuləd.”

“O, nə doğmuş, nə də doğulmuşdur!”

O heç nədən qaynaqlanmır və heç bir şey Onun müqəddəs zatının bir hissəsi deyil. Ağacdan ayrılan meyvə və ya bulaqdan qaynayan su damcısı kimi deyil. Bu cümlə İsa (ə) və Üzeyiri Allahın övladı bilən məsihi və yəhudilərin, yaxud mələkləri Allahın qızları hesab edən müşriklərin əqidələrini inkar edir.

“Vələm yəkulləhu kufuvən əhəd.”

“Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur.”

O işlərində, sifətlərində və zatında oxşarsızdır. “Ona bənzər heç bir şey yoxdur.”326

<BASHLIQ3>QİRAƏT ZAMANI ARAMLIQ</BASHLIQ3>

Həmd və surə oxunarkən bədən aram halda qalmalıdır. Qiraət düzgün şəkildə olmalı və kəlmələr ərəb dilində səhvsiz tələffüz edilməlidir. Əlbəttə, düzgün qiraət öyrənmək o qədər də çətin deyil. Azacıq çalışmaq və davamiyyətlə düzgün oxunuşa nail olmaq lazımdır.

Ərəb dili İslam və Qur’an dilidir. Necə ki, hər bir təyyarəçi dünyanın istənilən yerində dispetçer qülləsi ilə ingilis dilində əlaqə saxlayır. Namaz mö’minlər üçün mə’nəvi me’rac və ruhi pərvazdır. Onun Allahla əlaqə yaradan cümlələri ərəb dilində düzgün tələffüz olunmalıdır.

Namaz zamanı fikir cəmlənməli və qəlb iştirak etməlidir. İnsanın təvazökarlıqla səcdə yerinə baxması daha yaxşıdır. Qur’an xüşu (müt’ilik) ilə namaz qılan mö’minləri nicat tapmışlardan hesab edir.327 Yə’ni Allah və Onun əzəmətini düşünüb, bu düşüncəyə uyğun mə’nəvi və fiziki hal tapmaq. Allahın rəsulu (s) namaz zamanı saqqalı ilə oynayan bir şəxsi gördü. Həzrət (s) buyurdu: “Əgər həm xüşu, həm də diqqətlə namaz qılsaydı, belə etməzdi.328

Əlbəttə, namazda qəlb iştirakı və xüşu işin bir hissəsidir. İnsanlara qarşı əmanətdar olmaq da doğru namaz şərtlərindəndir. Həzrət Əli (ə) Kumeylə buyurur: “Hansı paltarda və harada namaz qıldığına diqqət et. Əgər sənin libasın və namaz qıldığın məkan halal qazancla əldə olunmayıbsa, namazın qəbul deyil.”329

<BASHLIQ3>RÜKU</BASHLIQ3>

Rüku surədən sonra Allaha tə’zim, Onun əzəməti və göstərişləri qarşısında boyun əymək üçün qatlanmaqdır. Rüku zamanı əllər dizə çatmalı, bel düz qalmalı və boyun çəkilməlidir. Elə bil ki, namazqılan Allah yolunda boynunun vurulmasına hazırdır.330 Hər rəkətdə bir rüku lazımdır. Yalnız meyyit namazı rükusuzdur. Ayət namazlarında isə hər rəkətdə beş rüku var.

Rüku namazın əsaslarındandır. Onun istər bilərəkdən, istər səhvən azaldılıb-çoxaldılması namazı batil edir. Rüku bəndəliyin ən gözəl şəkildə izhar olunduğu əməllərdəndir.

Rüku ədəb, səcdə yaxınlıqdır. Yalnız ədəbli olduqlarını göstərən şəxslər Allaha yaxınlaşırlar. Bu sözlər imam Sadiqdəndir (ə).331

Rəvayətlərdə din öncüllərinin səcdə və rükularından nümunələr göstərilmişdir. İnsan bu nümunəvi rükulara baxdıqda öz rükusuna görə xəcalət çəkir.

<BASHLIQ3>İLAHİ ÖVLİYALARIN RÜKUSU</BASHLIQ3>

Həzrət Əmirəl-mö’minin (ə) o qədər uzunmüddətli rüku edirdi ki, qıçlarından axan tər mübarək qədəmlərinin altını isladırdı.332

Bir nəfər imam Sadiqin (ə) mənzilinə daxil olub gördü ki, imam (ə) rüku halında Allaha təsbih deyir. İmam (ə) 60 dəfə təsbihi təkrarladı.333

Başqa bir hədisdə göstərilir ki, imam Sadiq (ə) rüku və səcdədə 30 dəfədən çox Allah zikrini təkrarlayırdı.334

Feyz Kaşani əlavə edir: “Camaat namazında 30 dəfədən çox təsbih deyirdi. İmam gərək zəifləri də nəzərə alsın. Mə’lum olur ki, namazda iştirak edənlər hamısı imamın uzun zikr deməsini istəyirmiş.”

Rükuda deyirik: “Sübhanə rəbbiyəl-əzimi və bihəmdih.” Bu sözlərlə böyük Allaha təsbih deyir və Ona sitayiş edirik. “Uca Rəbbinin adı ilə təsbih de.”335 ayəsi nazil olanda Peyğəmbər (s) buyurdu: “Bu ayəni rükularınızda oxuyun.”336

<BASHLIQ3>MƏLƏKLƏRLƏ YANAŞI</BASHLIQ3>

Allahın mələkləri daim Ona pərəstiş edirlər. Bə’ziləri daim rükuda olur, bə’ziləri isə daim səcdə qılıb təsbih deyir. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Onların bir dəstəsi daim rüku və səcdə halındadır. Onlar daim, yorulmadan cərgələrə düzülüb təsbih deyirlər.”337

Namazqılan şəxslər rüku halında Allahın mələkləri ilə bir sırada dururlar. Təkcə mələklərlə yox, sübhan Allaha təsbih deyən varlıq aləminin bütün zərrələri ilə yanaşı!338

Bu ən böyük yüksəlişdir! Namaza, rüku və səcdəyə biganə olmaq isə ən böyük qəflət!

<BASHLIQ3>SƏCDƏ</BASHLIQ3>

Səcdə Allah qarşısında kiçilmək və bəndəliyin ən üstün dərəcəsidir.

İnsan səcdə qılmaqla özünü varlıqla həmrəng edir. “Göylərdə və yerdə olanlar Allaha səcdə edərlər.”339

Səcdə insanın Allaha yaxınlaşdığı ən üstün haldır.

Səcdə insanın dörd mərhələdən ibarət həyatının rəmzidir. Həzrət Əli (ə) buyurur: “Birinci səcdə yə’ni, mən torpaqdanam! Səcdədən qalxmaq dünya həyatına işarədir. İkinci səcdə ölmək və torpaqda yatmaqdır. Səcdədən qalxmaq qiyamət səhnəsinə gətirilməyə işarədir.”340 “Sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxaracağıq”341 ayəsi də bu nöqtəyə işarədir.

Səcdə bəndəlik nişanəsidir. Demək, qidalara və geyimlərə səcdə qadağandır. Çünki insanlar Allaha yaxınlaşarkən (namazdan ayrı vaxtlarda) bəndəlik etdikləri şeylərə səcdə qılmamalıdırlar!342

Allahdan başqalarına səcdə etməyə icazə verilmir.343

Yusifin (ə) qardaşları onun qarşısında səcdə etdilər. Əslində bu, Allah üçün ibadət və Ona təşəkkür idi. Çünki Allah Yusifi (ə) quyunun dibindən çıxarıb izzətə çatdırmışdı.344

<BASHLIQ3>VARLIQ ALƏMİ ALLAHA SƏCDƏ EDİR</BASHLIQ3>

Qur’an və ilahi dünyagörüşə əsasən bütün kainat və zərrələr bir növ şüurludur və Allah-təalaya təsbih deyir, səcdə və sitayiş edirlər. Bir çox Qur’an ayələri bu sözü təsdiqləyir: “Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların, insanların bir çoxunun Allaha səcdə etdiyini görmürsənmi?! Bir çoxuna da əzab vacib olmuşdur.”345

Şair aləmdəki zərrələrin nitqi və şüuruna işarə ilə deyir:

<center><table><tr><td>

Çiçəyin, torpağın, daşın dilini,

Əlbət ki, ariflər anlaya bilər.

Təbiət insanı agah görəndə,

Sirrini açıban üzünə gülər.

Deyərlər: görürük, eşidirik biz,

Amma naməhrəmlə yoxdur işimiz.

İnsan aça bilsə bəsirət gözün,

Anlayar torpağın, dənizin sözün.

</td></tr></table></center>

Bu dünyagörüşü Qur’an ayələrində də açıqlanmışdır.

Allah bə’zi peyğəmbərlərə quşların dilini öyrətdi;346 həzrət Süleyman (ə) qarışqaların söhbətini anlayırdı;347 “Elə bir şey yoxdur ki, Allaha təsbih deyib Ona şükür etməsin, lakin siz onların zikrini anlamazsınız...”348

Əllamə Təbatəbai bu barədə geniş izah verdikdən sonra buyurur: “Əslində mövcudların təsbihi təşbeh yox, həqiqətdir və fitrətlə yox, səs və sözlədir.”349 Əlbəttə, bütün söz və səslərin eyni şəkildə olması zəruri deyil. Mövcudların təsbih deməsi onların Allah-təalanın eybsiz zatına öz vücudları ilə şəhadət vermələridir. Lakin Qur’an ayələri və rəvayətlər bundan da üstün mə’na çatdırır. Hədisdə deyilir: “Heyvanın üzünə sillə vurmayın. Çünki Allaha təsbih deyir.”350 “Paltarlarınızı yuyun, çünki çirkli paltar Allahı təsbih demir.”351

Qur’an hüd-hüdün Süleymana xəbər verməsindən söhbət açır.352

Namazqılan şəxsin səcdə və təsbih etməsi Allahın əzəməti və fərmanı qarşısında səcdə edən və müt’i varlıq aləmi ilə uyğunlaşmasıdır.

<BASHLIQ3>İLAHİ ÖVLİYALARIN SƏCDƏSİ</BASHLIQ3>

İlahi övliyaların səcdələrinə nəzər salmaq müt’ilik və ibadət ilhamıdır. İndi isə bir neçə nümunəyə nəzər salaq:

İmam Səccad (ə) səcdədə o qədər diqqətli olur və Allahın adını o qədər təkrar edirdi ki, qalxanda mübarək bədəni tər içində olurdu.353 İmam Kazim (ə) sübh namazından sonra gün qalxanadək səcdə halında olurdu.354

Həzrət İbrahimin (ə) “xəlilullah” məqamına çatmasının səbəbi onun uzun səcdələri idi.355

Salman Farsi deyirdi: “Əgər səcdə olmasaydı, mən ölüm arzulayardım. (Yə’ni dünya həyatında yalnız səcdəni sevirəm)”356

Həzrət Musa (ə) nafilə namazlarından sonra üzünün sağ və sol tərəflərini torpağa sürtürdü.357

Bir şəxs deyir: İmam Sadiqin (ə) səcdədə beş yüz dəfə “subhanəllah” kəlməsini təkrarladığını gördüm.358

Dördüncü imamın (ə) səcdə zamanı yerə toxunan yeddi ə’zasında səcdə əlaməti vardı. Buna görə də ona “Səccad” ləqəbi verilmişdi.359 Qur’an Allah rəsulunun (s) səhabələrini belə vəsf edir: “Kafirlərə qarşı sərt, bir-birlərinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan fəzl diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir.”360

<BASHLIQ3>SƏCDƏNİN TƏ’SİRLƏRİ</BASHLIQ3>

Səcdə insanı Allaha yaxınlaşdırır, günahları təmizləyir, şeytanı məhv edir və insanı behiştə yola salır. İndi isə bu barədə bir neçə hədisə nəzər salaq:

Bir nəfər Peyğəmbərin (s) yanına gəlib dedi: “Günahlarım çox, əməlim azdır.” Həzrət (s) buyurdu: “Səcdələrinin sayın artır. Çünki külək ağacların yarpağını tökdüyü kimi səcdə günahları tökür.”361

Bir dəstə müsəlman Peyğəmbərin (s) yanına gəlib behişt üçün zəmanət istədi. Həzrət (s) buyurdu, bir şərtlə ki, uzun səcdələrlə bu işdə mənə kömək edəcəksiniz.362

İmam Sadiq (ə) buyurur: “Səcdələrinizi uzadın. Çünki insanın səcdəsi şeytanı çox narahat edir. Şeytana əmr olundu ki, Adəmə (ə) səcdə etsin, o itaət etmədi. Lakin insan itaətkar oldu və nicat tapdı.”363

İslam peyğəmbəri (s) öz yaxınlarından birinə buyurdu: “Əgər qiyamətdə mənimlə olmaq istəyirsənsə, Allah qarşısında uzun səcdələr et.”364

<BASHLIQ3>KƏRBƏLA TORPAĞINA SƏCDƏ</BASHLIQ3>

Bə’zi təbii və maddi şeylər mə’nəvi və dəyərli məfhumları xatırladır. Şəhid torpağı da bu qəbildəndir.

Müstəhəbdir ki, insan Seyyidüş-şühədanın (Hüseynin) (ə) qəbrinin torpağına səcdə qılsın. Çünki imam Hüseynin (ə) pak türbətinə səcdə Kərbəla hadisələrini yada salır, insanı cihad və şəhadətlə tanış edir, həmin məqama yaxınlaşdırır. İmam (ə) türbətindən isar və fədakarlıq qoxusu duyulur və bu yolla şəhidlər məktəbindən gündəlik dərs almaq olar.

İmam Sadiq (ə) yalnız imam Hüseynin (ə) qəbrinin torpağına səcdə edirdi.365 O deyirdi: “İmam Hüseyn (ə) torpağına səcdədə nur var. Bu nur mane olan pərdələri yırtır.”366

<BASHLIQ3> “SUBHANƏLLAH” KƏLMƏSİNİN MƏ’NASI</BASHLIQ3>

Bu zikrin məfhumu Allahın təqdis olunması, hər bir nöqsan və eybdən uzaqlaşdırılmasıdır.

“Subhanəllah” kəlməsi həm islami düşüncə və əqidələrin kökü, həm də insanın Allahla və kamillik sifətləri ilə əlaqəsinin əsası olan bir həqiqəti bəyan edir.

<B>İzah: </B> “Tövhid” Allaha təsbihə əsaslanır. Yə’ni, Allahı şəriklərdən uzaq bilmək.367

“Ədl” (Allahın ədaləti) Allaha təsbihə əsaslanır. Yə’ni Allahı zülmdən uzaq bilmək. Allah heç kəsə zülm etmir. Əgər insan bəla və çətinliklərlə qarşılaşırsa, bu ya iste’dadların çiçəklənməsi üçün imtahan, ya da öz əməllərimizin nəticəsidir. “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır!”368 Demək, Allah pakdır, zülm edən biz özümüzük: “...Rəbbimiz pak və müqəddəsdir. Həqiqətən, biz zalım idik...”369

“Nübüvvət və imamət” Allaha təsbihə əsaslanır. Yə’ni Allah insanı zülm və nəfs istəklərindən xilas edib, haqqa, kamillik və səadətə doğru yönəltmək üçün özbaşına buraxmayıb, ona başçı və rəhbər göndərir. Demək, Allah “bəşəri özbaşına buraxmışdır” ittihamından pakdır. Yanlış düşüncə sahibləri Allahın haqqını tanımadıqlarından, Onu hikmət sahibi bilmədiklərindən belə düşünmüşlər.370 “Məad” Allaha təsbihə əsaslanır. Əbədi axirət həyatı və sorğu günü olmasaydı həyat əbəs olardı və insanlar haqqını almazdı. Allah kainatı əbəs yerə və məadsız yaratmamışdır: “Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?”

Subhanəllah! Allah varlığın şərəflisi olan insanın sonunu puç və dəyərsiz edib, boş-boş işlər görməz.

“İlahi eşq” Allaha təsbihə əsaslanır. Çünki O eyibsiz vücud və mütləq kamildir. Beləsə, nə üçün Onu sevməyək?!

“İnsanın razılığı” Allaha təsbihə əsaslanır. Allahdan razı olan şəxs Onun işlərində eyb tutmur və bütün vücudu ilə Ona təsbih deyir.

“İtaət” Allaha təsbihə əsaslanır. İnsan kamil və bütün nöqsanlardan pak bildiyi mə’buda bəndəlik və itaət edir.

“Təvəkkül” Allaha təsbihə əsaslanır. Allahın qüdrətli və mehriban olmasına inananlar, Onu cəhalət və zəiflikdən uzaq sayanlar Ona arxalanırlar.

“Təqva” Allaha təsbihə əsaslanır. Təqvalı insan Allahı agah, dəqiq və ədalətli tanıyır. O, aləmin Allahın hüzurunda olmasına və Onun qəflətdən uzaqlığına inanır. Buna görə Ondan qorxur və günah etmir.

Demək, bu mübarək kəlmə (təsbih) geniş mə’na daşıyır; təsbih Allahı məhəbbət, bəndəlik, təvəkkül, təqva, itaət, eləcə də tövhid, nübüvvət, məad, imamət və ədalətə e’tiqad əsasında pak bilməkdir. Belə ki, O, pak olduğu üçün sitayiş və həmdə layiqdir. Buna görə “təsbihati-ərbəə”də “subhanəllah” kəlməsindən dərhal sonra “əl-həmdu lillah” deyirik.

Qur’an Allahın şəriklikdən uzaq olduğunu bildirir: “Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır.”371 Qur’an buyurur: “Ərşin sahibi olan Allah müşriklərin aid etdikləri sifətlərdən tamamilə uzaqdır.”372 Qur’an Allahın fəqirlikdən uzaq olduğunu bildirir: “Allah pak və müqəddəsdir. O, möhtac deyildir.” (“Yunis” surəsi, ayə 68) Qur’an buyurur: “...Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən!”373 Qur’an Allahı bəndələrə zülm etməkdən uzaq bilir. Əksinə, xalq özü özünə zülm edir: “...Pərvərdigara! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə, həqiqətən zalımlardan olmuşam...”374 Qur’an Allahın qızları olmadığını, Onun pak olduğunu bildirir: “Onlar Allaha qızlar isnad edirlər. Allah pak və müqəddəsdir...”375

Bu müxtəlif hallarda zikrin təkrarlanma sirri, bir tövhid dərsidir.

<BASHLIQ3>ARDICIL TƏSBİH GÖSTƏRİŞİ</BASHLIQ3>

Həzrət Peyğəmbər (s) Allah tərəfindən xüsusi tərbiyə almış və Ona xüsusi inayət (diqqət) olmuşdur. Eyni zamanda onun ixtiyarında Allah tərəfindən xüsusi proqramlar qoyulmuşdur. Ona digər göstərişlərdən daha çox təsbih göstərişi verilmişdir. Qur’an ayələrinə nəzər saldıqda görürük ki, Allahın peyğəmbərə (s) müraciəti və təvəkkül göstərişi səkkiz dəfə, səcdə göstərişi iki dəfə, istiğfar göstərişi səkkiz dəfə, ibadət göstərişi beş dəfə, Allahın zikri göstərişi beş dəfə, təkbir göstərişi iki dəfə, təsbih göstərişi isə on altı dəfə xatırladılmışdır. Peyğəmbərin (s) daim Allahı düşünməsi üçün müxtəlif hallarda təsbih göstərişi verilmişdir:

1. “Günəş doğmamışdan və batmamışdan əvvəl...”376

2. “Gecə və’dəsində və günorta radələrində...”377

3. “...Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et.”378

4. “Yuxudan qalxdıqda və başqa vaxtlar Rəbbini həmd-səna ilə zikr et.”379

Bütün bunlar “subhanəllah” zikrinin əhəmiyyətini açıqlayır və insanın əməl, düşüncəsində onun təkmilləşdirici rol oynamasını bəyan edir. İmam Səccad (ə) buyurur: “Bəndə “subhanəllah” dedikdə bütün mələklər ona salam deyərlər.”

<BASHLIQ3>QUNUT</BASHLIQ3>

“Qunut” dedikdə itaət, dua, Allahı düşünmək və namaz zamanı müt’ilik mə’naları anlaşılır. Qunut namazda əlləri üzədək qaldırıb dua etməkdir. Qunut namazda müstəhəb əməllərdəndir. Amma mərhum Səduq onu vacib hesab edir.

Rəvayətlərə əsasən cümə, sübh və məğrib namazında qunut tutmaq daha çox tə’kid olunmuşdur. Qunutda xüsusi bir duaya ehtiyac yoxdur. İmam Sadiq (ə) buyurur ki, hər bir dua yaxşıdır.380 Lakin bə’zi dualar daha çox tövsiyə olunmuşdur.

Allahın rəsulu (s) namazlarda qunutu uzatmağı tövsiyə etmiş və bunu qiyamət hesabının asanlığı üçün səbəb saymışdır.381 Rəvayətlərdə göstərilir ki, ən yaxşı namaz uzun qunutu olan namazdır.382

Qunut yalvarış halı və Allahdan hacət istəməkdir. Bu vaxt gözəl dualar və uca hacətlərin zikr olunması daha yaxşıdır. Bə’zi alimlər (hacı Molla Hadi Səbzvari) gecə namazının qunutunda “Cuşən kəbir” duasını oxuyurdular. Bu dua çox uzun bir duadır. Bu duada Allahın 1000 adı və sifəti zikr olunur. Belə namaz Allaha və Onunla münacata eşq nişanəsidir.

<BASHLIQ3>TƏŞƏHHÜD</BASHLIQ3>

Təşəhhüd namazda vacib əməllərdəndir. Hər iki rəkətdən sonra (məğrib namazında üçüncü rəkətdən sonra) oturub təşəhhüd demək lazımdır. Təşəhhüd zamanı Allahın təkliyinə, Peyğəmbərin (s) risalətinə şəhadət verilir və salavat çəkilir.

Təşəhhüd halında dizlər üstə oturulmalı, sağ ayağın üstü sol ayağın içinə yapışmalıdır. Ağırlığın sol tərəfə salınması daha yaxşıdır.

Qur’an terminologiyasında sağ haqq, sol isə batil simvoludur. Əmirəl-mö’minin (ə) “nə üçün sağ ayaq sol ayağın üzərinə qoyulmalıdır” sualını cavablandırarkən bu əmələ belə izah verir: “İlahi, batili məhv et, haqqı dirçəlt.”383

Təşəhhüd namazın əvvəlində azan və iqamədə deyilən şüar və şəhadəti təkrarlamaqdır. Bu əvvəldə qeyd etdiyimiz doğru yol xəttini yada salmaq üçündür.384

Təşəhhüddə Allahın təkliyinə şəhadət Peyğəmbərin (s) risalətinə şəhadətlə yanaşıdır. Bu tövhid və bəndəliklə nübüvvət və rəhbərliyin bir-birinə bağlı olmasını göstərir.

Həmd surəsində cəm şəkildə bəndəlik nümayiş olunur və kömək dilənir. Təşəhhüddə isə tək halda şəhadət verilir. Sanki hər kəs öz dərin e’tiqad və agahlığı ilə şəhadət verib Allah və Onun rəsulu (s) ilə bey’ətini təzələməlidir.

Həzrət Məhəmmədin (s) bəndəlik və risalətinə şəhadətdə onun uca məqamı gizlənmişdir. Çünki Allah onun risalətinə şəhadəti tövhidlə yanaşı qərar vermişdir. Eyni zamanda bu şəhadət namaz qılanın ilahi rəhbərlik xətti ilə bağlılığını çatdırır və qədirdanlığı ifadə edir. Bu şəhadət vasitəsi ilə həm də bəndəliyin peyğəmbərlikdən (öncə “əbduhu”, sonra “rəsuluhu”) müqəddəm olduğu önə çəkilir. Peyğəmbərin (s) bəndəliyi onun risalət rəmzidir. Çünki o həqiqi Allah bəndəsi olub peyğəmbərlik məqamına seçilmişdir.

Təşəhhüdün digər bir cümləsi salavatdır. Peyğəmbər (s) və onun ailəsinə salam göndərmək İslamın, xüsusi ilə də şiəliyin şüarıdır. Salavatsız namaz naqisdir. Amma sünnə əhli təşəhhüddə bu cümləni oxumur. Bununla belə sünni rəhbərlərindən olan imam Şafeyi bir şe’rdə belə deyir: “Ey Peyğəmbər (s) ailəsi! Sizə məhəbbət bizə vacibdir. Allah bunu Qur’anda nazil etmişdir. Sizə salavatsız namazın namaz olmaması böyük əzəmət sahibi olmağınızın sübutu üçün yetər.”385 Peyğəmbər (s) və onun ailəsinə göndərilən salavat haqqında sünnə əhlinin təfsir, fiqh və hədis kitablarında çoxsaylı hədislər nəql olunmuşdur. “Səhihi-Buxari”də nəql olunur ki, Peyğəmbərdən (s) soruşuldu: “Biz hansı şəkildə salavat göndərək?” Həzrət (s) buyurdu: “Deyin ki, “Əllahummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd.”386

Təəssüf ki, bu hədisi nəql edərkən “ali-Muhəmməd” kəlməsini yazmamışdır!

Digər hədislərdə də “ali-Muhəmməd” kəlməsi peyğəmbərin adı ilə yanaşı gəlmişdir.387 Hədislərdə Həzrət Məhəmmədə (s) salavat göndərən zaman onun Əhli-beytini (ə) yaddan çıxaranlar pislənilmişdir.388

Peyğəmbərin (s) Əhli-beytinə (ə) salam göndərənlər alqışlanmış və onların Peyğəmbərə (s) yaxınlaşıb, şəfaət mükafatına çatacaqları bəyan olunmuşdur.389

Rəvayətdə deyilir: İmam Baqir (ə) Kə’bəyə sarılıb yalnız Peyğəmbərə (s) salavat göndərən (Əhli-beyti yaddan çıxaran) şəxsə buyurur: Bu, bizə zülmdür.390 Başqa bir rəvayətdə belə bir salavatın naqis olduğu bəyan olunur.391

Hər halda salavat zamanı Peyğəmbər (s) ailəsini yad etmək qədirdanlıqdır və həzrətin (s) öz tövsiyəsinə əməldir.392

Hədislərə əsasən Həzrət Məhəmməd (s) və onun ailəsinə salavat qiyamət yolunu işıqlandıran nura çevrilir. Bizim salamlarımız Peyğəmbərə çatır və o cavab verir. Salavat günahların kəffarəsi və paklanma səbəbidir.393

Başqa bir hədisdə deyilir: “Birlikdə və uca səslə salavat göndərin ki, aranızdakı riya məhv olsun.”394

Allahın rəsulu (s) buyurub: “Mənə salavat göndərmək duaların qəbul olması, Allahın razılığı, paklıq və əməllərin inkişaf səbəbidir.”395 Rəvayətdə göstərilir ki, hər kəs Peyğəmbərə (s) salavat göndərsə, Allah və məlaikələr ona salavat göndərər. Bu şəxs qiyamət günü peyğəmbərə (s) ən yaxın şəxslərdən olar.396

Namazın təşəhhüdündə salavatın çəkilməsi onun əhəmiyyətini göstərir. Salavatın bir belə mükafatı olduğunu bildik. İndi isə biz də bu mükafata çatmaq üçün təkrar edirik:

Əllahummə səlli əla Muhəmməd və ali Muhəmməd.

<BASHLIQ3>Salam</BASHLIQ3>

Təşəhhüddən sonra namazın sonunda üç salam var.

İlk salam Allahın rəsuluna (s), ikinci salam özümüzə və Allahın saleh bəndələrinə, üçüncü salam isə bütün mələklərə, mö’minlərə və sair mövcudlara ünvanlanmışdır.

Salam salamatlıq, xeyir və bərəkət istəyidir. “Salam” Allahın adlarından biridir.397 Yə’ni Allah bizə xeyir, lütf və bərəkət verir.398

Namazda Peyğəmbərə (s) göndərilən salam ilahi bərəkət və rəhmətlə yanaşıdır. Bu salamın ən gözəl formasıdır.

“Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh.”

Bizi hidayət etdiyi, Allahı tanıtdırdığı, Ona yaxınlaşdırdığı üçün qədirdanlıq olaraq Peyğəmbərə (s) salam göndəririk.

Namaz qılan şəxs namaz zamanı bütün mö’minlərə, saleh bəndələrə və özünə salam verməklə tənha qalmadığını, böyük İslam ümmətindən olduğunu, yerin istənilən bir yerində mö’minlərlə yaxınlığını hiss edir.

<BASHLIQ3>SALAMA BİR BAXIŞ</BASHLIQ3>

Salam namazdan əlavə müsəlmanların islami cəmiyyətdə ünsiyyət və ədəb qaydalarındandır. Salam məhəbbət və dostluq səbəbidir. Salam təvazö nişanəsidir, həm də böyük mükafatla nəticələnir.

Allah behişt əhlinə salam göndərir;399

Allah-təala Peyğəmbərə (s) göstəriş verir ki, mö’minlərlə qarşılaşarkən onlara salam versin;400

Mələklər nicat tapmışlara salam verirlər;401

Behişt əhli bir-birləri ilə qarşılaşdıqda salam deyirlər.402

Bunlar salam barəsində danışılan ayələrin bir hissəsi idi.

Salam, onun mükafatı və keyfiyyəti haqda bir çox hədislər zikr olunmuşdur. Burada bir neçə nümunə ilə kifayətlənirik:

“Ən xəsis insan xəsisliklə salam verən şəxsdir.”403

İmam Sadiq (ə) hamıya salam verməyi təvazö və təkəbbürdən uzaqlıq hesab edir.404

Bə’zən salam vermək təşviq, salam verməmək bir növ danlaq və nəhy əz münkər hesab olunur. İslam peyğəmbəri (s) buyurur: “Məst, heykəltəraş, qumarbaz və bu kimi şəxslərə salam verməyin.”405

Başqa bir hədisdə deyilir: “İlahi lütfə və girami Peyğəmbər (s) əxlaqına ən yaxın şəxs öncə salam verən şəxsdir.”406 İmam Riza (ə) buyurur: “Salam verərkən (yaxud salamın cavabını alarkən) varlı ilə kasıb arasında fərq qoyan şəxs qiyamət günü Allahın qəzəbinə düçar olar.”407

Salam vermək müstəhəb, salamın cavabını almaq vacibdir. Verilmiş salama nisbətən daha gözəl cavab vermək bəyənilmişdir. Qur’an buyurur: “Sizi “salam” ilə salamlasalar, ondan daha yaxşı salamlayın, ya da ona bənzər (salamla) cavab verin. Şübhəsiz, Allah hər şeyin hesabını aparandır.”408

Salam vermək kiçikliyə səbəb olmur. Əksinə, bu iş izzət və sevimlilik səbəbidir.

Allahın Rəsulu (s) hamıya, hətta uşaqlara salam verir və bu işlə fəxr edirdi.409

Hədisdə deyilir: “Bir salam üçün 70 savab var. 69 savab salam verən şəxsin, bir savab isə cavab verən şəxsin payına düşür.”410

Qur’an göstəriş verir: “Evlərə girəndə bir-birinizə salam verin. Bu Allah tərəfindən pak və mübarək salamdır.”411 İmam Baqir (ə) bu ayəni belə təfsir edir: “Məqsəd insanın ev əhlinə salam verməsidir.”412 Çünki zövcə və övladlar insan üçün öz canı kimidir. Qur’an baxımından bu növ münasibət pak və mübarək münasibətdir, eyni zamanda həyat səfası olub narahatlığı aradan qaldırır.

Salam əskiklik yox, iftixar səbəbidir. Amma daha yaxşı olar ki, uşaq böyüyə, ötüb-keçən dayanana, az dəstə çox dəstəyə salam versin.413

Əmirəl-mö’minindən (ə) bir rəvayətlə salam mövzusunu sona çatdırırıq. Həzrət (s) buyurur: “Allahın rəsulu (s) qadınlara və kişilərə salam verirdi.” Amma həzrət Əli (ə) özü cavan qadınlara salam vermirdi. O həzrət buyurur: “Qorxuram onların yumşaq cavabı mənə tə’sir etsin və savabdan çox vəsvəsəyə düçar olam.”

Əllamə Məclisi bu hədisi belə izah edir: “Həzrət (s) bu əməllə ümmətə öyrətmək istəyirdi ki, cavan qadınlarla əlaqələri azaltsınlar. Əslində mə’sum imam heç zaman vəsvəsəyə düçar olmur.”414

<BASHLIQ3>TƏ’QİBAT (NAMAZDAN SONRA MÜSTƏHƏB ƏMƏLLƏR) VƏ NAFİLƏLƏR (MÜSTƏHƏB NAMAZLAR) </BASHLIQ3>

Namaz Allah qarşısında hazır olmaq və Onun öz bəndələrini də’vət etdiyi mə’nəvi ziyafətdə iştirak etməkdir.

Ziyafət zamanı qonaq qarşılanır və müşayiət olunur. Qonaq nə qədər hörmətli olsa, qarşılaşma və müşayiət mərasimi bir o qədər əzəmətli olur. Namaz da belədir. Mə’sum rəhbərlərimiz namazdan qabaq özlərini namaza hazırlayırdılar. Onlar namazdan sonra tə’qibatla (namazdan sonrakı müstəhəb əməllər) məşğul olur və qəlblərini Allahdan ayırmırdılar. Dodaqları Allaha təsbihdən ayrılmır, üzləri qiblədən çevrilmirdi. Onlar namazı “gözlərinin nuru” bilmirdilərmi?! İnsan qəlbini “göz işığından” asanlıqla ayıra bilərmi?!

Azan və iqamə bir növ namazı qarşılamaqdır. Tə’qibat (namazdan sonrakı müstəhəb əməllər) isə onu müşayiət etmək.

Tə’qibat və namazdan sonrakı dualara e’tinasızlıq namaza biganəlik nişanəsidir. Necə ki, rəvayətlərdə məscidə tez gedib, namazı gözləmək tövsiyə edilir. Namaz intizarında olan şəxs Allahın qonağı adlandırılır.415 Namazdan sonra müstəhəb əməllər və dualar etmək tövsiyə olunur. Qur’an buyurur: “Elə ki, azad oldun, başqa işlə məşğul ol və Rəbbinə rəğbət göstər.”416 İndi isə tə’qibata aid bə’zi nöqtələri qeyd edək:

<BASHLIQ3>NAMAZIN TƏ’QİBATI</BASHLIQ3>

İmam Sadiq (ə) buyurur: “Vacib namazı qurtaran kimi dua və namazın tə’qibatına (namazdan sonrakı müstəhəb əməllərə) başla.”417 “Sübh, zöhr və məğrib namazından sonra dua qəbul olar.”418 “Həzrət Zəhranın (s) təsbihatı (34 dəfə “Əllahu əkbər”, 33 dəfə “əl-həmdu lillah” və 33 dəfə “subhanəllah”) Allah yanında 1000 rəkət müstəhəb namazdan yaxşıdır.”419

Hədisdə deyilir: “Bu təsbihləri deyən şəxs “Əhzab” surəsinin 41-ci ayəsinə (“Allahı çox zikr edin”) əməl etmiş olur.”420

Əlbəttə, dua və tə’qibatın öz yeri, iş-gücün öz yeri var. Bu iki iş bir-birinə mane olmur. Bə’ziləri elə düşünür ki, dua əvəzinə iş dalınca getsələr daha çox müvəffəq olacaqlar. Allahın rəsulu (s) buyurur: “Sübh namazından sonra dua yaşayış və ruzi üçün çox tə’sirlidir.”

<BASHLIQ3>SALAM VƏ LƏ’NƏT</BASHLIQ3>

Kamil və saleh insanlara salavat göndərmək, küfr başçılarını və şirk təzahürlərini lə’nətləmək tə’qibatlardandır.

Namazdan sonrakı dualarda həm müxtəlif salavatlarla, həm də müxtəlif lə’nətlərlə rastlaşırıq. Bu canlı və yönümlü bir məktəbdə təvəlla və təbərra (Allahın dostu ilə dostluq, düşməni ilə düşmənlik) nümunəsidir. Haqqında danışılan salavatlar öz yerində, hətta bir çox nümunələrdə “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd” sözləri bir namaz tə’qibatı (namaz ardınca dua) kimi bəyan olunmuşdur.

Lə’nət barəsində imam Baqir (ə) buyurur: “Vacib namazı qurtararkən Bəni-Üməyyəyə lə’nət oxumamış yerindən qalxma.”421

Çünki bu alçaq tayfa tağut nümunəsi, mə’sum rəhbərlər və peyğəmbər ailəsi ilə müxalifət simvoludur. Bu tayfa hər növ nifrətə layiqdir!

İmam Sadiq (ə) hər namazdan sonra dörd kişi və dörd qadına (imamət məqamının inadkar düşmənlərinə) lə’nət və nifrin edirdi.422

İslamın ibadi göstərişlərlə yanaşı zalımları lə’nətləmək tapşırığı verməsi necə də dəyərlidir. Namaz, həcc və sair ibadətlər müşriklər, münafiqlər və kafirlərə nifrət e’lanı ilə yanaşıdır.

Demək, ilahi rəhbərlik xəttinin müxalifləri və Allah düşmənlərinə lə’nət bir növ namazın tə’qibatlarındandır.

<BASHLIQ3>HƏZRƏT ZƏHRANIN (S) TƏSBİHİ</BASHLIQ3>

Həzrət Zəhranın (s) təsbihatı namazın tə’qibatlarındandır. Yə’ni hər namazdan sonra 34 dəfə “Əllahu əkbər”, 33 dəfə “əl-həmdu lillah” və 33 dəfə “subhanəllah” demək. Bu təsbihatı Allahın rəsulu (s) öz qızı Fatiməyə (s) öyrətdi. Həzrət Zəhranın (ə) təsbihatı çox tövsiyə edilir və bu əməlin böyük mükafatı vardır.

İmam Baqir (ə) buyurur: “Sitayişlər arasında həzrət Zəhranın (ə) təsbihatından üstünü yoxdur. Əgər olsaydı, Allahın rəsulu (s) Fatiməyə (ə) onu öyrədərdi.423

Çoxsaylı rəvayətlərdə imam Hüseyn (ə) torpağından hazırlanmış 34 dənəli təsbeh saxlamaq tə’kid olunur. Bu təsbehlə zikr etməyin xeyli savabı var. Hətta zikr demədən onu əldə çevirmək də dəyərlidir.424 Başqa bir hədisdə buyurulur ki, uyğun təsbehin hər bir giləsi Allaha zikr deyir.”425 İmam Hüseyn (ə) türbəti Kərbəla hadisəsini yada salır və şəhadət məktəbini yaşadır. Hüseyn (ə) türbəti insanı ilahi rəhbərliyə, cihada, şəhadətə, isara və zülmlə mübarizəyə sövq edir.

Qeyd olunmuş təsbihat hətta sünnə əhlinin kitablarında nəql olunmuşdur.426 Lakin onların heç biri bu zikrin həzrəti Zəhra (ə) təsbihi olmasını qeyd etmir.

<BASHLIQ3>ŞÜKR SƏCDƏSİ</BASHLIQ3>

Allah-təalanın ne’mətlərinə təşəkkür mə’rifət, ədəb və bəndəlik nişanəsidir. Ayə və rəvayətlərdə ne’mətlərə şükür etmək tövsiyə olunur. Ne’mətləri yada salmaq insanın Allaha məhəbbətini artırır və ne’mətləri davamlı edir.427

Ne’mətlərə şükür bəşər gücündən xaric olsa belə, insan bacardığı qədər Allahın ne’mətlərinə və yaxşılıqlarına təşəkkür etməlidir. Şükür formalarından biri torpağa səcdə edib Allaha şükür deməkdir.

Şükür səcdəsi namazın tə’qibatlarındandır.428 Mərhum Əllamə Məclisi “Biharul-ənvar” kitabının 83-cü cildini bütövlükdə (yalnız axırıncı səhifələrdən savay) namazın tə’qibatları haqda rəvayətlərə həsr etmişdir. Bu kitabda şükür səcdəsi barədə pak imamlardan (ə) 63 hədis nəql etmişdir.

Namazdan sonra səcdə namaz üçün əldə edilmiş tövfiqə görə şükürdür.429

Şükür səcdəsində üç dəfə “şukrən lillah” demək kifayətdir. Lakin hədisdə belə deyilir: Əgər insan bir nəfəsə “ya Rəbb, ya Rəbb” desə, Allah ona xitab edər: “Ləbbeyk! Ma hacətək?” “Qəbul etdim! Nədir hacətin?”430

İmam Sadiq (ə) buyurur: “Namazdan sonra şükür səcdəsi namazın kamilləşməsinə, Allahın razılığına və mələklərin təəccübünə, xoşlanmasına səbəb olur. Allah onlardan dəfələrlə soruşur: “Bu bəndənin mükafatı nədir?” Onlar deyirlər: “Sənin rəhmətin və behiştin, onun müşküllərinin həll olması və hər bir xeyir.” Lakin bu sözdən sonra heç bir cavab eşitmir və Allaha ərz edirlər: “Biz bu səcdənin mükafatının nə olduğunu bilmirik? Allah-təala buyurur: “O mənə şükür etdi, mən də ona təşəkkür edirəm.” Allah-təala bu cümlə ilə mələklərə bildirir ki, Allahın ondan razılığı və ona təşəkkürü behişt, rəhmət və müşküllərin həllindən üstündür.”431

Hədisdə deyilir: Allah həzrət Musaya (ə) buyurdu: “Səni peyğəmbərliyə seçməyimin səbəbi namazdan sonra etdiyin səcdələr idi.”432

<BASHLIQ3>MÜSTƏHƏB NAMAZLAR (NAFİLƏLƏR) </BASHLIQ3>

Gündəlik (17 rəkət) vacib namazlardan əlavə çox savabı olan namazlar mövcuddur. Bu namazlar vacib namazlara əlavə olunduğu üçün onlara nafilə deyilir.433

Müstəhəb namazlar 34 rəkətdir. Yə’ni vacib namazlardan iki dəfə çox.

  1.  Sübh namazının nafiləsi –iki rəkət, sübh namazından əvvəl;
  2.  Zöhr namazının nafiləsi –səkkiz rəkət, zöhr namazından öncə;
  3.  Əsr namazının nafiləsi –səkkiz rəkət, əsr namazından öncə;
  4.  Məğrib namazının nafiləsi –dörd rəkət, məğrib namazından sonra;
  5.  İşa namazının nafiləsi –iki rəkət oturaq halda işa namazından sonra;
  6.  Gecə namazının nafiləsi –on bir rəkət sübh azanından öncə. Bu namazın səkkiz rəkəti “gecə nafiləsi”, iki rəkəti “şəf’” və bir rəkəti “vitr” adlanır.434

Hədisdə buyurulur: “Nafilə namazları hədiyyə kimidir və bütün hallarda qəbul olunur.”435

Müstəhəb namazlar üzərində tə’kid olunmasına baxmayaraq, bu namazlar istək və eşqlə qılınmalıdır. İnsan özünü vadar etməməlidir. Əvvəlcə çalışmalıdır ki, ruhi hazırlıq və qəlb istəyi yaransın.

İmam Riza (ə) buyurur ki, qəlblər bə’zən hazır olur, bə’zən isə yox! Qəlblər hazır olanda ibadət edin.436

Bu səbəbdən müstəhəb namazlar vacib namazlara nisbətən asanlaşdırılıb. Bu asanlaşdırma insanları daha çox cəzb etmək üçündür.

  1.  Müstəhəb namazı həm oturaq halda, həm ayaq üstə qılmaq olar.
  2.  Müstəhəb namazda yalnız “həmd” surəsini oxuyub rükuya getmək olar.
  3.  Müstəhəb namazda birinci rəkətlə ikinci rəkət arasında şəkk namazı batil etmir və namazqılan şəxs onu istədiyi şəkildə davam etdirə bilər.
  4.  Müstəhəb namazda artıq və ya əskik kəlmələr üçün “səcdeye-səhv” yoxdur.
  5.  Vacib namazların məsciddə qılınması daha yaxşıdır. Lakin nafilələr haqqında belə bir göstəriş verilməyib.

Bütün bu asanlaşdırmalar insanları ibadətlərə təşviq etmək üçündür. Hətta müstəhəb namazı vaxtında qıla bilməyən şəxs onun qəzasını qıla bilər. Bir hədisə əsasən Allah-təala mələklərə buyurar: “Baxın bəndəmə! Ona vacib etmədiyimin qəzasını qılır!” (Başqa bir hədisdə belə əlavə olunmuşdur: “Sizi onu bağışlamağıma şahid edirəm”)437

Başqa bir hədisdə buyurulur: “Nafilə namazı vacib namazlarda baş verən nöqsanları aradan götürür.”438

Nafilə namazı insanın verdiyi sədəqə kimidir.439

<BASHLIQ3>GECƏ NAMAZI</BASHLIQ3>

Nafilələr arasında “gecə namazı”nın xüsusi yeri vardır. Qur’an ayələri və hədislərdə digər müstəhəb namazlardan daha çox gecə namazına tə’kid olunmuşdur. Buna görə Allahın övliyaları davamlı şəkildə gecə namazı qılırdılar. Allah sevimli bəndəsi həzrət Məhəmmədə (s) gecə namazını vacib etdi. O belə göstəriş verdi: “Gecənin bir vaxtı durub sənə xas olan əlavə namazı qıl.”440

Qur’an gecə namazı qılan və gecələr dua edib yalvaranları belə vəsf edir: “...Sübh vaxtı Allahdan bağışlanmaq diləyənlərdir.”441 “Okəslər ki, gecəni Rəbbi üçün səcdə və qiyam halında keçirər.”442 “Onlar gecələr az yatırdılar.”443

Mö’minlər sübh vaxtı və gecələr ibadət üçün yataqlarından qalxar və ibadətə məşğul olarlar. Onlar behişt, hurilər və bu kimi ne’mətlərdən başqa Allah tərəfindən saxlanılmış və gözlərinin işıqlanmasına səbəb olan ne’mətlərlə mükafatlandırılarlar.444

Buna görə gecə namazı bütün peyğəmbərlərə lütf olmuşdur.445 Allahın rəsulu (s) bir neçə dəfə həzrət Əliyə (ə) gecə namazını tövsiyə etdi: “Unutmayasan gecə namazını!”446

Başqa bir hədisdə deyilir: “Mö’minin şərəfi gecə namazıdır.”447

İmam Sadiq (ə) buyurur: “Gecə namazı qılınan və Qur’an oxunan evlər səma əhlinə parlaq ulduzlar kimi görünər.”448

Bundan əlavə, sübhlər qalxıb faydalı havadan bəhrələnmək bədənə və ruha müsbət tə’sir göstərir. Hədisdə deyilir: “Gecə ibadət etmək sağlamlığa səbəb olur.”449 Başqa bir hədisdə gecə namazının mə’nəvi tə’sirlərindən əlavə ağrıların sakitləşməsinə səbəb olduğu bildirilir.450

Gecə namazı insanın Allaha məhəbbətinin nişanəsidir. Bu eşq insanı yuxudan ayırır və gecə raz-niyazına vadar edir. Əgər bu eşq olmasaydı insan hansı maraqla tənhalıq və qaranlıqda istirahətdən ayrılıb mə’şuqla söhbət edərdi?

Qüdsi bir hədisdə Allah-təala buyurur: “Məni sevdiyini iddia edib gecə çatan kimi yatan şəxs yalançıdır. Məgər bütün aşiqlər mə’şuqla xəlvətdə qalmaq istəmirmi?”451

Gecə namazı üçün tövfiq lazımdır. Bu tövfiqi Allahdan istəməliyik.

Bə’zən günahlar və yalanlar insanın gecə namazından, duanın şirinliyindən məhrum olması ilə nəticələnir.

Hədisdə deyilir: “Bə’zən bir şəxs yalan danışır və buna görə gecə namazından məhrum olur.”452

İnsan davamlı şəkildə gecə namazı qılıb, ibadət etməklə kamillik və nəfs paklığına nail olur, Allaha yaxınlaşır. Bununla da onun gözü, qulağı və əlləri ilahiləşir (yalnız haqqı görür, haqqı eşidir və ilahi işlər görür), etdiyi hər bir dua qəbul olunur.453

<BASHLIQ3>CAMAAT NAMAZI VƏ SAİR NAMAZLAR</BASHLIQ3>

İslam ayinlərinin mühüm ictimai yönümləri var. Bir çox İslami proqramlarda vəhdət və birlik əsasında bu yönümə xüsusi diqqət ayrılmışdır.

Camaatla birlikdə gündəlik vacib namazların qılınması bu proqramlardandır.

İndi isə camaat namazının əhəmiyyətinə və onun müxtəlif nəticələrinə işarə edəcəyik.

<BASHLIQ3>CAMAAT NAMAZININ ƏHƏMİYYƏTİ</BASHLIQ3>

Camaat namazının ictimai və fərdi tə’sirləri ilə yanaşı, digər mükafatları da vardır. Bu haqda bə’zi rəvayətlərə diqqət yetirin:

Allahın rəsulu (s) buyurur: “Azan səsini eşidib heç bir dəlil olmadan camaat namazında iştirak etməyən şəxsin namazı dəyərsizdir.”454

Başqa bir hədisdə camaat namazını təhqir etmək Allahı təhqir etmək hesab olunmuşdur.455

Daim camaat namazı qılmaq insanı münafiqlikdən sığortalayır.456

Məscid və camaat namazı məqsədi ilə atılan hər bir addım üçün savab nəzərdə tutulmuşdur.457 Camaat namazı üçün evdən xaric olan şəxs və ya məsciddə camaat namazının başlanmasnı gözləyən şəxs həmin arada namaz qılan şəxsin savabını alır.458

Camaat namazında iştirak edənlərin sayı nə qədər çox olsa, namaza verilən mükafat da bir o qədər çox olar. Camaat namazının fəziləti haqqında maraqlı bir hədis var: “Əgər iqtida edən bir nəfər olsa, 150 namazın mükafatı verilər;

Əgər iqtida edən 2 nəfər olsa, 600 namazın mükafatı verilər;

Əgər iqtida edən 3 nəfər olsa, 1200 nəfərin mükafatı verilər;

Əgər iqtida edən 4 nəfər olsa, 2400 namazın mükafatı verilər;

Əgər iqtida edən 5 nəfər olsa, 4800 namazın mükafatı verilər;

Əgər iqtida edən 6 nəfər olsa, 9600 namazın mükafatı verilər;

Əgər iqtida edən 7 nəfər olsa, 19200 namazın mükafatı verilər;

Əgər iqtida edən 8 nəfər olsa, 36400 namazın mükafatı verilər;

Əgər iqtida edənlərin sayı imamla birlikdə 10 nəfərə çatarsa, 72800 namazın mükafatı verilər.

Lakin namaz qılanların sayı 10 nəfəri keçərsə, verilən mükafatın sayını Allahdan savay kimsə bilməz.459

Başqa bir hədisdə deyilir: “Hər kəs camaat namazını sevsə, Allah və mələklər onu sevər.”460

Peyğəmbər (s) zamanı camaat namazı qılan şəxslər azaldıqda həzrət (s) insanlar arasında axtarış aparır və buyururdu: “Sübh və işa namazında iştirak etmək münafiqlər üçün hər şeydən ağırdır.”461

Qur’an namaz zamanı yorğunluq və halsızlığın münafiq sifətlərindən olduğunu bildirmişdir.462 Çünki sübhlər qalxıb istidə və soyuqda uzaq yol keçib camaat namazında iştirak etmək həqiqi iman və eşq nişanəsidir.

Cəmiyyət namazı hansısa xüsusi məntəqəyə aid deyil. İnsan harada olmasından asılı olmayaraq, yaxşı olar ki, camaat namazı qılsın və başqalarını da də’vət etsin.

Allahın rəsulu (s) camaat namazının əhəmiyyəti barəsində buyurur: “Camaatla qılınan namaz 40 il evdə tək qılınan namazdan üstündür. Soruşdular: “Bir günün namazımı?” Buyurdu: “Bəlkə də, bir namaz!”463 “Cəmiyyət namazının sıraları dördüncü səmada mələklərin sırası kimidir.”464

Allah rəsulunun (s) imamlığı ilə birinci namaz bərpa olundu. Bu namazda həzrət Əli (ə) və Cəfər Təyyar (həzrət Əlinin (ə) qardaşı) iştirak edirdi. Əbu Talib övladı həzrət Əlinin (ə) Peyğəmbərə (s) iqtida etdiyini gördükdə o biri övladı Cəfərə dedi: “Sən də Peyğəmbərə (s) iqtida et.” Də’vəti aşkarlamaq göstərişi verən “Fəsdə’ bima tu’mər” ayəsi nazil olduqdan sonra həmin iki iki-üç nəfərlik camaat namazı bərpa olundu.465

<BASHLIQ3>CAMAAT NAMAZININ TƏ’SİRLƏRİ</BASHLIQ3>

Cəm formada dini göstərişlərin icrası qeyd olunan mükafatlardan əlavə, müsəlmanların ictimai və fərdi həyatında müsbət tə’sirlərə malikdir.

<B>1. Mə’nəvi təsirlər</B>

Camaat namazının ən böyük mə’nəvi tə’siri qeyd etdiyimiz ilahi mükafatlardır. Rəvayətdə deyilir ki, bir gecə həzrət Əli (ə) səhərədək ibadətə məşğul oldu. Sübh vaxtı namazını təklikdə qıldı.

Allahın rəsulu (s) sübh camaat namazında həzrət Əlini (ə) görmədi və onun evinə getdi. Həzrət Fatimə (ə) həzrət Əlinin (ə) gecəni oyaq qalıb üzürlü olduğunu bildirdi. Peyğəmbər (s) buyurdu: “Sübh camaat namazında iştirak etmədiyi üçün Əlinin (ə) itirdiyi mükafat bütün gecə edilən ibadətin mükafatından üstündür.”466

Allahın rəsulu (s) buyurur: “Mənimçün sübh namazını camaatla qılmaq sübhədək gecəni oyaq qalıb ibadət etməkdən sevimlidir.”467

Bütün bu fəzilət və mükafatlara görə namaz qılanların sayı on nəfəri keçərsə, bütün səmalar kağız, dəryalar mürəkkəb, ağaclar qələm və mələklər katib olsa belə, onun bir rəkətinin mükafatını yaza bilməzlər.468 Tə’xirlə qılınan camaat namazı ilk vaxt qılınan fərdi namazdan yaxşıdır.469

<B>2. İctimai tə’sirlər</B>

Camaat namazı sıra vəhdətinin müqəddiməsi, qəlblərin yaxınlığı və qardaşlıq ruhiyyəsinin güclənmə səbəbidir.

Cəmiyyət namazı insanların dəbdəbəsiz toplanışı və fərdləri tanımaq üçün ən yaxşı yoldur. Camaat namazı dünyanın ən yaxşı, ən pak və ən az xərcli ictimasıdır. Cəmiyyət namazı bir növ xərcsiz görüş, insanların ehtiyacından xəbər tutmaq və müsəlmanlar arasında ictimai əlaqə vasitəsidir.

<B>3. Siyasi tə’sirlər</B>

Camaat namazı müsəlmanların qüdrət nişanəsi, qəlblərin mehribanlığı və sıraların uyğunlaşmasıdır.

Camaat namazı təfriqələri məhv edir, düşmənlərin qəlbinə qorxu salır, münafiqləri mə’yus edir.

Camaat namazı səhnədə hazır olmaq və “imam”ın “ümmət”lə rabitəsidir. İslami siyasi cəmiyyət nizamında rəhbərlik vəzifəsini öhdəsinə götürən şəxs bir sıra üstün cəhətlərə malik olmalıdır. Belə ki, insanlar onun üstün cəhətlərindən ilham almalıdır. Pişnamaz elm, əməl, təqva və ədalət baxımından başqalarından üstün olmalıdır.

Hədisdə oxuyuruq: “Ən fəzilətli və ən üstün olanınızı önə verin və ona iqtida edin.”470

Bu haqda xeyli hədislər var. İndi isə bir neçə nümunəyə işarə edək:

Pişnamaz elə bir şəxs olmalıdır ki, xalq onun imanlı və əmanətdar olduğuna inansın.471 İmam Sadiq (ə) buyurur: “Pişnamaz sizi Allaha doğru aparan rəhbərdir. Beləsə, kimə iqtida etdiyinizi düşünün.”472 Əbuzər buyurub: “Qiyamətdə sizə imamınız şəfaət verəcək. Buna görə də səfeh və fasiq insanları özünüzə şəfaətçi seçməyin.”473 “Tanınmamış şəxslərə, dində və rəhbərlikdə həddi aşanlara iqtida etmək qadağan olunmuşdur.”474 Cəmiyyətdə aşkar günahına görə şallaqlanmış və ya qeyri-qanuni yolla dünyaya gəlmiş şəxslərin imam (pişnamaz) olmaq hüququ yoxdur.475 Pişnamaz xalq tərəfindən qəbul olunmalıdır. Yoxsa qılınmış namaz Allah dərgahında qəbul olmaz.476 İmam Sadiq (ə) “Ə’raf” surəsinin 31-ci ayəsini belə təfsir edir: “Məscidin zinəti layiqli rəhbər və məscidin layiqli pişnamazıdır.”477

Əlbəttə, təmiz paltar geymək, ətirlənmək və bu kimi başqa işlər də rəvayətlərdə məscidin zinəti adlandırılmışdır.

İmam Baqir (ə) buyurur: “Camaatın imamı (pişnamaz) düşüncəli şəxs olmalıdır.”478

Allahın rəsulu (s) buyurur: “Alim imamın arxasında namaz qılan şəxs sanki mənim və həzrət İbrahimin (ə) arxasında namaz qılmışdır.”479

İmam (pişnamaz) zəif şəxsləri nəzərə alıb, namazı uzatmamalıdır.480

Bütün hədislərdən imamın həssas mövqeyi aydınlaşır.

<BASHLIQ3>İMAM (PİŞNAMAZ) SEÇİMİ</BASHLIQ3>

İmamın digərlərindən üstün cəhətlərə malik olması şərtdir. Əgər bir neçə nəfər imamlığa layiq olsa, yenə də rəvayətlərdə fərqləndirici sifətlər açıqlanmışdır. Bu rəvayətlər daha yaxşı seçim etməyi öyrədir:

  1.  Gözəl qiraəti olan şəxs;
  2.  Hicrətdə öncül olan şəxs;
  3.  Dinşünas və elmi üstün olan şəxs;
  4.  Yaşca daha böyük şəxs;
  5.  Qur’anla daha çox ünsiyyətdə olan şəxs;
  6.  Gözəl siması olan şəxs;481
  7.  Pişnamaz olmaqda ev sahibi qonaqdan üstündür;
  8.  Daimi pişnamaz məscidə təzə gələn şəxslərdən qabaqdır.

İmtiyazlar arasında alimlik məsələsinə hər şeydən daha çox diqqət verilmişdir. Hər yerdə rəhbər seçimində alimlik şərt və imtiyazdır. Hədisdə deyilir: “Xalq arasında daha biliklisi olan halda başqasının xalqa rəhbərlik və pişnamazlıq etməsi cəmiyyəti qiyamətədək süquta aparacaq.”482

Əlbəttə, öncə hədisdə deyildiyi kimi imam (pişnamaz) xalq tərəfindən qəbul olunmalıdır. Bu qəbul elm, paklıq, ədalət, təvazö və yaxşı əxlaqla əldə olunur.

Unutmamalıyıq ki, bə’zən düşmənlər İslama və ruhaniyyətə zərbə vurmaq üçün imamı (pişnamazı) şayiə, töhmət və yalanla bədnam edib tənhalığa sürükləmək istəyirlər. Xalqın ayıqlığı bu şeytan planını zərərsizləşdirir. Düşmən tərəfindən gözdən salınmış şəxslərin yox, açıq-aşkar günah edib pis rəftarı ilə tanınmış şəxslərin arxasında namaz qılmaq olmaz!

<BASHLIQ3>PİŞNAMAZIN ƏDALƏTİ</BASHLIQ3>

Ədalət pişnamazlıq üçün şərtdir.

Fiqh kitablarında ədalətin tə’rifi verilmişdir. Dəyərli fəqihlər, o cümlədən, həzrət imam Xomeyni (r) buyurur:

Ədalət insanı böyük günahlar etməkdən və kiçik günahları təkrarlamaqdan çəkindirən daxili haldır.483

Paklıq, təqva, günahdan uzaqlıq ədalət nişanələridir. Əhəmiyyətli olduğu üçün bu sifət İslam qanunlarında imtiyaz hesab olunur. Həm də İslami fiqh və konstitusiyada məs’uliyyətli şəxslər üçün bu sifətə malik olmaq şərtdir. Ölkənin və xalqın mühüm işləri ədalətli şəxslərin əli ilə həyata keçməlidir.

Ədalətlə şərtlənən bə’zi məsələlərə işarə edək:

İbadət məsələlərində pişnamaz ədalətli olmalıdır; siyasi ibadət məsələlərində, məsələn cümə namazında xütbə oxuyan və imam ədalətli olmalıdır; məclisə deputatlıq və qanunların hazırlanması kimi hüquqi və siyasi məsələlərdə nəzarət şurasına daxil olan ədalətli fəqihlərin nəzəri mö’təbərdir; haqqı sahibinə qaytarmaq kimi hüquqi məsələlərdə ədalətli şəxslər şahidlik etməlidir; tərbiyəvi məsələlərdə ədalətli şəxslər zalım və günahkarların əleyhinə şəhadət verdikdə islami hədd icra olunur; iqtisadi məsələlərdə “beytul-mal” ədalətli şəxslərə tapşırılmalıdır; xəbərlərin yayılması və nəşr olunması kimi ictimai və mədəni məsələlər ədalətli şəxslərə tapşırılmalıdır. Günahkar şəxsin verdiyi xəbərə yalnız təhqiqat apardıqdan sonra e’timad göstərmək olar; ali hərbi komandan seçilərkən şəxsin ədalətli olması şərtdir.

Demək, İslam quruluşunda, ictimai məs’uliyyətlərin tapşırılmasında və yaşayışın nizamlanmasında ədalət mühüm prinsiplərdəndir.

<BASHLIQ3>ƏDALƏTİ TANIMA YOLU</BASHLIQ3>

Ədalət və bu kimi sifətlər batinə bağlıdır. Lakin insanların əməllərinə nəzər yetirməklə onların ədalətli olub-olmamasını anlamaq olar. Rəvayətlərdə bə’zi ədalət nişanələri qeyd olunmuşdur. Eyni zamanda insanları ədalətli hesab etmək üçün bə’zi me’yarlar tə’yin edilmişdir.

İmam Sadiqdən (ə) soruşdular: “Ədalətli şəxs kimdir?” Həzrət (ə) buyurdu: “Naməhrəmə baxmayan, dilini günaha və əlini zülmə batırmayan şəxs.”484

Allahın rəsulu (s) alicənab və ədalətli insanları belə vəsf edir: “Xalqla müamilə edərkən zülmə yol verməyən, yalan danışmayan və və’dəsinə xilaf çıxmayan şəxsin mürüvvəti kamil, ədaləti aşkardır.”485

İmam Sadiqdən (ə) soruşdular: “İnsanın ədalətli olmasını necə bilək?” Həzrət (ə) buyurdu: “Bir şəxs həyalı və iffətli olsa, yeməkdə, danışıqda və şəhvətdə günaha yol verməsə, zina və şərabxorluq kimi günahlardan çəkinsə, müsəlman cəmiyyətini üzrü olmadan tərk etməsə, o ədalətlidir; onda eyb axtarmaq və qeybətini etmək xalqa haramdır...”486 Başqa bir rəvayətdə oxuyuruq: “Beş vaxt namazını camaatla qılan şəxsə qarşı xoş münasibətdə olun və onun şəhadətini qəbul edin.”487

Olsun ki, fəqihlər insanın müsəlman cəmiyyətində iştirakını və günah məclislərindən uzaqlığını onun zahirən ədalətli sayılması üçün yetərli bilmişlər.

İmam Baqir (ə) qadınların ədaləti barəsində buyurur: “Hicablı və hörmətli ailədən olması, ərinə itaət etməsi, rəva olmayan işlərdən çəkinməsi və lazımsız yerlərdə gözə görünməməsi ədalətli qadının nişanələridir.”488

Bə’zi rəvayətlərdə aşkar pis günahlara görə cəmiyyətdə şallaqlanmış, xalq arasında pis işləri ilə tanınmış və özünə qarşı bədgümanlıq qazanmış şəxs “fasiq” adlandırılır.489

Əlbəttə, şəxsin ədalətli olması o demək deyil ki, o ömrü boyu heç bir günaha batmamalıdır. Çünki bu xüsusiyyət yalnız peyğəmbərlər və mə’sum övliyalara aiddir. Lakin şəxsin aşkarda günah etmədiyini görməyimiz kifayət edər. Əgər bir şəxs özünü ədalətli hesab etməsə, hətta xalqa ədalətli olmadığını desə, lakin xalq onun ədalətli və təqvalı olduğunu qəbul etsə, o şəxs pişnamaz ola bilər və xalqın bu şəxsə iqtida etməsinin heç bir eybi yoxdur. Əgər xalq bu şəxsə iqtida etməyə meylli olsa boyun qaçırmamalıdır.490 Hətta namazdan sonra pişnamazın ədalətli olmaması mə’lum olarsa onun arxasında qılınmış namazlar düzgündür və bu namazları təzələmək lazım deyil.491

<BASHLIQ3>NƏ ÜÇÜN BƏ’ZİLƏRİ CAMAAT NAMAZINA GETMİRLƏR? </BASHLIQ3>

Camaat namazının müsbət tə’sirləri və mükafatlarına baxmayaraq, bə’ziləri bu böyük feyzdən məhrumdurlar. Çox təəssüf ki, bə’ziləri camaat namazına e’tinasız və maraqsızdırlar. Hətta məscidin qonşuluğunda yaşayıb, müsəlmanların camaat namazına gəlməyənlər var. Bə’zən məscidlərdə narahatlığa səbəb olan boşluq yaranır.

İnsanların camaat namazında iştirak etməmələrinin müxtəlif səbəbləri var. Bə’ziləri həqiqətən üzürlüdür və onların dəlilləri qəbul olunasıdır. Lakin bir çox hallarda deyilənlər puç bəhanələrdir. Belə puç dəlil və bəhanələrə nəzər salaq:

Bə’ziləri camaat namazının mükafatından xəbərsizdirlər; bə’ziləri məsciddə bə’zi namazqılanların pis rəftarına görə camaat namazına maraq göstərmir; bə’ziləri yalnız pişnamazın pis əxlaqını bəhanə edir və onun pis əxlaqını ədalətə zidd sayırlar. Buna görə də camaat namazında iştirak etmirlər; bə’ziləri imamın fərqli siyasi fikirlərinə görə camaat namazından uzaqlaşırlar; bə’ziləri gündəlik iqtisadi və ictimai fəaliyyətlərə görə camaat namazının böyük mükafatından məhrum olurlar; bə’ziləri məscid əhlinin soyuq rəftarından inciyir və bir daha məscidə gəlmirlər; bə’ziləri imamın (pişnamazın) yaxın qohumlarının eyblərini onun üzərinə yükləyir və onu qəbul etmirlər; bə’ziləri pişnamazın ədalətsizliyinə aşkar dəlilləri olmadan öz iştiraklarını onun cəmiyyətdə ucalma səbəbi bilir və bu işdən çəkinirlər; bə’ziləri təkəbbürlü olduqları üçün cavan, kasıb, eyni zamanda, pak, e’tibarlı və layiq pişnamaza iqtida etmirlər; bə’ziləri ibadət zamanı tənbəl və hövsələsizdirlər. Onlar camaat namazını yük hesab edir. Onlar üçün başqa işlərdən ayrılıb müsəlmanların camaat namazına qatılmaq çətin gəlir; bə’ziləri camaat namazı uzun çəkdiyi üçün məsciddən qaçır; bə’ziləri isə məscid işçilərini xoşlamadığı üçün məscidə gəlmir.

Bütün bunlar camaat namazına soyuq münasibətin səbəblərindən idi.

Gördüyünüz kimi, deyilənlərin əksəri qəbul olunmayası bəhanələrdir.

Əgər xalqın dini səviyyəsi və agahlığı artarsa, insanlar qeyd olunmuş səbəbləri kənara qoyub, ixlasla və birlikdə nizamlı sıralarda çiyin-çiyinə oturar; əgər camaat namazının böyük mükafatını unutmasalar, pişnamazın pis xasiyyətini onun ədalətinə zidd bilməsələr, qohumlarının günahını onun üzərinə yükləməsələr, dini toplumun böyük müsbət tə’sirlərini və bərəkətini yada salsalar, məscidlərin işıqlandığını və camaat namazlarında yaranmış seyrəkliyin yox olduğunu görəcəyik.

Əlbəttə, pişnamazın əxlaqi və elmi səlahiyyətləri, qaynar mühit, fəal məscid, camaatla, xüsusi ilə cavanlar və yeniyetmələrlə mehriban davranış onların məscidə, vəhdət və mə’nəviyyat mərkəzinə cəzb olunmalarında böyük rol oynayır.

Ölkənin təbliğat və mədəniyyət məs’ulları da bu zəmində mühüm rol oynayır.

Əgər hörmətli tərbiyəçilər, müəllimlər, atalar və analar camaat namazlarında iştirak etsələr, şagirdlərinin, övladlarının gözü qarşısında namaz qılsalar və ya məscidlərə getsələr, bütün bunlar başqalarına da dərs olar.

Əgər məktəblər məscidlərin yaxınlığında tikilsə, bu, şagirdlərin camaat namazında iştirak etməsini asanlaşdırar.

<BASHLIQ3>MÜSAFİR NAMAZI</BASHLIQ3>

Namaz heç bir halda insanın boynundan götürülməyən mühüm vacibatlardandır. Hətta səfərdə, döyüş meydanında, xəstə vəziyyətdə və sair hallarda.

Əlbəttə, namaz ayrı-ayrı şəraitlərdə müxtəlif şəkillərdə olur. Lakin daim insana vacibdir!

Müsəlman səfərdə yol boyu namazlarını qılmalıdır. İnsan qatarda, avtobusda, soyuqda, istidə, tələsərkən namaza yüngül yanaşmamalıdır. Avtobus və ya qatar yemək, yaxud zəruri ehtiyac üçün dayandıqda vaxt itirmədən namazı qılmaq lazımdır. Əgər sürücü avtobusu saxlamasa ondan avtobusu dayandırmasını tələb etmək lazımdır.

<BASHLIQ3>QƏSR NAMAZININ ŞƏRTLƏRİ</BASHLIQ3>

Müsafir (səfərdə olan şəxs) səfər zamanı səkkiz şərtlə dörd rəkətli namazlarını qəsr (iki rəkət) qılmalıdır. (Bu şərtlərin hər birinin geniş izahını risalələrdə oxuya bilərsiniz.)

<B>Birinci şərt: </B> Səkkiz şər’i fərsəx və ya ondan daha çox yol gedən şəxs;

<B>İkinci şərt: </B> Səfərdən öncə səkkiz fərsəx getmək məqsədi olan şəxs;

<B>Üçüncü şərt: </B> Yolda məqsədini dəyişməyən şəxs;

<B>Dördüncü şərt: </B> Səkkiz fərsəx tamamlanmamış vətənindən ötüb keçmək istəməyən və ya on gün, yaxud daha artıq bir yerdə qalmaq məqsədi olmayan şəxs;

<B>Beşinci şərt: </B> Haram iş üçün səfərə çıxmayan və ya günah səfər etməyən şəxs;

<B>Altıncı şərt: </B> Köçəri tayfalardan olmayan şəxs;

<B>Yeddinci şərt: </B> Sənəti səfərə çıxmaqla şərtlənməyən şəxs;

<B>Səkkizinci şərt: </B> Tərəxxüs həddinə çatan şəxs. (Tərəxxüs həddi elə bir yerdir ki, insan şəhərin divarlarını görmür və azan səsini eşitmir.)492

<BASHLIQ3>ON GÜN QALMAQ</BASHLIQ3>

Səfərdə insanın on gün və ya daha çox qalmaq məqsədi olarsa namazlarını bütöv qılmalıdır. Əgər əslində onun niyyəti on gündən az qalmaqdırsa, zahirdə on gün qalmaq niyyəti edib namazlarını bütöv qıla bilməz. Əgər on gün tamam olmamış müxtəlif səbəblərə görə məqsədi dəyişib qayıtmağı qərara alsa, yerdə qalmış günlərdə namazını bütöv qılmalıdır.

Əgər bir şəxs səfərə çıxıb öz vətəninə gedərsə, on gündən az qalsa belə namazlarını bütöv qılmalıdır. Yalnız vətənindən imtina edib bir daha qayıtmamaq fikri olan şəxs müsafir hökmündədir.

Əgər imtina etməsə, insanın doğulduğu yer onun əsil vətənidir. İnsanın daimi yaşayış üçün seçdiyi yer onun qeyri-həqiqi vətəni hesab olunur. İki yerdə yaşayan şəxs üçün yaşadığı hər iki yer vətən hesab olunur. İnsan vətənindən başqa yerdə həmişəlik qalmaq fikrində olmasa, həmin yer onun vətəni hesab olunmur. Əgər qalmaq məqsədi olmadan bir yerdə bir müddət yaşaması xalqın bu yerin onun vətəni olduğunu düşünməsinə səbəb olarsa həmin yer vətən hesab olunur.

Sənəti səfərə çıxmaqla şərtlənən (məsələn, sürücülər, təyyarəçilər və sair) şəxslər və ya bir növ səfərlə əlaqəli olanlar daim tərəddüddə və get-gəldə olduqları üçün namazlarını bütöv qılmalıdırlar. (Risalələrdə geniş izah verilmişdir.)

Müsafir dörd yerdə namazını həm qəsr, həm bütöv qıla bilər:

  1.  Məscidul-həram;
  2.  Məscidun-nəbi;
  3.  Kufə məscidi;
  4.  Seyyidüş-şühədanın hərəmi və o həzrətin (ə) hərəminə birləşmiş məscid.493

Bu yerlərin mə’nəvi mühitindən daha çox feyz almaq üçün müsafir öz namazını bütöv qıla bilər.

<BASHLIQ3>QƏZA NAMAZI</BASHLIQ3>

Namaz insanın öhdəsində olan ilahi vəzifədir. Onu düzgün və vaxtında yerinə yetirmək insana vacibdir.

İstənilən bir səbəbə görə (məsələn unutqanlıq, bihuşluq, məstlik, imkansızlıq, məcbur qalmaq, səhlənkarlıq, günah, qılıb sonradan batil olduğunu anlamaq və sair) vacib namazını vaxtında qılmayan və ya səhv qılan şəxs onun qəzasını qılmalıdır.

Əlbəttə, qadınların heyz və ya nifas halında qılmadığı gündəlik namazların qəzası yoxdur.

Qəzası olan şəxs qəza namazlarını qılarkən səhlənkarlıq etməməlidir. Lakin qəza namazlarını dərhal qılmaq vacib deyil.

İnsan nə qədər diridir, namaz qılmağa aciz olsa belə, başqası onun namazlarını qıla bilməz.

Qəza namazını camaatla qılmaq olar. Hər iki tərəfin eyni namaz qılması vacib deyil. Məsələn, sübh namazının qəzasını məğrib və işa namazına iqtida etmək olar.

Ölmüş insanın qəza namazları rəkət baxımından olduğu kimi qılınmalıdır. Məsələn, insan səfərdə ölmüş şəxsin dörd rəkətlik qəza namazını bütöv qıla bilər. Əgər səfərdə insan günorta namazını qəzaya verərsə, vətəndə həmin namazın qəzasını iki rəkət qılmalıdır.

Müsafir və qəza namazının xırdalıqları ilə tanış olmaq üçün “Tovzihul-məsail” kitabına müraciət edin.

<BASHLIQ3>DİGƏR NAMAZLAR</BASHLIQ3>

Bura qədər tə’qibat, gündəlik nafilələr və müstəhəb namazlardan əlavə müsafir və qəza namazları haqda söhbət olundu. Bu iki namaz da xüsusi şəraitlərdə (səfərdə və ya vaxt ötdükdən sonra) gündəlik namazlardan sayılır.

Bə’ziləri vacib, bə’ziləri tə’kidli müstəhəb olan başqa namazlar da var. Namaz mövzusunu təkmilləşdirmək üçün qısa şəkildə bu namazlar haqda danışacağıq.494

<BASHLIQ3>CÜMƏ NAMAZI</BASHLIQ3>

Müsəlmanların həftəlik ictimai mərasimləri arasında “cümə namazı” xüsusi yer tutur. Cümə namazı təkcə ibadət yox, həm də müsəlmanların vəhdət göstəricisi və İslamın əzəmətidir. Cümə namazı Qur’an ardıcıllarının agahlığını artırır və ibadi-siyasi namaz hesab olunur. Qur’ani-kərim cümə namazı haqda buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

<BASHLIQ3>CÜMƏ NAMAZININ FORMASI</BASHLIQ3>

Cümə namazı vacib olsa da, insan qeyb dövründə cümə namazı və ya günorta namazı qıla bilər.

Cümə namazı iki rəkətdir və hökmən camaatla birlikdə qılınmalıdır. Namazdan öncə iki xütbə oxunması vacibdir. Xütbə oxuyan şəxs təqvaya çağırışla yanaşı müsəlmanların ictimai-siyasi məsələlərini də açıqlamalıdır.

Cümə namazının vaxtı günortanın başlanğıcından azandan bir saat sonrayadəkdir. Bundan gec məsləhət görülmür.

Cümə namazının təşkil olması üçün ən azı beş nəfər lazımdır. İki cümə namazı arasında fasilə bir fərsəxdən az olmamalıdır. Cümə namazının xütbələrinə qulaq asmaq vacibdir. Üzr olmadan camaat namazında iştirak etməmək nifaq nişanəsidir. İmam-cümənin birinci rəkətdə həmddən sonra “Cümə” surəsini, ikinci rəkətdə “Munafiqun” surəsini oxuması daha yaxşıdır.

Allahın rəsulu (s) buyurur: “Allah “Cümə” surəsi ilə mö’minləri əziz etmişdir. Buna görə Peyğəmbər (s) müjdə olaraq cüməni sünnə etmiş və münafiqləri danlamaq üçün “Munafiqun” surəsini oxumağı lazımlı bilmişdir.”495

<BASHLIQ3>CÜMƏ NAMAZININ ƏHƏMİYYƏTİ</BASHLIQ3>

Bu barədə bir çox hədislər nəql olunmuşdur. Lakin bütün hədislərə nəzər salmağa imkanımız yoxdur.496

Allahın rəsulu (s) cümə namazını “fəqirlərin həcci” hesab edir və onu günahların bağışlanma səbəbi bilirdi.497

Cümə namazı müsəlmanların qüdrət və vəhdətinin nümayişi, namaz qılan mö’minlərin və’dəgahı, görüş yeridir.

Allahın rəsulu (s) hicrətin əvvəlində Mədinəyə çatarkən xalq üçün birinci cümə namazını bərpa etdi. Bununla da belə bir əzəmətli və həyatverici yığıncağın əsasını qoydu.

Bu namazın siyasi yönümləri vardır. Xütbə oxuyan və ya imam-cümə, ya müsəlmanların hakimi, ya da hakimiyyət tərəfindən bu iş üçün seçilmiş şəxs olur. Bu siyasi ibadətin ictimai, tərbiyəvi, həyatverici tə’sirləri, bərəkətləri çoxdur. Bir neçə nümunəyə işarə edək:

<B>1. Qardaşlıq ruhiyyəsinin güclənməsi</B>

Hamı bir yerə yığışır, müxtəlif irqlər bir-birləri ilə yanaşı oturur. Cümə namazında müsəlmanların həftəlik izdihamı camaat namazından daha böyük olur.

<B>2. İslam qüvvələrinin mütəşəkkilliyi</B>

Bu ibadət müsəlmanları ibadət və namaz mehvərində bir növ birləşdirir, İslam düşmənlərinin qorxuya düşməsinə və təfriqə planlarının puça çıxmasına səbəb olur.

<B>3. Müsəlmanların düşüncə və siyasi baxımdan inkişafı</B>

Cümə namazı xütbələrindəki agahlıq verən nöqtələr insanları məmləkətin və dünyanın siyasi mənzərəsindən xəbərdar edir. İnsanlar öz ictimai vəzifələri ilə tanış olmaqla cəmiyyətin həyatında daha çox rol oynayırlar.

<B>4. Birlik ruhiyyəsinin güclənməsi</B>

Cümə namazında pərakəndə bəşər damlaları böyük bir okeana çevrilir. Hamı qarşılıqlı əlaqə və tanışlıqla ictimai ruhiyyə əldə edir və guşənişinlik unudulur.

<B>5. Könüllü səfərbərlik mərkəzi</B>

Cümə namazı xalqı könüllü şəkildə cihada, müdafiəyə, ictimai çətinliklərin həllinə, insanlara köməyə çağırış üçün ən münasib toplantıdır. Cümə namazında formalaşan bu əzəmətli xalq kütləsi daim diqqət mərkəzində olmuşdur. İslamın əvvəllərində Allahın rəsulu (s) və Əmirəl-mö’minin (ə) məscidlərdə, xütbələrdən sonra insanları könüllü şəkildə cəbhələrə göndərirdi.

<BASHLIQ3>DİN ÖVLİYALARININ YOLU</BASHLIQ3>

Allahın rəsulu (s) və mə’sum imamların (ə) cümə namazına münasibəti onun əhəmiyyəti və zəruriliyini göstərir.

Həzrət Əli (ə) buyurur: “Cümə günü dərman (zəiflədici dərmanlar) qəbul etməyin.” Soruşdular: “Nə üçün?” Həzrət (s) buyurdu: “Cümə namazında iştirakınızın qarşısının alınmaması üçün.”498

İmam Sadiq (ə) buyurur: “Peyğəmbərin dostları cümə axşamından cümə gününə hazırlaşırdılar. Çünki cümə günü (bu günə aid işlər üçün) vaxt dar olur.”499

Əmirəl-mö’minin (ə) məhbusları və müttəhimləri cümə namazında iştirak etmək üçün zindandan xaric edirdi. Bu şəxslərin valideynləri onların qayıtmaları üçün zamin dururdular. Həzrət (ə) məhbus fasiqləri də cümə namazında iştirak etmək üçün zindandan xaric edir və onları nəzarət altında saxlayırdı.500

Həzrət Əli (ə) cümə namazını böyük sayaraq ayaqyalın məscidə gedirdi. O, ayaqqabılarını sol əlində tutub deyirdi: “Bu namaza Allahın xüsusi diqqəti var.” Həzrət Əli (ə) Allah qarşısında təvazö olaraq belə edirdi.501

Deyilənlərdən cümə namazının əhəmiyyəti aydınlaşır. Müsəlmanlar bu siyasi-ibadi səhnədə iştirak etməlidirlər.

Ümmətin imamı (r) buyurur: “Cümə namazı İslamın ictimai-siyasi gücünün nümayişidir. Bu namaz əzəmətli və dəyərli bərpa olunmalıdır... Böyük və əziz millət öz iştirakı ilə bu İslam səngərini daha möhkəm və daha əzəmətlə qorumalıdır. Beləcə, cümə namazının bərəkəti ilə xainlərin hiyləsi puça çıxarılmalıdır.502

<BASHLIQ3>BAYRAM NAMAZI</BASHLIQ3>

Müxtəlif islami münasibətlər Allahı düşünmək, Onun həyatda və düşüncələrdə yad edilməsi üçün zəmin yaradır. Bu münasibətlərin bir çoxu üçün xüsusi dualar, əməllər və namazlar müəyyənləşdirilmişdir.

Bayram namazı dedikdə fitr və qurban bayramında qılınan iki rəkət namaz nəzərdə tutulur.

Həvəsbazlıq, şəhvət və unutqanlıq dolu digər bayramlardan fərqli olaraq İslam bayramları namaz, dua, infaq, sədəqə, qüsl, təharət və sair bu kimi əməllərlə müşayiət olunur. İndi isə bu iki bayram namazına qısa şərh verək:

<BASHLIQ3>FİTR BAYRAMI NAMAZI</BASHLIQ3>

Şəvval ayının birinci günü fitr bayramıdır. Bir ay ibadət və orucdan sonra bu tövfiqə, lütfə görə namaz qılmaq lazımdır. Bu namaz imamın dövründə vacibdir və camaatla qılınmalıdır. Lakin bizim zamanda müstəhəbdir.

Bu namazın vaxtı bayram günü günəş çıxandan günortayadəkdir. Lakin daha yaxşı olar ki, günün əvvəlində günəş qalxdıqdan sonra qılınsın. Birinci rəkətdə “Həmd” və “Surə” oxunduqdan sonra beş təkbir deyilməlidir və hər təkbirdən sonra qunut tutulmalıdır. Qunutda istənilən duanı oxumaq olar. Lakin “əllahummə əhləl-kibriyai vəl-əzəmə. . . “ duasını oxumaq daha yaxşıdır. İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutmaq lazımdır.

Mə’nəviyyat dolu fitr namazı insanı Allah barədə düşündürür, tövbə halı yaradır. Bayram namazından öncə qüsl vermək, xüsusi dualar oxumaq və açıq səma altında dayanmaq müstəhəbdir.

İmam Riza (ə) buyurur: “Allah fitr gününü bayram qərar verdi ki, müsəlmanların bir araya gəlməsi üçün səbəb olsun, eləcə də, həmin gün insanlar Allah qarşısında Onun ne’mətlərinə görə tə’zim etsinlər. Demək, bu gün bayram, toplanış, zəkat, rəğbət və dua günüdür.”503

Şərafətli bir hədisdə həmin namaz və bayramın fəlsəfəsi belə bəyan olunmuşdur:

  1.  Toplanış və bir araya gəlmək;
  2.  Zəkat və fəqirlərə əl tutmaq;
  3.  Allaha doğru rəğbətlənmək;
  4.  Allah qarşısında yalvarış.

Bütün bunlar uyğun namaz və mərasimin irfani, mə’nəvi yönümlərini göstərir. Eyni zamanda bu bayram və namazın ictimai tə’sirləri və faydaları vardır. Xalq fitrə zəkatı verməklə fəqirlərə kömək edir. Başqa bir tərəfdən fəqirlərin dolanışığı tə’min olunduğu üçün fitr bayramı fəqirlərin bayramı hesab olunur.

Bu əzəmətli toplanış siyasi və ictimai tə’sirlərə malik olmaqla yanaşı İslam ümmətinin güc, əzəmət nişanəsidir. (Məsələn, imam Rizanın (ə) xəlifə Mə’munu qorxuya salan bayram namazı; inqilabın ilkin nümayişində Tehranda qılınan bayram namazı)

<BASHLIQ3>İLAHİ MÜKAFAT</BASHLIQ3>

Bu namazda Allahdan istənilən ən üstün şey ilahi bağışlanma və ibadətlərin qəbul olunması ilə Allah tərəfindən bayramın mübarək edilməsidir. Bu, Allahın oruc tutan, namaz qılanlara verdiyi ən böyük mükafatdır. İmam Baqir (ə) buyurur: Allahın rəsulu (s) buyurdu: “Şəvval ayının birinci günü (fitr bayramı) çatdığı zaman Allah tərəfindən belə bir nida verilər: “Mükafatlarınıza doğru tələsin.” Sonra imam Baqir (ə) Cabirə üz tutub buyurdu: “Ey Cabir! Allahın mükafatları padşahların mükafatları kimi deyil! Bu gün mükafat günüdür!”504

<BASHLIQ3>FİTR BAYRAMI QİYAMƏTDƏN BİR SƏHNƏDİR. </BASHLIQ3>

Fitr bayramı namazının tərbiyəvi və müsbət tə’sirlərindən biri həmin namazda açıq səma altında toplum şəkildə duanın həyata keçməsidir. Bu vəziyyət insana Allahı, qiyaməti, Allah mərhəmətinə ehtiyacları xatırladır. Onun nəzərində qiyamət səhnəsi canlanır. Həmin gün qiyamətin yada salınması Əmirəl-mö’mininin (ə) tövsiyələrindəndir.

Rəvayətlərdə deyilir ki, həzrət Əli (ə) bir dəfə fitr günü xalqa buyurdu:

“Ey xalq! Bu yaxşılar mükafat alır. Bu gün pislər ziyan edir. Bu gün sizin qiyamətinizə ən oxşar gündür.

Evlərinizdən çıxıb namaz müsəllasına gedərkən qəbirlərinizdən çıxacağınız günü yada salın.

Namaz müsəllasında namazı gözləyərkən qiyamət günü Allah qarşısında dayanacağınızı yada salın.

Evlərinizə qayıdarkən behiştə və ya cəhənnəmə dönüşünüzü yada salın.”505

İmam Müctəba (ə) fitr bayramı günü gülüb-oynayan bir dəstə ilə rastlaşdı. Həzrət (ə) yanındakılara buyurdu: “Allah ramazan ayını öz rəhmət və razılığını əldə etmək üçün müsabiqə meydanı qərar vermişdir. Bir dəstə önə keçib uddu, bir dəstə dala qalıb uduzdu. Təəccüb edirəm o şəxsə ki, mükafat günü gülüb-oynamaqla məşğuldur...”506

<BASHLIQ3>QURBAN BAYRAMI NAMAZI</BASHLIQ3>

Zilhiccə ayının onuncu günü qurban bayramıdır. Bu bayram İslamın böyük bayramlarındandır. Bu bayramın xüsusi əməlləri və duaları vardır. Namazlardan biri qurban namazıdır. Bu namaz fitr namazı kimi iki rəkətdir və eyni ilə həmin formada, həmin vaxta və həmin şəraitdə qılınır.

İstər fitr, istər qurban günü namazdan öncə və sonra təkbirlər (“Əllahu əkbər”) deyilir. Bu təkbirlərlə Allahın əzəməti yada salınır. Allaha sitayiş olunur, Onun ne’mətlərinə şükür edilir.

Dediyimiz kimi, bayram namazı qunutda “Əllahummə əhləl-kibriyai vəl-əzəmə...” duasını oxumaq daha yaxşıdır. (Duanın mətni “Məfatihul-cinan” kitabında və risalədə göstərilmişdir.) Bu duada Allahı əzəmət, böyüklük, əfv, rəhmət və bəxşişi ilə tanıyıb, yad edirik. Allahdan müsəlmanların bayramı, şərafət mayası, peyğəmbər və onun ailəsinin iftixarı olan bu günə xatir istəyirik ki, Məhəmməd (s) və onun ailəsinə salam göndərsin, bizi öz xeyir və bərəkətlərindən faydalandırsın.

Bu duadakı istək ən əhatəli istəkdir. Allahdan belə istəyirik:

İlahi, bu gün Məhəmməd (s) və onun ailəsini daxil etdiyin hər bir xeyirə bizi də daxil et.

Bu gün Məhəmməd (s) və onun ailəsindən uzaqlaşdırdığın hər bir pisliyi bizdən də uzaqlaşdır.

İlahi, mən saleh bəndələrinin səndən istədiyi ən yaxşı şeyləri istəyir və saleh bəndələrini Sənə sığındıran pisliklərdən Sənə pənah aparıram!

<BASHLIQ3>BAYRAM NAMAZI İLAHİ RƏHBƏRLƏRİN HAQQIDIR. </BASHLIQ3>

İslam dinində cümə və bayram ayinləri haqq hökumətə və islami rəhbərliyə bağlı mənsəblərdəndir. Sitəmkarların bu iki mərasimdən öz məqsədləri üçün istifadə etməsi qəsbkarlıqdır. Cümə, bayram və həcc mərasimi namazına imam tə’yin etmək ilahi hökumət və vilayətin ixtiyarındadır. Bu işlərin ləyaqətsiz şəxslərin ixtiyarına verilməsi Məhəmməd (s) ailəsi üçün ağırdır. İmam Baqir (ə) bir hədisdə bu həqiqətə belə işarə edir:

“Müsəlmanların bütün qurban və fitr bayramlarında Məhəmməd (s) ailəsinin qəmi artır.” Soruşdular: “Nə üçün?” Həzrət (ə) buyurdu: “Çünki Əhli-beyt (ə) öz haqqını özgələrin əlində görür!”507

Bu, Əhli-beytə (ə) qarşı ən böyük zülmdür. Onlar üçün hətta İslam bayramları da kədərlə müşayiət olunur. Həqiqətin qəsb edilməsi, cəmiyyətin rəhbərlik yolunu azması onlara bir daha xatırladılır!

<BASHLIQ3>AYƏT NAMAZI</BASHLIQ3>

Təbiətdə baş verən qeyri-adi hadisələr bə’zən insanın qorxmasına səbəb olur. Bə’zən də bu hadisələr cahillərin düşüncəsində şirkamiz və xürafi təsəvvürlər oyada bilər.

Düşüncələrin həqiqi amillərə yönəldilməsi, zehnlərin azmasının qarşısının alınması bir vəzifə olaraq haqq dinlərin öhdəsinə düşür.

İslamda belə hadisələrə görə xüsusi namaz qılmaq vacibdir. Bu halda xalq varlığı yaradan Allahı düşünür və bu hadisələrin Allahın qüdrətindən asılı olduğunu anlayır. Bu namazın adı “ayət” namazıdır. Çünki uyğun namaz Allahın nişanələri və ayələri olan hadisələr baş verdikdə qılınır.

Risalədə oxuyuruq: Ayət namazı dörd halda vacib olur:

  1.  Günəş tutulması (küsuf);
  2.  Ay tutulması (xüsuf);
  3.  Zəlzələ;
  4.  Xalqı qorxuya salan ildırım, qara və qırmızı küləklər. (Bu barədə bə’zi nöqtələrə işarə olunacaq)

<BASHLIQ3>AYƏT NAMAZI BİR TÖVHİD DƏRSİDİR. </BASHLIQ3>

Belə hadisələr sadəlövh insanların zehnində təbiətin və tanrıların qəzəbi kimi canlanırdı. Bu hadisələrin səbəbini bilmədikləri üçün Allahdan xəbərsiz qalıb, cansız təbiət haqda düşünürdülər. Xüsusilə günəşpərəst və aypərəstlər yeni düşüncələrə qapılırdılar.

Ayət namazı yaranışın və təbiətdəki dəyişikliklərin əsas qaynağına, yə’ni qüdrətli Allaha diqqət üçündür. Ayət namazı xalqa tövhid dərsi verir. Peyğəmbərin (s) kiçik oğlu İbrahim vəfat edərkən günəş tutuldu. Xalq deyirdi ki, Allah rəsulunun (s) oğlu vəfat etdiyi üçün günəş tutulur. Allahın rəsulu (s) (xalqı yanlışlıqdan qurtarmaq üçün) minbərə qalxdı. Allaha həmd-səna dedikdən sonra buyurdu: “Ey xalq! Günəş və ay Allahın nişanələrindəndir. Onun göstərişi ilə cərəyandadırlar və Onun qarşısında müt’idirlər. Günəş və ay kiminsə ölməsi və ya yaşamasına görə tutulmur. Əgər onların ikisi və ya biri tutularsa namaz qılın.” Bu sözdən sonra minbərdən düşüb, xalqla ayət namazı qıldı.508

Peyğəmbərin (s) bu yanaşması bizə iki dərs öyrədir:

1. Həzrət (s) öncə bu təbii hadisə barəsində düşüncələri işıqlandırdı, sonra namaz bərpa etdi. Mə’lum olur ki, fəhm və düşüncə, ibadət və namazdan müqəddəmdir.

2. Allahın rəsulu (s) ilahi insan və həqiqət elçisi olduğu üçün haqqı dedi. O, Allahı xalqın yadına saldı. Belə hadisələrdən öz xeyirlərinə sui-istifadə edən hiyləgərlərin əksinə! Bu şəxslər təbii hadisələri öz nəfsani istəklərinə uyğun təhlil və təfsir edirlər. İmam Sadiq (ə) atasından nəql edir: “Zəlzələlər, ay və günəş tutulması, dəhşətli küləklər qiyamət nişanələrindəndir. Bu hadisələrin hansını görsəniz qiyamətin bərpa olması barədə düşünün, məscidlərə sığının və namaz qılın.”509 Bu rəvayət xalqın təbiəti yox, təbiətin Allahını düşünməsi üçündür. Sonda isə namaz qılmaqla bu allahşünaslıq təkmilləşir.

<BASHLIQ3>AYƏT NAMAZININ FORMASI</BASHLIQ3>

Ayət namazı barəsində yalnız bir neçə nöqtəyə işarə olunacaq. Daha çox izah üçün risalələrə müraciət edin.

1. Ayət namazı iki rəkətdir və hər rəkətdə beş rüku var. Hər rükudan sonra həmd-surə oxuyub yenidən rükuya getmək olar. Bu qayda ilə beş dəfə rükuya gedilir. Hər rəkətdə bir həmd oxuyur, surənin ayələrini beş hissəyə bölmək olar. Hər rükudan əvvəl beş hissəyə bölünmüş surənin bir hissəsini oxuyub rükuya gedilir.

2. Ayət namazında da gündəlik namazlarda lazım olan şərtlərə riayət etmək vacibdir. Məsələn, təharət, qiblə və sair.

3. Ayət namazı dərhal qılınmalı və tə’xirə salınmamalıdır. Ay və günəş tutulmağa başlayarkən ayət namazı qılmaq olar. Əgər bir şəxs ayət namazı qılmasa günah etmişdir. Ömrünün axırınadək bu namazı qılmaq ona vacib olur. Nə vaxt qılarsa “əda” hesab olunur.

4. Ayət namazını vacib edən hadisə (məsələn zəlzələ) hansı şəhərdə baş verərsə, yalnız həmin şəhərin əhalisi üçün ayət namazı vacib olur.

5. Ay və ya günəşin bütöv, yaxud bir qisminin tutulmasının fərqi yoxdur. Hər iki halda ayət namazı qılmaq vacibdir.

<BASHLIQ3>MEYİT NAMAZI</BASHLIQ3>

Hətta körpə bir müsəlman dünyadan gedərkən, qüsl verib kəfənə bükdükdən sonra ona namaz qılınmalıdır. Meyit namazı adlanan bu ibadət əslində duadır. Çünki bu namazda nə rüku, nə səcdə, nə təşəhhüd, nə də salam var. Eyni zamanda dəstəmaz, qüsl, təyəmmüm və namaz qılan şəxsin bədəninin pak olması tələb olunmur. Lakin namaz şərtlərinə riayət olunması daha yaxşıdır.

Bu mərasimin cəm şəkildə olması daha yaxşıdır. Müsəlman cənazəsinə namaz qılmaq “kifayi” vacibdir. Yə’ni bütün müsəlmanlara vacib olan bu əməl, bir və ya bir neçə nəfər tərəfindən yerinə yetirilərsə digərlərinin boynundan götürülür.

Bu namaz ölmüş şəxs üçün rəhmət və bağışlanma istəyidir. Ölmüş şəxsə namaz qılmaq üçün dostları, qohumları və yaxınları xəbərdar etmək daha yaxşıdır. Bu namaz meyit üçün rəhmət, namaz qılanlar üçün isə mükafat səbəbidir.510

Bu namazda xüsusi cümlələr və dualar oxumaq müstəhəbdir. Meyit namazının forması belədir: Meyit namazında 5 təkbir var. Birinci təkbirdən sonra deyilir: “Əşhədu ən la ilahə illəllah və ənnə Muhəmmədən rəsulullah.”

İkinci təkbirdən sonra deyilir: “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.”

Üçüncü təkbirdən sonra deyilir: “Əllahumməğfir lil-mu’mininə vəl-mu’minat.”

Dördüncü təkbirdən sonra ölmüş şəxs kişidirsə “Əllahumməğfir li hazəl-məyyit” deyilir.

Beşinci təkbirdən sonra namaz başa çatır.

Meyitə namaz qılan şəxs üzüqibləyə durmalıdır və meyit onun qarşısında arxası üstə uzadılmalıdır. Meyitin başı namaz qılan şəxsin sağ tərəfində, ayaqları isə solunda olmalıdır.

Namaz qılan şəxs meyitdən uzaq olmamalıdır. Cəm şəkildə qılındıqda isə digər şəxslərin uzaqda olmasının eybi yoxdur. Lakin namaz qılanların bir-birləri ilə əlaqəsi qorunmalıdır.

Əgər (bilərəkdən və ya bilmədən) meyitə namaz qılınmasa və ya sonradan qılınmış namazın batil olması mə’lum olsa dəfndən sonra onun qəbrinə namaz qılınmalıdır. (Risalələrdə daha çox izah verilmişdir.)

<BASHLIQ3>YAĞIŞ NAMAZI</BASHLIQ3>

İlahi rəhmət (yağış) kəsildikdə, bulaqlar quruduqda, su azlığı yarandıqda Allahın rəhmətinin nazil olması və yağış yağması üçün namaz qılınır. Bu namazın adı “istisqa” və ya yağış namazıdır.

Bu da bir tövhid dərsidir. Yağış namazı Allahın rəhmət və qüdrətini yada salmaq üçündür. Çünki quraqlıq yarandıqda heç kimin əlindən heç bir iş gəlmir. Yalnız Allah buludlar göndərib öz rəhmətini xalqa nazil edə bilir.

Allah-təala buyurur: “De ki: “Əgər suyunuz qurusa, kim sizə axar su gətirə bilər?!”511

Quraqlıq və yağışın kəsilməsi xalqın günahlarına görə Allahın qəzəb nişanəsidir. Demək, Allahı yada salmaq ağlamaq, yalvarış və tövbə Allahın quraqlığın qarşısını almasına səbəb olur. Yağış namazı Allahın rəhmətini cəlb etmək üçündür.

<BASHLIQ3>YAĞIŞIN KƏSİLMƏ SƏBƏBİ</BASHLIQ3>

Bə’zən quraqlıq xalqın günahlarının nəticəsi olur. Bu günahlara görə Allah insanları quraqlıqla cəzalandırır.

Allahın rəsulu (s) buyurur: “Allah qəzəbləndiyi ümmətə əzab göndərməsə, qiymətlər qalxar, ömürlər qısalar, tacirlər qazanmaz, ağaclar bar verməz, çaylar quruyar, yağış kəsilər və pis insanlar onlara hakim olar.”512 Başqa bir hədisdə imam Sadiq (ə) buyurur: “Hakimlər öz mühakiməsində zülmə yol verdikdə yağış kəsilər.”

Rəvayətlərə əsasən, sadaladıqlarımızdan əlavə, aşkar günah, ne’mətlərə küfr, haqqın tapdanması, əskik satmaq, zülm, hiylə, əmr be mə’ruf və nəhy əz münkəri (yaxşılara əmr, pisliklərə qadağa) tərk etmək, zəkat verməmək və başqa günahlar bə’zən yağışın kəsilməsinə səbəb olur.513

Hədisdə deyilir: Həzrət Süleyman (ə) səhabələri ilə yağış namazı qılmaq üçün çölə gedirdi. Yolda ayaqlarından birini göyə qaldırıb dua edən bir qarışqayla rastlaşdı. Qarışqa deyirdi: “İlahi, biz Sənin zəif məxluqatınıq və Sənin ruzinə ehtiyaclıyıq. Bəni-Adəmin günahlarına görə bizi həlak etmə.”

Həzrət Süleyman (ə) səhabələrinə dedi: Qayıdın! Həqiqətən sizlərdən olmayan birinin duasına görə sirab oldunuz!”514

Demək, qürrələnmək olmaz. Allah bə’zən bir qarışqanın istəyinə görə bəndələrinə rəhmət nazil edir. Hətta bə’zən Fir’on kimi bir kafirin duasını qəbul edib yağış və su bolluğu əta edir. İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisdə deyilir ki, Fir’onun yaxınları ona Nil suyunun azaldığını dedilər, bu işin onların həlak olmasına səbəb olacağını bildirdilər. Fir’on onlardan həmin gün qayıtmalarını istədi. Gecə olan kimi Nil çayına getdi. Əllərini səmaya qaldırıb dedi: “İlahi! Səndən başqa su verə biləcək bir kəsin olmadığını bilirəm, buna görə bizə su ver.” Sübh Nil çayı daşdı.515

Düşmən muradına çatdığı zaman

Dostların istəyi çıxarmı yaddan?!

Bəli, mehriban Allah bəndələrinin yalvarışlarını və dualarını əvəzsiz və cavabsız qoymur. Allahın lütfünə nail olmaq üçün xaliscəsinə və səmimi qəlbdən Ona üz tutmalıyıq.

Şair deyir:

<center><table><tr><td>

Ey Allah, düşmənə saldınsa nəzər,

Əlbət ki, dostdan da tutarsan xəbər.

</td></tr></table></center>

<BASHLIQ3>YAĞIŞ NAMAZININ FORMASI</BASHLIQ3>

Yağış namazı bayram namazı kimi iki rəkətdir. Birinci rəkətdə beş qunut, ikinci rəkətdə dörd qunut var. Yağış namazının camaatla qılınması daha yaxşıdır.

Qunutlarda istənilən duanı oxumaq olar. Lakin elə bir dua oxumaq daha yaxşıdır ki, bu duada Allahdan yağış istənilsin. Hər duadan öncə Peyğəmbər (s) və onun ailəsinə salavat göndərmək bəyənilir. Həmd və surənin ucadan oxunması müstəhəbdir.

Bu namaz Allahın rəhmətini cəlb etmək üçündür. Elə buna görə yağış namazına aid olan müstəhəb əməllərdə bəndələrin ehtiyacını, kiçikliyini çatdıran və ilahi rəhməti cəlb edən göstərişlər verilmişdir:

Cammatın üç gün oruc tutması və üçüncü gün səhraya gedib namaz qılması; açıq səma altında toplaşmaq; ayaqyalın olmaq; xalqın minbəri özü ilə səhraya aparması; azan verənlərin, qocaların, körpələrin və heyvanların xalqla birlikdə olması; yalvarış və fəryadların ucalması üçün uşaqları analarından ayırmaq; kafirlərin xalqla yanaşı çölə getməsinin qarşısını almaq; pişnamaz və xalqın son dərəcə müt’ilik, vüqar və tələbkarlıqla çölə gedib namaz üçün təmiz yer seçməsi...516

Namaz sona çatdıqdan sonra pişnamaz minbərə qalxıb, əbasını dağınıq halda çiyninə atsın, uca səslə 100 dəfə təkbir desin. Sonra sağ tərəfi xalqa 100 dəfə “subhanəllah” desin və daha sonra sol tərəfi xalqa 100 dəfə uca səslə “la ilahə illəllah” desin. Xalqın da uca səslə bu şüarı təkrarlamasının eybi yoxdur. Çünki bu iş rəhmət və bağışlanmaya səbəb olur.

Pişnamaz və xalq əllərini dua üçün qaldırıb xeyli yalvarsın, dua etsinlər. Pişnamaz xütbə oxusun və Allahdan yağış istəsin. Mə’sumlardan nəql olunmuş xütbələrin oxunması daha yaxşıdır. Məsələn, həzrət Əli (ə) və imam Səccaddan (ə) nəql olunmuş xütbələr.517

<BASHLIQ3>YAĞIŞ NAMAZININ TARİXİ</BASHLIQ3>

Rəvayətlərdən mə’lum olduğu kimi, yağış namazı keçmiş peyğəmbərlərin vaxtında da olmuşdur. (Həzrət Süleymanın (ə) əhvalatını əvvəldə qeyd etdik)

Allahın rəsulunun (s) yağış namazı qılmaq qaydası barəsində hədislər və dualar, həzrət Əlidən (ə) nəql olunmuş xütbələr, imam Səccadın (ə) duaları əvvəllər də yağış namazının qılındığını göstərir.518

Tarixdə bə’zi böyük alimlər yağış namazı təşkil etmiş və Allah yağış yağdırmışdır. Bu namaz həssas bir namazdır. Əgər Allah duaları qəbul etməyib, yağış göndərməsə, Allah tərəfindən qəbul olunmamaq namaz qılanların xəcalət çəkməsinə səbəb olacaq. Buna görə yağış namazını bərpa etmək cür’ət və isar tələb edir.

Müasir tariximizdə məşhur yağış namazlarından biri Ayətullahul-üzma Seyyid Məhəmməd Təqi Xansarinin (r) namazıdır.

Yazılmışlara əsasən, hicri qəməri 1363-cü il, müttəfiqlər İranı işğal edən zaman Qum şəhərinə yağış yağmadı. Bağlar və tarlalar qurudu. Qum əhalisi üçün qıtlıq və quraqlıq təhlükəsi yarandı. Bu böyük mərcə (alim) iki gün ardıcıl şəkildə yağış namazı üçün Qum ətrafındakı çöllərə getdi. Qeybi və mə’nəvi işlərə inanmayanlar istehza etdilər. Lakin ikinci gün elə bir yağış yağdı ki, hər tərəfi su bürüdü.

(“Asarul-huccət və gəncineyi daneşməndan”, 1-ci cild, səh.324. Həmin mərhumun qəbri həzrət Mə’sumənin (ə) hərəmindədir).

<BASHLIQ3>DİGƏR NAMAZLAR</BASHLIQ3>

Bəndə ilə Allah arasında ünsiyyət yaratmaq üçün bir çox namaz tövsiyə edilmişdir. O cümlədən, ğüfeylə namazı, hacət namazı, birinci qəbir gecəsinin namazı (ləylətül-dəfn), ayın əvvəlinin namazı və başqa namazlar dua kitablarında göstərilmişdir. Maraqlananlar bu kitablara müraciət etsinlər. Bu məqamda yazını sona çatdırırıq. Ümid edirik ki, söhbətlərimiz özümüz və başqaları üçün faydalı olacaq, axirət yolunda azuqə kimi bəhrə verəcək.

ƏL-HƏMDU LİLLAHİ RƏBBİL-ALƏMİN

1 Zariat surəsi, ayə 56.

2 Nəhl surəsi, ayə 36.

3 Zumər surəsi, ayə 7.

4 Qureyş surəsi, ayə 4.

5 Nəhcül-bəlağə, 147-ci xütbə.

6 Nəhl surəsi, ayə 96.

7 Qəsəs surəsi, ayə 88.

8 Yasin surəsi, ayə 61.

9 Bəqərə surəsi, ayə 45 və 153.

10 Mizanul-hikmə, 7-ci cild, səh.542.

11 Vəsail, 12-ci cild, səh.11.

12 Muhəccətul-bəyza, 1-ci cild, səh.19.

13 “Nəhcül-fəsahə”.

14 “Səfinətul-bihar”.

15 “Səfinətul-bihar”, “Əbd” kəlməsi.

16 “Muhəccətul-bəyza”, 1-ci cild, səh.366.

17 “Bihar”, 84-cü cild, səh.259.

18 “Nisa” surəsi, ayə 43.

19 “Vafi”, 2-ci cild, səh.10.

20 “Üsuli-Kafi”, 2-ci cild, səh.83.

21 “Kəhf” surəsi, ayə 110.

22 “Bihar”, 70-ci cild, səh.252; “Vəsail”, 1-ci cild, səh.58.

23 “Bəyyinə” surəsi, ayə 5.

24 “Mu’minun” surəsi, ayə 2.

25 “Misbahuş-şəriət”, səh.8.

26 “Bihar” 84-cü cild, səh.233.

27 “Bihar”, 70-ci cild, səh.251.

28 “Səhifeyi-Səccadiyyə”, 20-ci dua.

29 “Bəqərə” surəsi, ayə 264.

30 “Mizanul-hikmət”, həsəd kəlməsi.

31 “Kafi”, 2-ci cild, səh.314.

32 “Fatir” surəsi, ayə 8.

33 “Kəhf” surəsi, ayə 104.

34 “Tövbə” surəsi, ayə 37.

35 “Maidə” surəsi, ayə 27; “Tövbə” surəsi, ayə 53.

36 bax: “Hud” surəsi, ayə 16; “Furqan” surəsi, ayə 23.

37 “Yusuf” surəsi, ayə 101.

38 “Ali İmran” surəsi, ayə 193.

39 bax: “Ə’raf” surəsi, ayə 128; “Hud” surəsi, ayə 49; “Qəsəs” surəsi, ayə 83.

40 “Təkvir” surəsi, ayə 26.

41 “Səhifeyi-Səccadiyyə”, gecə namazından sonranın duası.

42 “Biharul-Ənvar”, 41-ci cild, səh.12.

43 “Taha” surəsi, ayə 1 və 2; mənbə: “Bihar”, 16-cı cild, səh.202; “Təfsire-Nurus-səqələyn”, 3-cü cild, səh.366.

44 “Biharul-ənvar”, 43-cü cild, səh.61.

45 “Biharul-ənvar”, 4-cü cild, səh.64.

46 “Biharul-ənvar”, 46-cı cild, səh.75.

47 “Biharul-ənvar”, 48-ci cild, səh.107.

48 “Bəqərə” surəsi, ayə 165.

49 “Fatir” surəsi, ayə 10.

50 bax: “Ənkəbut” surəsi, ayə 17.

51 “Maidə” surəsi, ayə 76.

52 “Ə’raf” surəsi, ayə 194.

53 “Ənbiya” surəsi, ayə 54.

54 “Məryəm” surəsi, ayə 82.

55 “Həcc” surəsi, ayə 71.

56 “Tuhəful-uqul”, səh.456.

57 “Nurus-səqələyn”, 3-cü cild, səh.357.

58 “Bəqərə” surəsi, ayə 87.

59 “Nisa” surəsi, ayə 65.

60 “Nisa” surəsi, ayə 77.

61 bax: “Bəqərə” surəsi, ayə 143.

62 bax: “Saffat” surəsi, ayə 102.

63 “Məryəm” surəsi, ayə 65.

64 “Bihar”, 77-ci cild, səh.68.

65 “Nəhcül-fəsahə”.

66 “Əl-Həyat”, 1-ci cild, səh.331.

67 “Bihar”, 77-ci cild, səh.164.

68 “Ənkəbut” surəsi, ayə 56.

69 “Nəhcül-bəlağə”, Feyzul-İslam, 192-ci xütbə.

70 “Əsr” surəsi, ayə 3.

71 İmam Rahilin “Tovzihul-məsail”inin 2252-ci məsələsində bu barədə izah verilmişdir..

72 “Nisa” surəsi, ayə 6.

73 bax: “Nur” surəsi, ayə 58.

74 “Loğman” surəsi, ayə 17.

75 “Ən’am” surəsi, ayə 152.

76 “Həcc” surəsi, ayə 78.

77 “Fəth” surəsi, ayə 17.

78 “Təfsiri Safi”, 2-ci cild, səh.35.

79 “Bihar”, 70-ci cild, səh.230.

80 “Bihar”, 70-ci cild, səh.242.

81 “Qisarul-cuməl”, 2-ci cild, səh.73.

82 “Bəqərə” surəsi, ayə 128.

83 “Bəqərə” surəsi, ayə 189.

84 “Əl-Mizan”, 2-ci cild, səh.59.

85 “Bəqərə” surəsi, ayə 59.

86 bax: “Tövbə” surəsi, ayə 36.

87 “Tövbə” surəsi, ayə 37.

88 “Bihar”, 71-ci cild, səh.173.

89 “Maidə” surəsi, ayə 5.

90 “Tövbə” surəsi, ayə 18.

91 “Nəhl” surəsi, ayə 97.

92 “Vəsail”, 1-ci cild, səh.90.

93 “Kafi”, 1-ci cild, səh.430.

94 “Kafi”, 1-ci cild, səh.193 və 145.

95 “Kafi”, 2-ci cild, səh.75; “Bihar”, 71-ci cild, səh.187.

96 “Maidə” surəsi, ayə 27.

97 “Maidə” surəsi, ayə 27.

98 “Bihar”, 96-cı cild, səh.12.

99 “Səfinətul-bihar”.

100 “Camius-səadət”, 2-ci cild, səh.234.

101 “Məkarimul-əxlaq”, səh.554.

102 “Üsuli-kafi”, 2-ci cild, səh.361.

103 “Üsuli-kafi”, 2-ci cild, səh.321.

104 “Vəsail”, 14-cü cild, səh.116.

105 “Üsuli-kafi”, 2-ci cild, səh.349.

106 “Ənkəbut” surəsi, ayə 45.

107 “Bihar”, 82-ci cild, səh.198.

108 bax: “Tövbə” surəsi, ayə 117.

109 bax: “Səcdə” surəsi, ayə 15.

110 “Qisarul-cuməl”, 2-ci cild, səh.74.

111 “Nəhcül-fəsahə”, səh.522.

112 “Əl-Həyat”, 1-ci cild, səh.318.

113 “Hədid” surəsi, ayə 10.

114 “Qisarul-cuməl”, 2-ci cild, səh.30.

115 “Maidə” surəsi, ayə 54.

116 “Əhzab” surəsi, ayə 39.

117 “Nisa” surəsi, ayə 142.

118 “Cinn” surəsi, ayə 16.

119 bax: “Ənbiya” surəsi, ayə 20.

120 “Üsuli-kafi”, 1-ci cild, səh.36.

121 “Üsuli-kafi”, 1-ci cild, səh.57.

122 bax: “Ənkəbut” surəsi, ayə 45.

123 bax: “Taha” surəsi, ayə 14.

124 bax: “Rə’d” surəsi, ayə 28.

125 bax: “Bəqərə” surəsi, ayə 183.

126 bax: “Həcc” surəsi, ayə 28.

127 bax: “Tövbə” surəsi, ayə 103.

128 bax: “Maidə” surəsi, ayə 91.

129 bax: “Bəqərə” surəsi, ayə 179.

130 Sübhi Saleh, “Nəhcül-bəlağə”, 252-ci hikmət, Feyzul-İslam, 244-cü hikmət.

131 “Şəms” surəsi, ayə 8.

132 “Qiyamət” surəsi, ayə 5 və 6.

133 “Qəmər” surəsi, ayə 2.

134 “Loğman” surəsi, ayə 17.

135 “Taha” surəsi, ayə 14.

136 bax: “Kənzul-ummal”, 7-ci cild, səh.279.

137 bax: “Bihar”, 77-ci cild, səh.77.

138 “Bəqərə” surəsi, ayə 45.

139 “Nəhcül-bəlağə”, 252-ci hikmət.

140 “Kövsər” surəsi, ayə 2.

141 bax: “Fürui-Kafi”, 1-ci cild, səh.270.

142 “Kənzul-ummal”, 7-ci cild, səh.279.

143 bax: “Mustədrək”, 1-ci cild, səh.172.

144 “Nəhcül-fəsahə”, 3075-ci cümlə.

145 bax: “Nəhcül-fəsahə”, 1588-ci cümlə.

146 bax: “Fürui-kafi”, 1-ci cild, səh.267.

147 bax: “Vəsail”, 1-ci cild, səh.4.

148 bax: “Nəhcül-fəsahə”, 979-cu cümlə.

149 bax: “Vəsail”, 3-cü cild, səh.7.

150 bax: “Fürui-kafi”, 1-ci cild, səh.265.

151 bax: “Fürui-kafi”, 1-ci cild, səh.264.

152 “Bəqərə” surəsi, ayə 45.

153 bax: “Ğurərul-hikəm”, səlat.

154 “Məryəm” surəsi, ayə 31.

155 “İbrahim” surəsi, ayə 37.

156 bax: “Bihar”, 81-ci cild.

157 bax: “Nəhcül-bəlağə”, 237-ci hikmət.

158 bax: “Vəsail”, 3-cü cild, səh.13.

159 “Hud” surəsi, ayə 114.

160 “Muddəssir” surəsi, ayə 42.

161 “Maun” surəsi, ayə 4 və 5.

162 “Muhəccətul-bəyza”, 1-ci cild, səh.301.

163 “Nəhcül-fəsahə”, 1098-ci cümlə.

164 “Bihar”, 84-cü cild, səh.242.

165 “Bihar”, 84-cü cild, səh.284.

166 “Vəsail”, 3-cü cild, səh.19.

167 “Vəsail”, 3-cü cild, səh.19.

168 “Səfinətul-Bihar”, 2-ci cild, səh.43.

169 “Vəsail”, 3-cü cild, səh.15.

170 “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.173.

171 “Bihar”, 84-cü cild, səh.242.

172 “Bihar”, 84-cü cild, səh.258.

173 “Nəhcül-fəsahə”, 54-cü cümlə.

174 bax: “Bihar”, 84-cü cild, səh.317.

175 “Bihar”, 84-cü cild, səh.253 və 258.

176 “Muhəccətul-bəyza”, 1-ci cild, səh.354.

177 bax: “Bihar”, 84-cü cild, səh.317.

178 “Nəhcül-fəsahə”, 132-ci cümlə.

179 “Təfsiri Safi”, 2-ci cild, səh.370.

180 bax: “Bihar”, 84-cü cild, səh.274.

181 “Vəsail”, 1-ci cild, səh.68.

182 “Bihar”, 84-cü cild, səh.258.

183 “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.174

184 “Səfinətul-bihar”, 2-ci cild, səh.44.

185 “Muhəccətul-bəyza”, 1-ci cild, səh.354

186 “Muhəccətul-bəyza”, 1-ci cild, səh.354

187 “Nəhcül-fəsahə”, 1672-ci cümlə.

188 “Muhəccətul-bəyza”, 1-ci cild, səh.382.

189 “Vafi”, 2-ci cild, səh.13.

190 “Nəhcül-fəsahə”, 1669-cı cümlə.

191 “Nəhcül-bəlağə”, 184-cü xütbə.

192 “Vəsail”, 1-ci cild, səh.256.

193 “Muhəccətul-bəyza”, 1-ci cild, səh.281.

194 “Vəsail”, 1-ci cild, səh.257

195 bax: “Muhəccətul-bəyza”, 1-ci cild, səh.281.

196 bax: “Qisarul-cuməl”, 1-ci cild, səh.311.

197 bax: “Vəsail”, 1-ci cild, səh.266.

198 bax: “Tovzihul-məsail”, dəstəmaz bölməsi.

199 bax: “Tovzihul-məsail”, dəstəmaz bölməsi.

200 “Muhəccətul-bəyza”, 1-ci cild, səh.301.

201 “Muhəccətul-bəyza”, 1-ci cild, səh.281.

202 “Muhəccətul-bəyza”, 1-ci cild, səh.308; “Uyuni əxbarir-Riza”, 2-ci cild, səh.105.

203 İmam Rahil, “Tovzihul-məsail”, 788, 789, 864, 865 və 886-cı məsələlər.

204 Həmin mənbə.

205 “Tovzihul-məsail”, 874-cü məsələ.

206 “Tovzihul-məsail”, 884-cü məsələ.

207 “Tovzihul-məsail”, 898-ci məsələ.

208 Qiblənin dəyişməsi “Bəqərə” surəsinin 142-dən 149-dək ayələrində geniş şəkildə bəyan olunmuşdur. Bu ayələrin təfsirinə müraciət edin..

209 bax: “Kənzul-ummal”, 7-ci cild, səh.692.

210 “Kənzul-ummal”, 7-ci cild, səh.690.

211 bax: “Vəsail”, 4-cü cild, səh.615.

212 bax: “Vəsail”, 4-cü cild, səh.612.

213 bax: “Biharul-ənvar”, 21-ci cild, səh.133.

214 bax: “Səfinətul-bihar”, 1-ci cild, “Bilal” kəlməsi.

215 bax: “Vəsail”, 4-cü cild, səh.614.

216 bax: “Səfinətul-bihar”, 1-ci cild, “Bilal” kəlməsi.

217 bax: “Səfinətul-bihar”, 1-ci cild, “Bilal” kəlməsi.

218 bax: Dehxuda lüğətnaməsi, “Bilal” kəlməsi.

219 bax: “Kənzul-ummal”, 7-ci cild, səh.692.

220 “Təfsiri Nümunə”, 4-cü cild, səh.438.

221 “Ənkəbut” surəsi, ayə 69.

222 “Rövzətul-muttəqin”, 2-ci cild, səh.141.

223 “Rövzətul-muttəqin”, 2-ci cild, səh.142.

224 bax: “İbrahim” surəsi, ayə 37.

225 “Məryəm” surəsi, ayə 96.

226 “Bihar”, 70-ci cild, səh.25.

227 “Nəhcül-bəlağə”, 193-cü xütbə.

228 bax: “Ə’raf” surəsi, ayə 45.

229 bax: “Bəqərə” surəsi, ayə 138.

230 “Fehresti Ğurər”, “İxlas” kəlməsi.

231 “Qəsəs” surəsi, ayə 88.

232 “Kəhf” surəsi, ayə 110.

233 bax: “Muhəccətul-bəyza”, 6-cı cild, səh.171.

234 “Tuhəful-uqul”, səh.487.

235 “Fehresti Ğurər”, “İxlas” kəlməsi.

236 “Nəhcül-bəlağə”, 53-cü məktub.

237 “Fehresti Ğurər”, səh.398.

238 “Fehresti Ğurər”, səh.399, “Niyyət” kəlməsi.

239 “Fehresti Ğurər”, səh.398, “Niyyət” kəlməsi.

240 “Bihar”, 70-ci cild, səh.205.

241 “Muhəccətul-bəyza”, 5-ci cild, səh.74.

242 “Bihar”, 70-ci cild, səh.199.

243 “Bihar”, 70-ci cild, səh.201.

244 bax: “Zilzal” surəsi, ayə 7.

245 “Nəhcül-bəlağə”, 32-ci xütbə.

246 “İsra” surəsi, ayə 19.

247 bax: “Həcc” surəsi, ayə 73.

248 bax: “Mulk” surəsi, ayə 30.

249 “Qəsəs” surəsi, ayə 71 və 72.

250 bax: “Qəsəs” surəsi, ayə 81.

251 “Duxan” surəsi, ayə 25 və 26.

252 “Bəqərə” surəsi, ayə 72.

253 bax: “Maun” surəsi, ayə 5-6.

254 bax: “Səfinətul-bihar”, 1-ci cild, səh.499.

255 bax: “Dəhr” surəsi, ayə 10.

256 “Nəhcül-bəlağə”, 290-cı hikmət.

257 “Nəhcül-bəlağə”, 237-ci hikmət.

258 bax: “Muhəccətul-bəyza”, 5-ci cild, səh.77.

259 “Cameus-səadət”, 2-ci cild, səh.404.

260 “Fehresti Ğurərul-hikəm”.

261 “Hicr” surəsi, ayə 99.

262 (“İnsan” surəsi, ayə 9.

263 “Muhəccətul-bəyza”, 6-cı cild, səh.144.

264 “Tövbə” surəsi, ayə 24.

265 “Nəhcül-bəlağə”, 26-cı məktub.

266 “Maidə” surəsi, ayə 54.

267 bax: “Bəqərə” surəsi, ayə 113.

268 “Fehresti Ğurərul-hikəm”.

269 bax: “Ənfal” surəsi, ayə 29.

270 bax: “Hədid” surəsi, ayə 28.

271 bax: “Fehresti Ğurər”, səh.92.

272 bax: “Nəhl” surəsi, ayə 66.

273 “Munafiqun” surəsi, ayə 1.

274 “Muhəccətul-bəyza”, 1-ci cild, səh.385.

275 “Muhəccətul-bəyza”, 1-ci cild, səh.385.

276 “Nəhcül-bəlağə”, Həmmam xütbəsi.

277 “Hud” surəsi, ayə 119.

278 “Təfsiri Safi”, 1-ci cild, səh.51.

279 “Ali İmran surəsi, ayə 101.

280 “Təfsiri Qurtəbi”, 1-ci cild, “Bismillah”ın təfsiri.

281 “Təfsiri Fəxr Razi” və “Məcməul-bəyan”, 1-ci cild, “Bismillah”ın təfsiri.

282 “Təfsiri Safi”, 1-ci cild, səh.52.

283 bax: “İsra” surəsi, ayə 67.

284 “İsra” surəsi, ayə 83.

285 bax: “Yasin” surəsi, ayə 77.

286 “İnfitar” surəsi, ayə 6.

287 “Ələq” surəsi, ayə 6-7.

288 “Qəsəs” surəsi, ayə 78.

289 bax: “Saffat” surəsi, ayə 13.

290 “Ən’am” surəsi, ayə 164.

291 bax: “Bəqərə” surəsi, ayə 222.

292 “Zumər” surəsi, ayə 53.

293 bax: “Furqan” surəsi, ayə 70.

294 “İnfitar” surəsi, ayə 19.

295 “Mu’minun” surəsi, ayə 16.

296 bax: “Məkarimul-əxlaq”, Peyğəmbərdən (s) Əbuzər Ğəffariyə.

297 “Nurus-səqələyn”, 1-ci cild, səh.16, 78-ci hədis.

298 “Hud” surəsi, ayə 56.

299 “Zuxruf” surəsi, ayə 43.

300 “Yasin” surəsi, ayə 61.

301 “Nurus-səqələyn”, 1-ci cild, səh.17.

302 “Ali İmran” surəsi, ayə 101.

303 “Təfsiri Nümunə” Təfsiri Safidən nəql olunmuşdur.

304 “Bihar”, 24-ci cild, səh.9.

305 “Bihar”, 24-ci cild, səh.9.

306 bax: “Bihar”, 8-ci cild, səh.65.

307 “Nəhcül-bəlağə”, 108-ci hikmət.

308 “Nəhcül-bəlağə”, Sübhi Saleh, 347-ci hikmət.

309 “Mizanul-hikmət”, 8-ci cild, səh.546.

310 “Furqan” surəsi, ayə 67.

311 “Nisa” surəsi, ayə 69.

312 “Təfsiri Nümunə”, 1-ci cild, səh.53.

313 bax: “Bihar”, 24-cü cild, səh.30-dan sonra.

314 “Qəsəs” surəsi, ayə 17.

315 bax: “Qəsəs” surəsi, ayə 40

316 bax: “Qəsəs” surəsi, ayə 81.

317 bax: “Səf” surəsi, ayə 3.

318 müraciət edin: “Hicr” surəsi, ayə 74; “Hud” surəsi, ayə 59 və 60; “Fəth” surəsi, ayə 6; “Nisa” surəsi, ayə 93.

319 “Peyami Qur’an”; “Təfsiri Mizan”, 1-ci cild.

320 “Rə’d” surəsi, ayə 16.

321 “Ən’am” surəsi, ayə 164.

322 “Ali İmran surəsi, ayə 189.

323 “Nəml” surəsi, ayə 62.

324 “Bihar”, 3-cü cild, səh.223.

325 “Bihar”, 3-cü cild, səh.223.

326 “Şura” surəsi, ayə 11.

327 bax: “Mu’minun” surəsi, ayə 1 və 2.

328 “Bihar”, 84-ci cild, səh.228, “Mizanul-hikmət” kitabından nəql olunub.

329 “Bihar” 81-ci cild, səh.230.

330 “Muhəccətul-bəyza”, 1-ci cild, səh.390.

331 bax: “Bihar”, 82-ci cild, səh.108.

332 bax: “Bihar”, 82-ci cild, səh.110.

333 “Vafi”, 2-cild, səh.107.

334 Həmin mənbə.

335 “Vaqiə” surəsi, ayə 74.

336 “Əl-Mizan”, 19-cu cild, səh.160.

337 “Nəhcül-bəlağə”, 1-ci xütbə.

338 bax: “İsra” surəsi, ayə 44.

339 “Nəhl” surəsi, ayə 49.

340 “Bihar”, 82-ci cild, səh.139.

341 “Taha” surəsi, ayə 55.

342 bax: “Vəsail”, 3-cü cild, səh.591.

343 bax: “Cinn” surəsi, ayə 18.

344 bax: “Yusif” surəsi, ayə 100.

345 “Həcc” surəsi, ayə 18.

346 bax: “Nəml” surəsi, ayə 16.

347 bax: “Nəml” surəsi, ayə 19.

348 “İsra” surəsi, ayə 44.

349 “Əl-Mizan”, 13-cü cild, səh.117.

350 “Vəsail”, 8-ci cild, səh.353.

351 “Təfsiri Nümunə, 12-ci cild, səh.140.

352 bax: “Nəml” surəsi, ayə 23.

353 bax: “Bihar”, 82-ci cild, səh.137.

354 bax: “Qisarul-cuməl”, səcdə.

355 bax: “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.329.

356 bax: “Bihar”, 6-cı cild, səh.130.

357 bax: “Qisarul-cuməl”, səcdə.

358 bax: “Vəsail”, 4-ci cild, səh.979.

359 bax: “Vəsail”, 4-ci cild, səh.977.

360 “Fəth” surəsi, ayə 29.

361 “Bihar”, 82-ci cild, səh.162; “Mustədrək”, 1-ci cild, səh.329.

362 “Bihar”, 82-ci cild, səh.164; “Mustədrək”, 1-ci cild, səh.329.

363 “Bihar” 82-ci cild, səh.163.

364 “Bihar”, 82-ci cild, səh.164.

365 bax: “Vəsail”, 3-cü cild, səh.608.

366 bax: “Bihar”, 100-ci cild, səh.135, səh.106 və 140. İmam Hüseynin (ə) tərübətinə aid rəvayətlər.

367 bax: “Tur” surəsi, ayə 43.

368 “Şura” surəsi, ayə 30.

369 “Qələm” surəsi, ayə 29.

370 “Ən’am” surəsi, ayə 91.

371 “Tur” surəsi, ayə 43.

372 “Ənbiya” surəsi, ayə 22.

373 “Ali İmran” surəsi, ayə 191.

374 “Ənbiya” surəsi, ayə 87.

375 “Nəhl” surəsi, ayə 57.

376 bax: “Taha” surəsi, ayə 130.

377 bax: “Taha” surəsi, ayə 130.

378 “Ğafir” surəsi, ayə 55.

379 “Tur” surəsi, ayə 48.

380 bax: Qunut barəsində deyilənlər: “Cəvahir”, 10-cu cild, səh.352 və 362.

381 bax: “Bihar”, 82-ci cild, səh.199; “Cəvahir”, 10-cu cild, səh.367.

382 bax: “Bihar”, 82-ci cild, səh.206, bu kitabda qunut barəsində xeyli hədis nəql olunmuşdur.

383 bax: “Vəsail”, 4-ci cild, səh.988; “Bihar”, 82-ci cild, səh.283.

384 İmam Rizadan (ə) nəql olunmuş bir hədisin məzmunu, “Bihar”, 82-ci cild, səh.284.

385 “Əl-Ğədir”, 2-ci cild, səh.303.

386 “Səhihi Buxari”, 8-ci cild, Məhəmmədə salam babı.

387 “Təfsiri Fəxr Razi”, 25-ci cild, səh.227; “Kənzul-ummal”, 1-ci cild, səh.495.

388 bax: “Vəsail”, 4-ci cild, səh.1219; “Bihar”, 91-ci cild, səh.48.

389 bax: “Vəsail”, 4-ci cild, səh.1221.

390 “Vəsail”, 4-ci cild, səh.1218.

391 bax: “Vəsail”, 4-ci cild, səh.1222.

392 bax: “Kənzul-ummal”, 1-ci cild, səh.488 və 489; “Bihar”, 91-ci cild.

393 bax: “Cameyi-kəbirə” ziyarəti; “Kənzul-ummal”, 1-ci cild, səh.492.

394 bax: “Qisarul-cuməl”.

395 “Bihar”, 91-ci cild, səh.64 və 65.

396 bax: “Bihar”, 91-ci cild, səh.64 və 65.

397 bax: “Həşr” surəsi, ayə 22.

398 “Əl-Mizan”, 19-cu cild, səh.256.

399 bax: “Yasin” surəsi, ayə 56.

400 bax: “Ən’am” surəsi, ayə 54.

401 bax: “Rə’d” surəsi, ayə 24.

402 bax: “İbrahim” surəsi, ayə 23.

403 bax: “Bihar”, 73-cü cild, səh.4.

404 bax: “Bihar”, 73-cü cild, səh.3.

405 bax: “Bihar”, 73-cü cild, səh.8.

406 bax: “Bihar”, 73-cü cild, səh.12.

407 “Qisarul-cuməl”, 1-ci cild, səh.321.

408 “Nisa” surəsi, ayə 86.

409 bax: “Bihar”, 73-cü cild, səh.10.

410 “Bihar”, 73-cü cild, səh.11.

411 “Nur” surəsi, ayə 61.

412 bax: “Təfsiri Nümunə”, 14-cü cild, səh.553.

413 bax: “Mizanul-hikmə”, 4-cü cild, səh.538.

414 bax: “Bihar”, 4-cü cild, səh.335.

415 bax: “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.336.

416 bax: “İnşirah” surəsi, ayə 7.

417 “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.336.

418 “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.336.

419 “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.336.

420 “Vəsail”, 4-cü cild, səh.1023.

421 “Vafi”, 2-ci cild, səh.121.

422 bax: “Vəsailuş-şiə”, 4-ci cild, səh.1037.

423 “Vəsail”, 4-ci cild, səh.1024.

424 bax: “Cəvahir”, 10-cu cild, səh.405.

425 bax: “Vəsail”, 4-ci cild, səh.1033.

426 bax: “Səhihi Müslim”, 1-ci cild, səh.418; “Səhihi Buxari”, 1-ci cild, səh.110; “Sunəni ibn Macə”, 1-ci cild, səh.299, namazın tə’qibatı mövzusu.

427 bax: “İbrahim” surəsi, ayə 5.

428 bax: “Biharul-ənvar”, 83-cü cild (Beyrut), səh.194, bu kitabda şükür barəsində təxminən 87 rəvayət, 38 ayə nəql edilmişdir.

429 bax: “Bihar”, 83-cü cild, səh.200.

430 “Vəsail”, 4-ci cild, səh.1071.

431 “Vəsail”, 4-ci cild, səh.1071; “Vafi”, 2-ci cild, səh.123.

432 “Bihar”, 83-cü cild, səh.200.

433 “Nəfl” kəlməsi əlavə mə’nasını bildirir..

434 “Biharul-ənvar”, kitabının 84-ci cildi müstəhəb namazlar haqqında rəvayətlərə həsr edilib və bu barədə yüzlərlə hədis nəql olunub.

435 “Qisarul-cuməl”, 2-ci cild.

436 bax: “Bihar”, 84-ci cild, səh.47.

437 “Bihar”, 84-ci cild, səh.43; “Vəsail”, 3-cü cild, səh.56.

438 “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.177.

439 bax: “Qisarul-cuməl”, nafilə.

440 “İsra” surəsi, ayə 79.

441 “Ali İmran” surəsi, ayə 17.

442 “Furqan” surəsi, ayə 64.

443 “Zariyat” surəsi, ayə 17.

444 bax: “Səcdə” surəsi, ayə 17.

445 bax: “Bihar”, 84-ci cild, səh.136.

446 “Vafi”, 2-ci cild, səh.22.

447 “Vafi”, 2-ci cild, səh.21.

448 “Vafi”, 2-ci cild, səh.22.

449 “Vəsail”, 5-ci cild, səh.272.

450 bax: “Vafi”, 2-ci cild, səh.22.

451 “Misbahuş-şəriət”.

452 “Nurus-səqələyn”, 3-cü cild, səh.204.

453 bax: “Səvabul-ə’mal”, səh.88.

454 bax: “Vəsail”, 5-ci cild, səh.375; “Kənzul-ummal”, 8-ci cild, 22799-cı hədis.

455 bax: “Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, səh.377.

456 bax: “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.488.

457 bax: “Kənzul-ummal”, 8-ci cild, 22815-ci hədis, İslam peyğəmbərindən nəql olunub.

458 bax: “Kənzul-ummal”, 8-ci cild, 22828 və 22827-ci hədis.

459 bax: “Mustədrəkul-vəsail”, 1-ci hədis, səh.487; həzrət imamın risaləsi, məsələ 1400.

460 “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.488.

461 bax: “Kənzul-ummal”, 8-ci cild, səh.256.

462 bax: “Nisa” surəsi, ayə 142.

463 “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.488.

464 Həmin mənbə.

465 Həmin mənbə, səh.689; “Vəsail”, 5-ci cild, səh.373.

466 bax: “Səfinətul-bihar”, 1-ci cild, camaat.

467 “Kənzul-ummal”, 8-ci cild, 22792-ci hədis.

468 bax: İmamın “Tovzihul-məsail”i məsələ 1400.

469 bax: Həmin mənbə, məsələ 1402.

470 bax: “Mən la yəhzur”, 1-ci cild, səh.377.

471 bax: “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.490.

472 bax: “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.491; “Vəsail”, 5-ci cild, səh.416.

473 bax: “Vafi”, 2-ci cild, səh.177.

474 bax: “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.491.

475 bax: Həmin mənbə.

476 bax: “Vəsail”, 5-ci cild, səh.417; “Mustədrək”, 1-ci cild, səh.492.

477 “Nurus-səqələyn”, 2-ci cild, səh.19.

478 bax: “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.492.

479 Həmin mənbə.

480 bax: “Mən la yəhzur”, 1-ci cild, səh. 381.

481 bax: “Vafi”, 1-ci cild, səh.177; “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.492 və 493; “Vəsail”, 5-ci cild, səh.419.

482 bax: “Mən la yəhzur”, 1-ci cild, səh.378.

483 bax: “Təhrirul-vəsilə”, 1-ci cild, pişnamaz mövzusu.

484 “Bihar”, 75-ci cild, səh.248.

485 “Bihar”, 67-ci cild, səh.1.

486 “İstibsar”, 3-cü cild, səh.12.

487 bax: “Vəsail”, 18-ci cild, səh.291.

488 “İstibsar”, 3-cü cild, səh.13.

489 bax: “Vəsail”, 18-ci cild, səh.295.

490 bax: “Cəvahir”, 13-cü cild, səh.277; “Təhrirul-vəsilə”, 1-ci cild, pişnamazın şərtləri.

491 bax: “Təhrirul-vəsilə”, pişnamazın şərtləri.

492 Həzrət İmam, “Tovzihul-məsail”.

493 Həzrət İmamın risaləsi, məsələ 1356.

494 “Cumuə” surəsi, ayə 9.

495 “Mizanul-hikmət”, 5-ci cild, səh.426.

496 Qeyd olunacaq mənbələrə müraciət edə bilərsiniz: “Bihar”, 89-cu cild, səh.122; “Vəsail”, 5-ci cild, səh.1; “Mən la yəhzur”, 1-ci cild, səh.409; “Kənzul-ummal”, 7-ci cild, səh.707 və 8-ci cild, səh.368.

497 “Vəsail”, 5-ci cild, səh.3.

498 “Vəsail”, 5-ci cild, səh.47.

499 “Vəsail”, 5-ci cild, səh.28

500 “Mustədrəkul-vəsail”, 6-cı cild, səh.27.

501 bax: “Biharul-ənvar”, 86-cı cild, səh.255.

502 Nur səhifəsi.

503 “Vəsail”, 5-ci cild, səh.141; “Mən la yəhzur”, 1-ci cild, səh.522.

504 “Vəsail”, 5-ci cild, səh.140; “Mən la yəhzur”, 1-ci cild, səh.511.

505 “Vəsail”, 5-ci cild, səh.141.

506 “Mən la yəhzur”, 1-ci cild, səh.511.

507 “Mən la yəhzur”, 1-ci cild, səh.511.

508 “Vəsail”, 5-ci cild, səh.144.

509 “Vəsail”, 5-ci cild, səh.145.

510 bax: “Vəsail”, 2-ci cild, səh.762.

511 “Mulk” surəsi, ayə 30.

512 “Mən la yəhzur”, 1-ci cild, səh.524.

513 bax: “Təhrirul-vəsilə”, 1-ci cild, səh.245, istisqa namazı.

514 “Mən la yəhzur”, 1-ci cild, səh.524.

515 “Mən la yəhzur”, 1-ci cild, səh.526.

516 “Təhrirul-vəsilə”, 1-ci cild, səh.245.

517 “Mən la yəhzur”, 1-ci cild, səh.527: “Əl-həmdu lillahi sabiqinniəm...”, “Mustədrəki-Nəhcul-bəlağə”, 6-cı cild, səh.268, Həzrət Əlinin (ə) duası; “Səhifeyi Səccadiyyə”, 19-cu dua.

518 Müraciət edin: “Mən la yəhzuruhul-fəqih”, istisqa (yağış) namazı mövzusu.


1. Строительные машины
2. Вариант 2 1. Перепишите слова расставьте ударения укажите варианты если есть
3. Криворізький навчально ~ виробничий центр гр
4. На конец дощечки лежащий на земле кладут 12 палочек
5. Причини карибської кризи
6. У ньому розглядаються зміст предмета естетики мета завдання та функції на сучасному етапі суспільного роз
7. Утверждаю Вицеминистр образования и науки Республики Казахстан К
8. Математичне програмування
9. Plese look t the pictures Wht prts of the world nd wht trditions re represented in the pictures Wht typicl or stereotypicl fetures do they show bout ech of the cultures nd societies
10. . В чем состоят теоретические основания и особенности конструирования контрольных переменных для проверки и
11. на тему- Моделирование перевозки пассажиров такси Выполнил- студент гр
12. Статья- Второй Период Истории Апостольского Века
13. Основи охорони праці- Дайте визначення поняття охорони праці
14. Введение в системы управления
15. на тему ldquo;Еволюція уявлень людства про будову Всесвітуrdquo; Виконала Учени
16. ВАРИАНТЫ ОПЛАТЫ ЗАКАЗА 1
17. Стилеобразующие средства на уровне слова в документах XVII века на примере жанра Память
18. Для ввода сложных формул в Microsoft Word используется компонент Microsoft Eqution.
19. Стена Набат Ложь Бездна Красный смех то или иное философское настроение переживание чувство
20.  Идея материи в истории философии и естествознания- античные натурфилософы о первоначалах природ1